Icma.az
close
up
RU
ABŞ dakı Kiçik Ermənistan, Venetsiyadakı Erməni adası İcraçı Kim Kardaşyan

ABŞ dakı Kiçik Ermənistan, Venetsiyadakı Erməni adası İcraçı Kim Kardaşyan

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İndiyə qədər bəlkədə etiraf etməmişəm, etiraf etmişəmsə də yüngülvari etiraf olub. Amma bu gün bir etiraf etmək istəyirəm:" Ermənilərdə olan vətənpərvərliyə, birliyə paxıllığım tutur", onların xalqı, dövləti üçün etdiklərini görəndə az qalıram qısqanclıqdan çartlayam! İlahi, bunlar neçə bir-birinə düşkündürlər?Bir-biri üçün dövlət üçün ən xırda imkanlarından belə məharətlə istifadə edirlər!?"

Düşüncələrimi sizin də təsdiq etməniz üçün bir neçə misal gətirmək istəyirəm:
Deməli, ermənilərin xaricdəki milyarderlərin Ermənistana münasibəti ilə azərbaycanlıların xaricdəki milyarderlərin Azərbaycana münasibətini müqayisə edək:

1. ABŞ-da "kazinolar imperatoru" olaraq tanınan Kirk Kerkoryan sərvətini Ermənistana səpələməkdən zövq alıb. Onun dünyanın hər bucağındakı ermənilərə xüsusi diqqəti və qayğısı olub. Məsələn, Las Veqasda erməni mənşəli əfsanəvi tennisçi Andre Aqassinin qurduğu tennis akademiyasına 18 milyon dollar bağışladı. 2010-cu ildə Los Ancelesdəki Kaliforniya Universitetinə 200 milyon dollar bağışladı. Bundan başqa erməni tarixi adı altında "soyqırım" kafedrasının qurulmasını təmin etdi. Məhz bu kafedranın yaradılmasından sonra ABŞ-ın ştat və şəhərlərində uydurma erməni soyqırımı rəsmən tanında və onlara abidələr ucaldıldı.İndi də bütün ştatlar saxta soyqırımı tanıyır. Bundan əlavə, Hollivudda ilk dəfə "Qondarma erməni soyqırımı" mövzusunda olan “Vədə” filminin çəkilməsi üçün 100 milyon dollar ayırdı. Film romantik səhnələrlə dolu bir sevgi hekayəsi ətrafında soyqırımın təbliğatı idi. Film “Oskar”a namizəd oldu.

2. Nazırda Ermənistanda həbsdə olan , “Forbes” və “Bloomberq“ jurnallarında ilin rusiyalı milyarderləri siyahısında adı çıxan Samvel Karapetyanı Azərbaycan xalqı onu ”Qarabağa qanunsuz yollarla silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika, əsgəri ləvazimatlar daşıdığına görə tanıyır. Hətta Tovuz döyüşlərindən həmən sonra Rusiyanın Ermənistana 400 tondan çox silah və hərbi texnika verməsində adı hallanır.
3. Rusida yaşayan Levon Ayrapetyan bütün varidatını işğal vaxtı Qarabağın çiçəklənməsinə yönəldib. 2008-ci il oktyabrın 16-da “Böyük Qarabağ Toyu” adı altında 675 erməni cütlüyün eyni vaxtda toyunu təşkil olunub.Deyib ki, 675 cütlükdən doğulan hər birinci uşaq üçün 2 min dollar, 2-ci uşaq üçün 3 min, 3-cü uşaq üçün 5 min, 4-cü uşaq üçün 10 min, 6-cı uşaq üçün 50 min və 7-ci uşaq üçün isə 100 min dollar mükafat alacaq”. Doğulduğu Vəngli qəsəbəsində elə unikal tikililər tikdirdi, baxanda adam heyran qalır.
Forbes tərəfindən 1 milyard dollarlıq büdcəsi olduğu deyilən milyarder Ruben Vardanyan qazancının demək olar ki, 50 faizini Ermənistan və Qarabağ arasında bölərək xeyriyyəçilik edib.
Siyahını çox uzatmıram ki, hələ ürəyim doludur, yazacaqlarım var!


