ABŞ vitse prezidenti kuboku əlindən salaraq qırdı: Ohayodan sonra heç kimin almasını istəmirdim
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ vitse-prezidenti Cey Di Vens Ağ Evdə keçirilən tədbir zamanı Ohayo Ştatı Universitetinin futbol komandasının çempionluq kubokunu təsadüfən əlindən salaraq qırıb.
Oxu.Az-ın verdiyi məlumata görə, sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Bildirilib ki, hadisə ABŞ Prezidenti Donald Trampın "Buckeyes" komandasını Amerika futbolu üzrə milli çempionatın pley-off mərhələsində qələbələrindən sonra qəbul edərkən baş verib.
Kadrlardan görünür ki, qızıl, bürünc və paslanmayan poladdan hazırlanan 35 funt (təxminən 16 kq) ağırlığında olan kuboku yerə düşməzdən əvvəl oyunçular tuturlar. Ancaq onun 30 funt (təxminən 13.5 kq) ağırlığında olan altlığı qopub.
ABŞ vitse-prezidenti kuboku əlindən salaraq qırdı: "Ohayodan sonra heç kimin almasını istəmirdim"
Hadisədən sonra vitse-prezident kuboku onun altlığından ayrı tutmaq məcburiyyətində qalır.
Ohayo Ştatı Universitetinin məzunu olan Vens baş verənlər barədə özünün "X" sosial şəbəkə hesabında zarafat edib:
"Ohayo ştatından sonra heç kimin kuboku almasını istəmirdim, ona görə də onu sındırmağa qərar verdim".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 15 Aprel 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















