ABŞ 2025ci il üzrə neftin qiyməti ilə bağlı proqnozunu aşağı salıb
Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) gələn il üzrə neft qiymətləri proqnozunu yenidən nəzərdən keçirib.
Banco.az xəbər verir ki, EIA-nın "Dekabr 2024 Qısamüddətli Enerji Perspektivi Hesabatına" görə, gələn il bazarların illik müqayisədə nisbətən tarazlaşacağını fərz edərək, Brent tipli xam neftin barel qiymətinin cari səviyyələrə yaxın ticarət olunacağı gözlənilir.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC hasil edən ölkələrdən ibarət OPEC+ qrupunun 2025-ci il ərzində hasilatı yeni hədəf səviyyələrə çatdıracağı və ilin sonunda qlobal neft ehtiyatlarının bugünkü səviyyələrə yaxın qalacağı proqnozlaşdırılır.
Ehtiyatların birinci rübdə OPEC+ ixtisarı ilə gündə təxminən 700 min barel azalacağı, ilin qalan hissəsində isə OPEC+ və qeyri-OPEC+ ölkələrində hasilatın artması ilə gündə təxminən 100 min barel artacağı gözlənilir. Bu artımlarla Brent markalı neftin barel qiymətinin 2025-ci ildə bu ilki orta səviyyə olan 80 dollardan az olacağı hesablanır.
Ən sərfəli kredit üçün müraciət etMüvafiq olaraq, gələn il Brent markalı neftin orta barel qiymətinin 73,58 dollar olacağı gözlənilir. Əvvəlki hesabatda bu rəqəm 76,06 dollar olaraq qiymətləndirilmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 11 Dekabr 2024 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















