Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Abzas.media layihəsi əsla KİV deyil, xəfiyyə və hibrid mübarizə platformasıdır Zahid Oruc

Abzas.media layihəsi əsla KİV deyil, xəfiyyə və hibrid mübarizə platformasıdır Zahid Oruc

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Müxtəlif beynəlxalq casus şəbəkələrinin yüksək mükafatlara təqdim etdiyi şəxslərdən fərqli olaraq, azadlıq haqda dünyəvi qanunları, bəşəri arzu və idealları gerçəkləşdirən, millətimiz üçün qalib Yüz İli başlayan prezident İlham Əliyevin Nobel titulu daha insani, hüquqpərvər və adil qərar olardı".

Redaktor.az xəbər verir ki, bunu parlamentin bugünkü iclasında insan hüquqları üzrə müvəkkilin 2024-cü il üzrə hesabatının müzakirəsi zamanı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

"İnsan hüquqları üzrə Müvəkkil institutu Qarabağda qanunsuz yaradılan Ombudsmanın paralel fəaliyyətindən azad olub. İşğal səhifələri tarixə qovuşur və Qayıdış hesabatları, azad torpaqlara həsr olunan məruzələr Milli Məclisə təqdim olunur.

Məruzəni qiymətləndirərkən, beynəlxalq təhlükələrin görünməmiş dərəcədə artdığı bir dövrdə dünyada insan hüquqlarının durumuna qısa nəzər faydalı olardı.

BMT-nin İnsan hüquqları Şurasına üzvlükdən imtina edən Birləşmiş Ştatlarda Trampın son çıxışına əsaslansaq, cinayətkar kartellər daxildə savaş aparır, həbsxanalarda məhbusların sayına görə dünyada 1-ci yerdədilər və hər ay yüz min qeyri-leqal miqrantın axını səbəbilə sərhəddə fövqəladə vəziyyət elan olunub.

Fransada 2023-cü ildə 676 antisemitizim,188 islamofob aksiya keçirlib.

Ermənistanda insan haqlarına gəldikdə isə, erməni Müvəkkil 2024-cü ildə hədə-qorxu, təzyiq, gender və etnik zəmində nifrət nitqi, çoxsaylı təhdidlərlə qarşılaşıb.

Azərbaycanın İnsan hüquqları üzrə Müvəkkili konstitusion mandatı çərçivəsində fəaliyyəti zamanı hər hansı maneə və qanunsuz təsirlə üzləşməyib", - deyə deputat bildirib.

Komitə sədri qeyd edib ki, Milli Məclisə təqdim olunan 3 fəsil, 101 səhifə və yekun diaqramlardan ibarət Məruzədə, ilk növbədə vətəndaşların müraciətlərinə xüsusi yer ayrılıb:

"Xatırladaq ki, ötən il Ombudsmanın ünvanına 29.371 müraciət daxil olub ki, əvvəlki illə müqayisədə fərq cəmi 40 müraciət təşkil edir. Əlbəttə, müraciətlərin daha aydın təsnifatına ehtiyac var, belə ki, hansı hakimiyyət orqanlarından, yaxud yerli qurumlardan daha çox şikayətlərin olduğu, tələblərin xarakeri və əhatə etdiyi coğrafiyanın təhlili təkcə statistik deyil, gerçək problemlərin xəritəsini görməyə imkan verərdi.

Sənəddə mülki hüquqlarla bağlı, ilk növbədə, mənzil fondunun yenilənməsi ilə əlaqədar xüsusilə də Bakı şəhərində problemlərin hələ də qaldığı göstərilir. Hökumət bütün tərəflərlə birgə yeni çözüm yolları tapa bilər.

Məruzədə növbəti dəfə, Müvəkkilin beynəlxalq mandatı çərçivəsində Yaxın Şərqdə döyüşən azərbaycanlıların yaxınlarının ölkəmizə qaytarılmasının diqqətdə saxlandığı vurğulanır. Rusiya-Ukrayna savaşında da hər iki tərəfdə vuurşan azərbaycanlıların taleyi eyni xarakterli məsələdir. Ümidvarıq ki, Suriyada hakimiyyət dəyişikliyi, dövlətimizin beynəlxalq nüfuzunun güclənməsi və nəhayət, Dəməşqdə səfirliyimizin açılması gələcəkdə vətəndaşlarımızın belə avantürüst əməliyyatlarda iştirakına imkan verməyəcək.

Milli Preventiv Mexanizm çərçivəsində Müvəkkil ötən il ümumilikdə müxtəlif qurumlara 352 başçəkmə həyata keçirib. Müsbət haldır ki, planlaşdırılmayan baxışlar haqda geniş məlumat verilir. Əlbəttə, Penitensiar müəssisələrdə sıxlıq problemi davam edir. Məlumat üçün, ölkəmizdə hər 100 min nəfərə 220-230-a yaxın məhbus düşür. Onlardan 600-a qədəri qadındır. Göstərici kriminogen durumun sabitliyindən xəbər verir və Avropa sıralanmasında yüksək yerlərdən biridir.

Həbs yerlərində saxlanılan şəxslərin və məhkumların hüquqlarının müdafiəsi haqqında Məruzədəki digər statistik məlumatlar bizi narahat edir. Penitensiar müəssisələrdə 2022-ci ildə vəfat edən 151 məhbusdan 146-sı, 2023-cü ildə isə 169 məhbusdan 163-ü xəstəliklər səbəbi ilə həyatını itirib. Göründüyü kimi, ağır xəstə məhkumların cəzadan azad olunmalarına dair məhdudiyyətlərin aradan qaldırılması, təqdimatların göndərilməsindəki problemlərin həlli zəruridir.

Azadlıqdan məhrumetmə deyil, məhdudlaşdırma tədbirləri-“cəza bilərziyi”nin tətbiqi mütərəqqi hadisədir. Probasiya Xidmətinin yaradılması təkcə büdcə vəsaitlərini qorumur, həm də şəxsin yaxınlarından və cəmiyyətdən təcridsiz islahına xidmət edir. Məlumat üçün deyək ki, hazırda şərti məhkum edilən 3519 adama elektron nəzarət vasitəsi tətbiq edilib və Xidmət fəaliyyət dairəsini, rəqəmsal monitorinqi, sosial adaptasiya və bərpa tədbirlərini gücləndirir. “Probasiya haqqında” yeni qanun qəbul edəriksə, cəza siyasətində alternativ qərarların dairəsi genişlənər.

Hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı sənəddə göstərilir ki, çağırışçıların sağlamlıq vəziyyətinin müəyyən edilməsində nöqsanlar var. Ombudsmanın rəyi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti bildirir ki, 74 nəfər həkim-mütəxəssis barəsində intizam tənbehi görülüb. O ki, qaldı müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçıran şəxslərlə bağlı, Miqrasiya Məcəlləsi vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur. Belə halda, qanunu pozan şəxslərə mesajla məlumat verilməsi hüquqi tələbi yoxdur və səmərəli yol deyil".

Zahid Oruc bildirib ki, məruzədə narkoloq və klinik psixoloqların azlığı məsələsinə ayrıca yer verilib.

"Xatırladaq ki, ölkəmizdə 2015-ci ildə 28 min 555 nəfər narkotik istifadəçisi qeydiyyatda idisə, 2021-ci ildə rəqəm 34 minə çatıb. Biz rəsmi rəqəmlərdən danışırıq. Dövlət Statistika Komitəsinin məlumatına görə 2016-cı ildə ölkədə narkoloqların sayı 91, ötən il 67, cari ildə isə 66 olub. Göründüyü kimi, 1 narkoloqa 500 narkotik istifadəçisi düşür. Belə şəraitdə müalicənin effektivliyi mümkün deyil. Kadrların hazırlanması sahəsində sistemli tədbirlərə ehtiyac duyulur. Nəzərə alsaq ki, məhkumların içərisində də narkotik tərkibli cinayətlər 30 faizdən yuxarıdır, onda mütəxəssis hazırlığının əhəmiyyəti hamımız üçün aydın olar.

