ABŞ çinli haker barədə məlumata görə 10 milyon dollar mükafat təklif edir
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Dövlət Departamenti Çin xüsusi xidmət orqanlarının adından kiberhücumlarda iştirak etməkdə ittiham olunan Çin vətəndaşı Zhang Yu barədə məlumat verən şəxslərə 10 milyon dollara qədər mükafat təklif edib.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Federal Təhqiqat Bürosu (FBI) məlumat yayıb.
ABŞ tərəfinin iddiasına görə, Zhang Yu Çinin Dövlət Təhlükəsizliyi Nazirliyinin Şanxay Dövlət Təhlükəsizliyi Bürosunun tapşırıqları əsasında fəaliyyət göstərib və digər şəxslərlə birlikdə ABŞ-da yerləşən universitet və elmi-tədqiqat qurumlarının kompüter sistemlərinə qanunsuz giriş əldə etməyə yönəlmiş kiberəməliyyatlarda iştirak edib.
İttiham materiallarında bildirilir ki, kiberhücumların əsas hədəflərindən biri COVID-19 pandemiyasının ilk mərhələsində ABŞ universitetlərində aparılan koronavirus peyvəndi, müalicəsi və test üsulları ilə bağlı elmi araşdırmalar olub. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, 2020-ci ilin əvvəlində amerikalı virusoloq və immunoloqların elektron poçt hesabları və digər məlumat sistemləri də hədəfə alınıb.
Zhang Yu həmçinin dünyada minlərlə kompüter sisteminə təsir göstərmiş HAFNIUM adlı genişmiqyaslı kiberhücum kampaniyası ilə əlaqələndirilir. ABŞ tərəfi bildirir ki, həmin əməliyyatlar zamanı “Microsoft Exchange Server” proqram təminatındakı təhlükəsizlik boşluqlarından istifadə edilib.
İş üzrə Zhang Yu ilə birlikdə ittiham olunan digər Çin vətəndaşı Xu Zewei 2025-ci ilin iyulunda ABŞ-ın sorğusu əsasında İtaliyanın Milan şəhərində saxlanılmışdı. O, 2026-cı ilin aprelində ABŞ-a ekstradisiya olunub və hazırda Amerika məhkəməsi qarşısında ittihamlarla üzləşir. Zhang Yu isə hələ də azadlıqdadır.
ABŞ Dövlət Departamentinin “Rewards for Justice” (“Ədalət naminə mükafat”) proqramı Zhang Yu, onun əlaqələri, olduğu yer və iddia edilən kiberfəaliyyətləri barədə əhəmiyyətli məlumat təqdim edən şəxslərə 10 milyon dollara qədər pul mükafatı verilə biləcəyini açıqlayıb.
FBI məlumatların xüsusi, təhlükəsiz Tor platforması üzərindən təqdim edilə biləcəyini bildirib.
ABŞ rəsmiləri Çin hökumətinin özünün birbaşa iştirakını gizlətmək məqsədilə müxtəlif özəl şirkət və hakerlərdən istifadə etdiyini iddia edir. Çin tərəfi isə Vaşinqtonun dövlət tərəfindən dəstəklənən kiberhücumlarla bağlı oxşar ittihamlarını keçmişdə dəfələrlə rədd edib.
Qeyd edək ki, Zhang Yu və Xu Zewei barəsində irəli sürülən ittihamlar məhkəmənin yekun hökmü deyil və ABŞ qanunvericiliyinə əsasən onların təqsiri məhkəmədə sübuta yetirilənədək təqsirsizlik prezumpsiyası qüvvədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 08 Oktyabr 2026 09:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















