DİM bu şəxslər üçün imtahan keçirdi
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 22-də qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirib.
Redaktor.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahan Mərkəzin elektron imtahanlar korpusunda kompüter vasitəsilə bir saat müddətində təşkil olunub.
İmtahanda 246 namizəd iştirak edib. Nəticələrə əsasən, müxtəlif istiqamətlər üzrə ümumilikdə 147 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Namizədlər imtahanı yekunlaşdırdıqdan və ya ayrılan vaxt başa çatdıqdan sonra nəticələri ilə tanış ola biliblər. Nəticələr DİM-in rəsmi saytında da yerləşdiriləcək.
İmtahandan uğurla keçən namizədlərə müvafiq qiymətləndirmə fəaliyyəti istiqaməti üzrə şəhadətnamə təqdim ediləcək. İmtahandan keçməyən şəxslərin isə növbəti imtahanlarda təkrar iştirak etmək hüququ var.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası noyabrın 23–25-də saat 14:00-dan 17:00-dək DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən əsas inzibati binasında fəaliyyət göstərəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 22 Noyabr 2026 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















