ABŞ də insanlara atəş açıldı 9 yaralı var
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nin cənub-qərbində yerləşən Arizona ştatının Tuson şəhərində polis şəhər mərkəzində kütləyə atəş açan silahlı şəxsi zərərsizləşdirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The New York Post” qəzeti yayıb.
Nəşrin məlumatına görə, hadisə yerli vaxtla gecə saat 02:00 radələrində İst-Konqres küçəsində insanların sıx olduğu canlı ərazidə baş verib. Hadisə yerinə gələn polis əməkdaşları atəş açan şəxsdən silahı yerə qoyaraq təslim olmasını tələb etsələr də, o, tabesizlik göstərib. Nəticədə polislər ona qarşı xidməti silah tətbiq etmək məcburiyyətində qalıblar.
Qeyd olunub ki, güllə yarası alan şübhəli şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Atışma zamanı ətrafdakı insanlardan 9 nəfərin ağır yaralandığı bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 19 İyul 2026 22:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















