Icma.az
close
up
RU
ABŞın Rusiyanın neft sənayesinə qarşı yeni sanksiyaları böyük əhəmiyyət kəsb edir Bloomberg

ABŞın Rusiyanın neft sənayesinə qarşı yeni sanksiyaları böyük əhəmiyyət kəsb edir Bloomberg

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Solçu administrasiya bilərəkdən ABŞ-ın gələcək rəhbərliyini çətin vəziyyətə salmaq istəyir..."

Bayden səlahiyyət müddətinin sonunda Rusiya iqtisadiyyatının əsas sahəsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.

ABŞ Prezidenti Co Bayden səlahiyyət müddətinin bitməsinə az qalmış Rusiyanın neft sənayesinə qarşı genişmiqyaslı sanksiyaları təsdiqləyib. Bu sənaye Rusiya dövlət büdcəsinin əhəmiyyətli bir hissəsini formalaşdırır.

Belə ki, ABŞ-ın yeni məhdudiyyətlərinə Rusiyanın iri neft şirkətləri olan "Surgutneftqaz" və "Qazprom Neft" daxil edilib.

Bundan əlavə, "Qazprom Neft"in törəmə təşkilatları, o cümlədən Moskvada və Omskdakı neft emalı zavodları, "Qazpromneft-Noyabrskneftqaz" və "Qazpromneft-Orenburq" şirkətləri, eləcə də əlaqəli xarici strukturlar sanksiyalara məruz qalıb.

Fərdi sanksiyalar "Surgutneftqaz"ın rəhbəri Vladimir Boqdanov və "Qazprom Neft"in idarə heyətinin sədri Aleksandr Dükovun üzərinə qoyulub.

"Surgutneftqaz" Rusiya şirkətləri arasında ən müəmmalı olanlardan biridir. Onun sahiblərinin strukturu çox dolaşıqdır. Bəzi məlumatlara görə, səhmlərin təxminən 70 faizi qeyri-kommersiya tərəfdaşlıqlarına, offşor şirkətlərə və elə "Surgutneftqaz"ın öz törəmə müəssisələrinə məxsusdur. Lakin şirkətin faktiki benefisiarları məlum deyil.

Bundan əlavə, bu təşkilat bank hesablarında nəhəng bir məbləğ saxlayır, bəzi məlumatlara görə, bu məbləğ 6 trilyon rubl və ya cari məzənnəyə görə 55 milyard ABŞ dollarından çoxdur. Rusiyada bəzi konspiroloji nəzəriyyələrə görə, "Surgutneftqaz"ın bu "ehtiyatı" Prezident Vladimir Putin üçün "pul kisəsi" rolunu oynayır.

Sanksiyaya məruz qalan digər şirkət- "Qazprom Neft"in əsas səhmdarı Rusiyanın qaz nəhəngi "Qazprom"dur. Rusiya qazının Avropaya satış həcmi azaldıqdan sonra bu müstəqil neft bölməsi "Qazprom" strukturundakı ən gəlirli təşkilatlardan biri olub.

ABŞ-ın sanksiyaları həmçinin Rusiya neftinin daşınmasında iştirak edən 183 tankeri, eləcə də "Alfa Sığorta" və "İnqoSığorta" kimi neft daşıyan gəmilərin sığortası ilə məşğul olan təşkilatları əhatə edir.

Beləliklə, son 24 saat ərzində ABŞ, Böyük Britaniya və Avropa İttifaqının sanksiyalarına məruz qalan gəmilərin sayı iki dəfə artıb. Bundan öncə Qərb ölkələri Rusiya neftini sanksiyalardan yan keçirməklə daşıyan təxminən 180 tankeri hədəf alıb. "Lloyd’s List Intelligence"-ə görə, bu cür gəmilərin ümumi sayı təxminən 670-dir.

Yeni məhdudiyyətlərə həmçinin neft və qaz daşımaları ilə məşğul olan, tanker donanmasını idarə edən və dəniz texnikasının inşasına nəzarət edən "Rosnefteflot" təşkilatı da daxil edilib. Bu şirkət həmçinin dənizdə qazma qurğularının idarə edilməsi ilə məşğuldur.

Sanksiyalar kiçik neft treyderləri və vasitəçi şirkətlərə, o cümlədən BƏƏ və Honq-Konq mənşəli təşkilatlara da tətbiq olunub.

Baydenin prezidentliyinin sonunda tətbiq edilən sanksiyalar əsasən Rusiyanın neft ixracını onun əsas alıcıları olan Hindistan və Çinə çətinləşdirmək məqsədini güdür. Bu vəziyyəti əvvəlcədən nəzərə alan bu ölkələr digər istehsalçılardan neftin əlavə tədarükünü təşkil etməyə tələsib.

Belə ki, Hindistanın iki dövlət neft emalı zavodu Oman və BƏƏ-dən neft alıb, Çin alıcıları isə Anqola neftinin alışını artırıb.

Yeni sanksiya siyahısının gözləntisi fonunda dünya bazarlarında neftin qiyməti 3 faiz artaraq bir barrel üçün 80 dollara çatıb.

Neft sənayesinin nümayəndələrindən əlavə, məhdudiyyətlər "Rosatom"un rəhbəri və yeddi müavinini də əhatə edir. Analitiklərin fikrincə, bu, Rusiyanın ən yüksək texnologiyalı müəssisələrindən biridir.

Diqqətçəkən odur ki, müharibənin üç ili ərzində belə ciddi sanksiyalardan çəkinən demokratlar onları respublikaçılara hakimiyyətin ötürülməsinə 10 gün qalmış tətbiq edir.

Görünür, solçu administrasiya bilərəkdən ABŞ-ın gələcək rəhbərliyini çətin vəziyyətə salmaq istəyir: ya Rusiyaya qarşı sanksiyaları ləğv etməli və bu zaman mənfi imic formalaşdırmalı, ya da artan neft qiymətləri problemini başqa yollarla həll etməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Yanvar 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri