Trampın oxşarı Mark Karni ilə eyni səhnəyə çıxaraq zarafat edib Video KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Trampın oxşarı Kanadanın Baş naziri Mark Karni ilə Ottavada keçirilən parlament mətbuat qalereyasının ənənəvi illik şam yeməyində eyni səhnəyə çıxıb.
KONKRET.az RBC-yə istinadən xəbər verir ki, ABŞ liderini təqlid edən aktyor zarafatla səhnədə iki Karni olduğunu söyləyib və Kanada baş nazirinin demək olar ki, onun qədər məşhur olduğunu bildirib.
Trampın oxşarı səhnəyə çıxaraq Karni ilə yanaşı dayanıb. O, Kanada baş nazirinin ingiliscə “Carney” soyadı ilə oxşar səslənən “carny” sözü üzərində söz oyunu quraraq səhnədə iki Karni olduğunu deyib.
Qeyd edək ki, “carny” sözü ingilis dilində səyyar sirkin əməkdaşı, məcazi mənada isə hiyləgər satıcı, manipulyator və ya fırıldaqçı mənasında işlənə bilər.
Aktyor Trampın məşhur sərt əl sıxma tərzini təqlid edərkən Karni gülüşünü saxlaya bilməyib.
“Əla bir razılaşmamız olacaq. Qarşımızda yalnız bir maneə var – mən özüm, çünki mən dəliyəm. Amma eybi yoxdur”, – deyə ABŞ prezidentinin oxşarı zarafat edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 22 Noyabr 2026 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















