ABŞın kənd təsərrüfatı katibi: Azərbaycanın Şərqlə Qərb arasında ticarətdə oynadığı vacib roldan istifadə etmək üçün fürsət var
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Düşünürəm ki, Azərbaycanın Şərqlə Qərb arasında ticarətdə oynadığı vacib roldan istifadə etmək üçün bizim üçün bir fürsət var”.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ-ın kənd təsərrüfatı katibi Tomas Vilsak Bakıda COP29 çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu, iki ölkə arasında məhsulların Qərb-Şərq istiqamətində daşınması sahəsində əməkdaşlığı üçün imkan açır: “Bu, əməkdaşlıq edə biləcəyimiz bir sahədir. Digər tərəfdən, Azərbaycan enerji istehsal edən ölkə olduğundan burada kənd təsərrüfatı iqtisadiyyatı nisbətən kiçikdir. Düşünürəm ki, Azərbaycanda portfeli balanslaşırmaq, yaşıl enerjiyə keçid məqsədləri olduğu üçün bu sahədə də yaxşı tərəfdaş ola bilərik”, - deyə kənd təsərrüfatı katibi bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 19 Noyabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















