Icma.az
close
up
RU
ABŞ da yaşayan azərbaycanlı cərrah: Bir donor 8 insanın həyatını xilas edə bilər MÜSAHİBƏ

ABŞ da yaşayan azərbaycanlı cərrah: Bir donor 8 insanın həyatını xilas edə bilər MÜSAHİBƏ

Azertag saytına istinadən Icma.az xəbər verir.

Vaşinqton, 24 noyabr, AZƏRTAC

ABŞ-ın Nyu-York ştatında yerləşən Albani Tibb Mərkəzinin transplantalogiya cərrahiyyəsi şöbəsinin rəhbəri, Azərbaycan-Amerika Tibb Assosiasiyasının rəhbəri Rauf Şahbazovun AZƏRTAC-a müsahibəsi:

- Əvvəlcə, Azərbaycandakı həyatınız, təhsiliniz barədə məlumat verməyinizi istərdim.

- Mən Nil Lempert adına kafedranın cərrahiyyə professoru Rauf Şahbazov hazırda ABŞ-ın Nyu-York ştatının paytaxtı olan Albani şəhərində yerləşən Albani Tibb Mərkəzinin Transplantasiya şöbəsinin müdiri, xəstəxananın Robot Cərrahiyyə Proqramının rəhbəriyəm. Mən ilk təhsilimi Azərbaycanda - doğulub boya-başa çatdığım Qubadlı rayonun Taroğlu kəndində aldıqdan sonra Bakı şəhərinə gələrək, orta məktəbin son 2 ilini 5 saylı Kimya-biologiya təmayüllü liseyində tamamlamış və Azərbaycan Tibb Universitetinə daxil olmuşam. ATU-nu bitirdikdən sonra Ümumi cərrah ixtisasını qazanmışam və qısa müddətdə 5 saylı Klinik Xəstəxanada çalışmışam. Daha sonra 3 il cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə ümumi cərrah olaraq çalışmışam. Hərbi xidməti bitirdikdən sonra Səudiyyə Ərəbistanında çalışmış, burada Böyük Britaniyanın Edinburq Kral Cərrahiyyə Kollecinin təlim və imtahanlarını tamamlayaraq, Ümimi cərrah diplomunu almışam. Daha sonra Türkiyənin Başkənt Universitetində transplantasiya üzrə cərrah ixtisasına yiyələnmişəm. Azərbaycanda Transplant Cərrahiyyəsi sahəsində bir müddət çalışdıqdan sonra 2012-ci ildə ABŞ-a gəlmişəm.

- Hazırda fəaliyyət göstərdiyiniz sahəni seçməyiniz necə başladı və Nyu-York həyatı ilə bağlı necə qərar verdiniz?

Transplantasiya üzrə cərrah kimi hazırkı məqama gəlmək üçün çox uzun yollar dolaşmalı oldum. İki ümumi cərrahlıq rezidenturası və üç transplant cərrahiyyəsi təlimlərindən keçdim. Bunun üçün təbii ki, əvvəlcə ümumi həkim olmalı idim və bu yolda ilk hazırlıqlarım Azərbaycan Tibb Universiteti illərində başlayıb. Sonra mən yolu 5 saylı Kliniki Şəhər Xəstəxanasında internatura və ilk cərrah fəaliyyəti ilə davam etdirmişəm. Amma həyat elə gətirdi ki, qeyd etdiyim kimi, mən növbəti 3 ili cəbhə bölgəsində yerləşən hərbi hospitalda keçirdim. Bu illərin əslində cərrahi təlimlərə qərar verməyimə, müstəqil cərrah kimi nəyin daha doğru olmasını anlamağıma köməyi oldu. Daha sonra isə yenidən sivil həyat, yenilik axtarışları və nəhayət Səudiyyə Ərəbistanına səfər baş tutdu. Səudiyyə Ərəbistanında yenidən cərrahiyyə təlimlərinə başlamağım və orada keçən 5 il ərzində Edinburq Cərrahiyyə Kollecinin standartlarına uyğun ümumi cərrahiyyəni tamamlamağım məni yeni bir başlanğıca sövq etdi. Sonrakı illərdə Türkiyədə, ABŞ-da orqan transplantasiyaları üzrə daha üç təlimlərə qatılmaq zərurəti yarandı. Hazırda fəaliyyət göstərdiyim Transplantasiya cərrahiyyəsində çalışmaq arzusu uşaqlıqda oxuduğum bir kitabdan və babam Ziyatxanın təsirindən yaranıb. 2018-ci ildə Sirakuz şəhərinin Nyu-York Tibb Universiteti klinikasında transplant cərrahı kimi fəaliyyətə başladım. Orada 5 il çalışdıqdan sonra 2023-cü ildə hazırkı yerə, yəni Albani şəhərinə dəvət olundum.