Deməli xaricdə azərbaycanlı milyarderlərdə mövcuddur, biz onu hiss etməsək belə! Məsələn, 2018-ci il üçün 16,4 milyard dollar,
2019-cu il üçün 20,7 milyard dollar, 2020-ci il üçün 17,5 milyard dollar, 2021-ci il üçün 26,16 milyard dollar məbləğində şəxsi büdcəsi olan Vahid Ələkbərovun ata yurdu üçün 1 qəpik xərclədiyini eşitdinizmi?
Yaxud, türk müğənnisinə bir konsertinə görə 126 min dollar xərcləyən azərbaycanlı biznesmenTelman İsmayılov ondan fərqlidirmi?Milyarderlər siyahısında milyardlarına görə birinci yerə çıxan Qod Nisanov və Zarah İliyevin, eləcə də digər milyonerlər: Araz Ağalarovun, Fərhad Əhmədovun, İlham Rəhimovun Azərbaycanda etdiyi xeyriyyə əməlləri, yardım və dəstəkləri haqqında məlumatları isə oxucularımızdan gözləyirik.
Bu heç, onların musiqişünasları, müğənniləri, yazıçı və şairləri, artistləri ölkədən kənara çıxanda da, lap xaricdə yaşayanda da ancaq səhv, qeyri qanuni tələb olsa da hər zaman ermənilərin mövqeyini müdafiə ediblər. Onun üçün çarpışıblar.
Fransada doğulub, orada yaşayıb yaradan müğənni (homoseksual) Şarl Aznavur Ermənistanda bəlkə də topalasaq 3 gün olmayıb. Amma "xalq qəhrəmanı"dır.
Çünki, qondarma "erməni soyqırmı"nın tanınmasının fəal təbliğatçılarından biri olub. Aznavur Ermənistan Fondunun Beynəlxalq Qəyyumlar Şurasının üzvü idi . Təşkilat 1992-ci ildən bəri Ermənistana humanitar yardım və infrastrukturun inkişafına 150 milyon dollardan çox yardım göstərib.

Venessiyadakı "erməni adası"

Amma biz... Biz dünya ictimaiyyətinə tanış olan nə alimimizdən, nə biznesmenimizdən, nə iş adamından yarıdıq. Xoşbəxt ermənilər Kim Kardaşyan kimi "mejdunarodnu" fahişəsindən də yarıyır, Şer adlı müğənnisindən bəhrələnir dünyanın "gey dediyi Şarl Aznavurundan da "baltutub, barmağın yalayır". O birilərini demirəm, tək artistlərini nəzərdə tuturam .
Onu da deyim ki, nə möcüzədirsə, bizim Əkrəm Əylislimiz də bu xalq üçün çalışıb..."Daş yuxuları" ilə erməniləri hər mövzuda "şərəfləndirib".
Bu gün bu etirafı mənə "elətdirən" ABŞ-ın erməniəsilli aktrisası Kim Kardaşyan olub. Deməli, Kim , Venesiyanın Müqəddəs Lazar adasını ziyarət edib və izləyicilərinə adanın erməni irsini nümayiş etdirib:"Amerikalı ulduz İnstaqram səhifəsində yerləşdirdiyi şəkillərdən birinə “Ermənistanın Venesiya adası” şərhini yazıb .
Xatırladım ki, Venesiyadakı Müqəddəs Lazar adasında yaşayan ermənilər oranı mənimsəyib və erməniləşdirib. Orada fəaliyyət göstərən Mxitaryan erməni icması burda ermənilərə məxsus xeyli dini tikililər yaradaraq adanı "Ermənistanın Venessiya adası " kimi dünyaya tanıtmağa başlayıblar. Kim Kardaşyan da bu "missiyanı" uğurla yerinə yetirməklə məşğuldu.

Beləcə birlik ola-ola, ABŞ-ın Los-Anceles şəhərindəki “Little Armenia” qəsəbəsi, Venetsiyada da , "Erməni Venetsiyası adası qurublar.

İndi mən paxıllanmayım neyləyim?

 Əntiqə Rəşid

 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://adalet.az
archiveBu xəbər 29 Avqust 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri