ABŞ dolları qəfil ucuzlaşıb SƏBƏB
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ dolları sentyabrın 29-da hökumətin mümkün fəaliyyətinin dayandırması narahatlıqları səbəbindən ucuzlaşıb.
Ölkə.az "Reuters"ə istinadən xəbər verir ki, nəticədə dolların indeksi 0,22% azalaraq 97,90-a düşüb.
Nəşrin yazdığına görə, Konqres 30 sentyabr Çərşənbə axşamı günü başlayacaq maliyyə ilinin sonunadək maliyyələşdirmə haqqında qanun layihəsini qəbul edə bilməsə, investorlar ABŞ hökumətinin fəaliyyətini dayandırması təhlükəsindən narahatdırlar. Bu qanun layihəsi olmasa, hökumətin bir hissəsi oktyabrın 1-də fəaliyyətini dayandırmalı olacaq.
Analitiklər qeyd edirlər ki, dollar adətən belə hadisələrdən əvvəl zəifləyir və maliyyə mübahisəsi həll edildikdən sonra yenidən möhkəmlənir. İnvestorlar həmçinin Federal Ehtiyat rəsmisi Liza Kukun mümkün vəzifəsindən kənarlaşdırılması ilə bağlı hüquqi mübarizəni diqqətlə izləyirlər. Çünki FED-in müstəqilliyinə hər hansı təhlükə dollar üçün ciddi risk yaradır.
Avro 0,25% artaraq 1,1729 dollar, funt sterlinq isə 0,34% artaraq 1,3445 dollar olub. Bu arada dollar yen qarşısında 0,6% ucuzlaşaraq 148,67 dollar olub.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 29 Sentyabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















