ABŞ və Azərbaycan ilk ikitərəfli biznes missiyası hazırlayır
Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Ticarət Palatası, ABŞ Dövlət Departamenti və Ticarət Nazirliyi ilə birlikdə Azərbaycana ilk dəfə ikitərəfli biznes missiyası təşkil edir.
Palatadan bildiriblər ki, missiya fevralın 9-10-da Bakıda baş tutacaq.
İki günlük səfər çərçivəsində yüksək səviyyəli nümayəndə heyəti ABŞ şirkətlərinə Azərbaycan dövlət orqanları, dövlət şirkətləri və özəl sektorun aparıcı oyunçuları ilə birbaşa əlaqə qurmaq imkanı yaradacaq.
Əsas diqqət energetika və rəqəmsal transformasiya, müdafiə və nəqliyyat, kənd təsərrüfatı və səhiyyə, maliyyə və investisiyalar üzərində cəmləşəcək.
Missiyanın proqramında Prezident Administrasiyası və Nazirlər Kabineti, müvafiq nazirliklər, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Dövlət Neft Fondu, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), "PAŞA Holdinq" MMC, Azərbaycan Amerika Ticarət Palatası ("AmCham"), həmçinin digər dövlət və özəl qurumların nümayəndələri ilə görüşlər nəzərdə tutulub.(Report)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 22 Yanvar 2026 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