Məruzədə Ombudsmanın informasiyanın əldə olunması, o cümlədən dövlət-media münasibətlərinə geniş yer verilib. Burada xüsusi vurğulayaq ki, Azərbaycanda jurnalistlər media fəaliyyətinə görə deyil, kənardan qeyri-şəffaf maliyyələşmə, xarici dövlətlərin məxfi siyasi layihələrində təsir agentlərinə çevrildiklərinə görə məsuliyyət daşıyırlar. Məsələn, Abzas.media layihəsi əsla KİV deyil, xəfiyyə və hibrid mübarizə platformasıdır.

BBC, “Amerikanın Səsi”, Rossiya seqodnya və digər media subyektləri, eləcə də UNDP və ya Rus evi kimi mədəni-humanitar çətir altında çalışan təşkilatlarla bağlı dövlətimizin seçdiyi prinsip beynəlxalq qanunlara və milli ləyaqət prinsiplərinə tamamilə uyğundur. Belə ki, ölkəmiz simmetrik münasibət tələb edir, əks halda məhdudlaşdırma tədbirlərinə qərar verilir. Yəni, bizə göstərilən münasibət təkrarlanır.

HRW, Freedom House və digər təşkilatlar son 4 ildə bir zəngilanlının, şuşalının azad torpaqlara qayıdışına, o cümlədən, mina terroruna hesabat həsr etməyiblər. İnsan hüquqlarının selektiv tətbiqi-özünü hüquq istismarçıları və qlobal prokurorlar kimi aparanların inhisarında olan sahəyə çevrilmişdi. Artıq hüquq monpolistlərinin hakimiyyəti iflasa uğrayır.

BMT-nin bir sıra qurumlarının yerli ofislərinin, həmçinin, Qırmızı Xaç Cəmiyyətinin 90-cı illərlə müqayisədə Vətən müharibəsində və ondan sonrakı fəaliyyəti nizamnamə tələblərinə uyğun olmayıb, anti-Azərbaycan planlarına xidmət edirdi. İtkin düşən şəxslərlə bağlı artıq yeni beynəlxalq qurum Bakıdadır və xaçsız humanist məqsədlərə xidmət edəcəkdir.

Məruzədə məhkəmlərdən şikayətlərin azalmadığı vurğulanır.

Ombudsman sabiq prezident Levon Ter Petrosyanın 30 il sonra yayılan bədnam çıxşına hüquqi qiymət verib. Təqdirəlayiq addımdır.

Qərbi Azərbaycana dinc qayıdışın hüquqi prinsipləri illik Məruzəyə daxil olunub. Alqışlanacaq hadisədir. Təklif edirik ki, Müvəkkil institutun Qərbi Azərbaycan üzrə fəaliyyəti həm ayrı struktur vahidi, həm də hesabatlılıq baxımından müstəqil bir fəsildə verilsin.

Beynəlxalq əməkdaşlıq sahəsində Müvəkkil xarici siyasətimizin mühüm mandata malik təmsilçisi kimi genişmiqyaslı işlər həyata keçirib.

Biz təklif edirik ki, xüsusilə də dövlət adamlarının xaricdən yayılan, idarə olunan terror mediası tərəfindən linç edilməsinə qarşı Müvəkkilin Fransa, Almaniya, İsveçrə və digər ölkələrin müvafiq təsisatları ilə daimi işi həyata keçirilsin.

Yekunda irəli sürülən 81 təklif dövlət orqanlarının işinin təkmilləşdirilməsinə və daha effektli koordinasiyasına xidmət edir.

İnanırıq ki, millət vəkilləri Müvəkkilin illik Məruzəsini qənaətbəxş sayacaq və daha etibarlı tərəfdaşa çevrilməsi üçün ona köməklərini əsirgəməyəcəklər", - deyə millət vəkili yekunlaşdırıb.

Turan İSMAYIL

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Mart 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see280

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see275

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see222

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see214

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see210

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see201

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see196

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see192

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see184

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see179

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see175

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see171

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see165

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

19 Yanvar 2026 14:34see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see154

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see152

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see152

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see150

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see149

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri