Icma.az
close
up
RU
ABŞ sosial media hesablarını nəzərdən keçirmək üçün tələbə vizası müsahibələrini dayandırır

ABŞ sosial media hesablarını nəzərdən keçirmək üçün tələbə vizası müsahibələrini dayandırır

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Dövlət Departamentinin xaricdə təhsil üçün ABŞ-a gəlməyi planlaşdıran tələbələrin sosial media hesablarına ətraflı baxış keçirmək üçün viza müsahibələrini dayandırdığı bildirilir.

Bizimyol.info xəbər verir ki, "Politiko"nun əldə etdiyi sənədə görə, Respublikaçı administrasiya ABŞ-da təhsil almaq üçün müraciət edən bütün beynəlxalq tələbələrdən sosial media yoxlamasından keçməyi tələb etməyi planlaşdırır.

Xəbər təşkilatının bildirdiyinə görə, dövlət katibi Marko Rubio bütün səfirliklərə və konsulluqlara tələbə vizaları üçün yeni görüş tarixləri təyin etməyi, mövcud müraciətlər üzrə "daha çox sosial media məlumatı toplanana qədər" dayandırmağı tapşırıb.

Rubionun imzaladığı sənəddə viza üçün müraciət edən tələbələrin sosial media hesablarında dəqiq nələrin yoxlanılacağı göstərilməyib, lakin “terrorçuları kənarda saxlamağa və antisemitizmlə mübarizəyə yönəlmiş” icraçı sərəncamlara istinad edilib.

ABŞ-da Donald Tramp administrasiyası Harvard Universiteti kimi "həddindən artıq liberal" hesab etdiyi elit universitetləri hədəf alan və kampuslarında "antisemitizmə icazə verməkdə" ittiham edən bəyanatlar verir.

Sözügedən universitetlərə qarşı maliyyə sanksiyaları tətbiq edən rəhbərlik, Fələstin nümayişlərini dəstəklədikləri səbəbiylə bir çox əcnəbi tələbənin immiqrasiya polisi tərəfindən saxlanılması ilə nəticələnəcək qərarları da qüvvədə saxlayır.

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri agentliyi aprel ayında elan etmişdi ki, yəhudi fərdlərin “anti-semit sosial media fəaliyyəti və təqiblərini” onların immiqrasiya hüquqlarından məhrum etmək üçün əsas hesab edəcək.

Agentliyin rəsmiləri sosial mediada antisemit terrorizmi və ya təşkilatları dəstəkləyən yazıları immiqrasiya qərarlarında mənfi amillər kimi qiymətləndirəcəklərini bildiriblər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 May 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri