ABŞ və İtaliyanın rəhbərliyi ilə beynəlxalq hərbi təlimlər başlayır
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ və İtaliya bu həftə 30-dan çox ölkənin iştirak etdiyi və Birləşmiş Ştatların Afrika Komandanlığının rəhbərliyi ilə keçiriləcək “Flintlock 2026” hərbi təlimlərinə başlayacaq.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Dövlət Departamenti bu təlimlərin Liviyada ilk dəfə keçiriləcəyi barədə məlumat yayıb. Afrika ölkələrinin də cəlb olunacağı birgə təlimdə mürəkkəb hava, quru və dəniz ssenariləri tətbiq olunacaq. ABŞ, həmçinin bu təlimlər vasitəsilə qarşıdurma vəziyyətində olan hər iki Liviya hökumətinin silahlı qüvvələrinin inteqrasiyasına nail olmağa ümid edir.
2011-ci ildə Müəmmar Qəddafinin devrilməsi və öldürülməsindən sonra Liviya vahid dövlət kimi fəaliyyətini dayandırıb. Artıq bir neçə ildir ki, ölkənin qərbində Əbdül Həmid Dbeybanın rəhbərlik etdiyi Tripoli hakimiyyəti ilə şərqində Üsamə Hammadın rəhbərlik etdiyi Sirt hakimiyyəti arasında qarşıdurma davam edir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 14 Aprel 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