- Müasir texnologiyalar böyrək transplantasiyasında nə kimi irəliləyişlər əldə edib? Robotik Cərrahiyyə Proqramı barədə danışmağınızı istərdim. Siz daha hansı orqan tranplantasiyası barədə danışa bilərsiniz?

- Son illər böyrək transplantasiyasında böyük texnoloji sıçrayış baş verib. Süni böyrəklər yaratmaq, orqanı daha uzunmüddətli saxlamağa imkan verən perfuziya sistemləri, 3D bioprint texnologiyası, gen mühəndisliyi sayəsində heyvan böyrəkərinin insana köçürülməsi, robotik cərrahiyyənin böyrək transplantasiyasına tətbiqi bunlardan ən əhəmiyyətliləri sayıla bilər. Robotik sistemlər əməliyyatı daha dəqiq, təhlükəsiz və minimal invaziv edir. Donor nefroktomiyası, yəni canlı donordan böyrək götürülməsi robotik sistemlərlə daha komfortlu, az travmatik və daha sürətli sağalma ilə nəticələnir. Mənim çalışdığım mərkəzdə robotik transplantasiya və robotik donor nefroktomiyası aktiv proqram kimi işləyir və donorların təhlükəsizliyini maksimum artırır. Bundan başqa, transplantasiya sahəsində qaraciyər, pankreas və kombinə olunmuş orqan transplantasiyaları haqqında geniş təcrübə və bilik mövcuddur. Müasir immunosupressiya protokolları və biomarkerlər sayəsində bu əməliyyatların nəticələri hər il daha da yaxşılaşır.

- Transplantasiya işində orqan bağışlanması ən vacib tərəflərdən biridir. Böyrək transplantasiyasında yaşayan insan da öz orqanını bağışlaya bilər. Bu səbəbdən konüllü orqan bağışlanması böyrək tranplantasiyasında nə qədər geniş yayılıb? Ümumiyyətlə, orqan bağışlanması üzrə vəziyyət nə dərəcədə qənatbəxşdir və bununla bağlı son tendensiya nədir?

- Orqan bağışlanması transplantasiyanın əsas sütunudur. Böyrək transplantasiyasının özəlliyi isə ondadır ki, yaşayan donorlar da orqan bağışlaya bilir. Bu, dünyada geniş yayılmış bir təcrübədir və nəticələri çox yüksəkdir. Son illərdə könüllü orqan bağışlanmasına maraq artıb. Xüsusən yaxın qohumlar arasında - yaşayan donor böyrək transplantasiyası həm təhlükəsizdir, həm də uzunmüddətli nəticələri əladır. ABŞ-da bu sahədə böyük irəliləyiş var və hər il yaşayan donorların sayı artır. ABŞ da 6-7 min adam canlı donor kimi böyrəklərini bağışlayır. Lakin beyin ölümü donorları, yəni vəfat etmiş şəxslərdən orqan bağışlanması hələ də bütün dünyada çatışmayan sahə olaraq qalır. Buna baxmayaraq, son illər maarifləndirmə kampaniyaları nəticəsində donor olmağa razılıq verənlərin sayı artmaqdadır.

- İnsan hansı yaşlarda orqanlarını bağışlaya bilər? Azərbaycanda bu sahədəki savadlılığı necə görürsünüz? Ümumiyyətlə, tibbi tərəfdən baxsaq, orqan bağışlanması nə qədər vacibdir?

