ABŞ Trampın ikinci prezidentlik müddətinin əvvəlindən bu yana 1,6 milyona yaxın qeyri qanuni immiqrantın ölkəni tərk etdiyini açıqlayıb
Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Donald Trampın ikinci prezidentlik müddəti başlayandan bəri təxminən 1,6 milyon qeyri-qanuni mühacir ABŞ-ı tərk edib.
Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem X sosial şəbəkəsində məlumat verib.
"200 gündən az müddət ərzində 1,6 milyon qeyri-qanuni mühacir ABŞ-ı tərk edib. Bu, çox şeydir. Bu, daha təhlükəsiz küçələr, vergi ödəyicilərinin pullarına qənaət, məktəblər və xəstəxanalara təzyiqlərin azaldılması və amerikalılar üçün daha yaxşı iş imkanları deməkdir", - o, X sosial şəbəkəsində yazıb.
Öz növbəsində “The Hill” qeyd edir ki, nazirin bəyanatı İmmiqrasiya Araşdırmaları Mərkəzinin hesabatına əsaslanır. Hesabatın özü etiraf edir ki, ABŞ-ı tərk edən qeyri-qanuni miqrantların real sayı bir sıra səbəblərə görə qeyd olunan rəqəmdən aşağı ola bilər.
Almaz Həsənli


