ABŞ Ukrayna nümayəndə heyətləri Cenevrədə görüşəcək
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ və Ukrayna nümayəndə heyətlərinin sabah İsveçrənin Cenevrə şəhərində görüşəcəyini açıqladı.
Turkustan.az xəbər verir ki, Zelenski sosial media hesabı vasitəsilə jurnalistlərin suallarını cavablandıraraq Rusiya-Ukrayna müharibəsinə son qoymağa yönəlmiş diplomatik prosesi qiymətləndirib.
Zelenski bildirib ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və İqtisadiyyat naziri Aleksey Sobolev fevralın 26-da Cenevrədə Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkov və Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşner ilə görüşəcək və görüşdə Ukraynanın yenidən qurulması məsələsi müzakirə olunacaq.
Zelenski bildirib ki, görüş zamanı Rusiya ilə üçtərəfli görüşə hazırlıq məsələləri də müzakirə olunacaq və görüşün martın əvvəlində keçirilməsi planlaşdırılır.
O, həmçinin Umerova hərbi əsirlərin mübadiləsinin davam etməsini təmin etmək üçün lazımi işləri davam etdirməyi tapşırdığını açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 25 Fevral 2026 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















