a qarşı təxribat: Sosial şəbəkələrdə açılan bu səhifələrin bizə heç bir aidiyyatı yoxdur!
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Baş redaktoru olduğum AzNews.az saytının adından İnstagram və Threads.com sosial şəbəkəsində şou xəbərlər yayan bir səhifə açılıb. AzNews.az analitik-informasiya portalıdır, intellektual media platformasıdır və heç bir halda bu cür xəbərlər yaymır. Həmin səhifənin redaksiyamıza və mənə heç bir aidiyyatı yoxdur. Bu, Azərbaycan mediasının peşəkar jurnalistika standartları çərçivəsində fəaliyyət göstərən önəmli resurslarından biri olaraq AzNews.az-a qarşı açıq təxribatdır".
Bu barədə AzNews.az analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı açıqlama verib. Baş redaktor bildirib ki, AzNews.az brendindən qeyri-qanuni istifadə edilməsi kibercinayətdir:
"Bu səhifədən təxribat xarakterli məlumatların yayıla biləcəyi istisna olunmadığından bəyan edirəm ki, bu səhifədə yayılmış, yayılan və yayılacaq hər hansı məzmuna görə məsuliyyət daşımırıq. Bu barədə sabah Medianın İnkişafı Agentliyinə və hüquq-mühafizə orqanlarına da rəsmi müracət də edəcəm. Onu da qeyd edim ki, İnstagramda mövcud olan aznews.ws səhifəsinin də bizə heç bir aidiyyatı yoxdur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 04 Noyabr 2025 23:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















