ABŞ Ukraynaya Rusiyanı uzaqmənzilli raketlərlərlə vurmağa rəsmi olaraq icazə verdi
Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.
“Ağ Ev Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadə etməyə icazə verib”.
Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Qərb yarımkürəsi üzrə müavini Brayan A.Nikols məlumat verib.
O, münaqişənin Rusiyanın Ukraynaya əsassız müdaxiləsi ilə başladığını vurğulayıb.
Onun sözlərinə görə, bu müharibənin nə qədər davam edəcəyinə nəzarət edən Rusiyadır və münaqişəyə son qoymaq qərarı tamamilə onun hərəkətlərindən asılıdır.
"Rusiya qoşunlarını Ukraynadan çıxarsa və sərhədlərinə hörmət etməyə başlasa, müharibə elə indi başa çata bilər", - deyə Nikols əlavə edib.
O, qeyd edib ki, bu addım Rusiya Federasiyasını öz hərəkətlərinin uğur qazanmayacağını başa düşməyə vadar edəcək və ya sülh danışıqlarına başlamağa, ya da sadəcə olaraq qoşunları Ukraynadan çıxarmağa sövq edəcək.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 19 Noyabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