- Canlı donorlar üçün əsas orqan böyrəkdir və adətən 18–75 yaş arası sağlam insanlar donor ola bilər. Bunlara tibbi müayinədən keçmək, yüksək risk daşımamaq və donorluğa mane olan xəstəliklərin olmaması kimi tələblər daxildir. Vəfat etmiş donor üçün isə yaş məhdudiyyəti daha genişdir və bir çox orqanlar - qaraciyər, ürək, ağciyər, böyrəklər pankreas uyğun olduqda transplantasiya oluna bilər. Azərbaycanda bu sahədə savadlılıq artır, lakin hələ də geniş maarifləndirməyə ehtiyac var. Orqan bağışlanması həyat xilas edən prosesdir və bir donor 8 insanın həyatını xilas edə bilər. Tibb elmi baxımından bu, insanlığa edilə biləcək ən böyük töhfələrdən biridir.

- Orqan bağışlanması və orqanların təhlükəsiz şəraitdə qorunması sahəsində tibb nə dərəcədə inkişaf edib?

- Bu sahə son 20 ildə inqilabi şəkildə dəyişib. Müasir qoruma məhlulları, (UW, HTK, “Custodiol” və s.) perfuziya cihazları, normotermik perfuziya sistemləri və donordan alıcıya qədər logistik protokollar orqanları daha uzun müddət təhlükəsiz saxlamağa imkan verir. Artıq bəzi mərkəzlərdə orqanlar “canlı perfuziya” adlanan texnika ilə canlı şəkildə qorunur. Bu isə orqanın transplantasiya sonrası fəaliyyət göstərmə ehtimalını artırır. Texnologiya sayəsində çıxarılan orqanların itki faizi ciddi şəkildə azalıb.

- Xaricdə yaşayan hər bir azərbaycanlı həm də Azərbaycanı tanıtmaq, milli maraqları təbliğ etmək və qısa desək bir növ diaspor fəaliyyəti ilə də məşğul olur. Sizin bu sahədə fəaliyyətiniz necədir? Burada, həmçinin Azərbaycan-Amerika Tibb Assosiasiyası barədə danışmağınızı istərdim?

- Xaricdə yaşayan hər bir azərbaycanlı bir növ ölkənin qeyri-rəsmi səfiridir. Biz çalışdığımız hər mərkəzdə, iştirak etdiyimiz konfranslarda və qurduğumuz peşəkar əlaqələrdə Azərbaycan mədəniyyətini, peşəkarlığını və elmi potensialını təmsil edirik. Azərbaycan-Amerika Tibb Assosiasiyası (AAMA) bu sahədə çox vacib platformadır. Biz bu təşkilatı 2016-cı ildə yaradanda da əsas hədəfimiz bu olub. Təşkilat həm Azərbaycandakı tibb işçilərinə dəstək layihələri həyata keçirir, həm də ABŞ-da işləyən həkimləri bir araya gətirərək qarşılıqlı elmi-sosial əməkdaşlıq mühiti yaradır. Mən də bu fəaliyyətlərin bir hissəsi kimi müxtəlif layihələrdə iştirak edir və iki ölkə arasında tibbi əməkdaşlığın inkişafına çalışıram.

- Azərbaycan səhiyyəsi ilə əlaqələriniz necədir? Əməkdaşlıqla bağlı hər hansı fəaliyyət varmı?

- Azərbaycan səhiyyəsi ilə əlaqələrim davamlıdır. Hətta, bu yaxınlarda ATU-nun fəxri professoru seçilmişəm. Mən ABŞ-da olmağıma baxmayaraq, müxtəlif transplantasiya, cərrahiyyə və tibbi təhsil proqramlarında məsləhətçi və ya təlimçi qismində iştirak etmişəm. Məqsədim həm bilikləri paylaşmaq, həm də ölkəmizdə inkişaf edən tibb sisteminə töhfə verməkdir. Gələcəkdə daha geniş layihələr -transplantasiya təlimləri, müasir texnologiyaların tətbiqi, akademik əməkdaşlıqlar və klinik mübadilə proqramlarının yaradılması üzərində çalışmaq planlarımız da mövcuddur.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see279

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see222

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see193

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see148

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see144

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see140

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see139

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see133

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see129

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see128

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see126

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see126

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see126

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see125

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see124

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see124

Azərbaycana gələn erməni nümayəndələr Bakını gəzdilər Fotolar

22 Noyabr 2025 17:43see123

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see123

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see123

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri