Icma.az
close
up
RU
ACF nin mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb

ACF nin mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Azərbaycan Cüdo Federasiyasının (ACF) Təhsil şöbəsinin ekspertləri və Azərbaycan İdman Akademiyasının cüdo ixtisası üzrə müəllimlərindən ibarət nümayəndə heyəti cüdonun vətəni Yaponiyada təcrübə mübadiləsi proqramında iştirak edir.

Apasport.az xəbər verir ki, Hertfordşir Universitetinin professoru Mayk Kallenin rəhbərliyi və "JUDOs" İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilən proqramın əsas məqsədi Yaponiyanın qabaqcıl cüdo təhsil sistemi, məşq metodikaları və uzunmüddətli idmançı hazırlığı modeli ilə yaxından tanış olmaq, əldə olunan təcrübənin Azərbaycanda tətbiqi imkanlarını araşdırmaqdır.

Səfər çərçivəsində nümayəndə heyəti Tokai Universitetində gənclər və böyüklərdən ibarət qrupların məşq prosesini izləyib. Xüsusilə baş məşqçi Riki Nakayanın rəhbərliyi ilə ne-vaza istiqamətində keçirilən məşqlər iştirakçılar üçün praktiki baxımdan böyük əhəmiyyət kəsb edib.

Proqram çərçivəsində müxtəlif yaş kateqoriyalarında cüdo hazırlığı ilə tanışlıq məqsədilə bir sıra məşq mərkəzlərinə də səfərlər təşkil olunub. Asahi Dojoda kiçikyaşlı yeniyetmələrin, Takanavadai məktəbində yeniyetmələrin, Taisei Cüdo Klubunda isə məktəbəqədər və ibtidai sinif yaşlı uşaqların məşq prosesi izlənilib, erkən yaş dövründə tətbiq olunan tədris metodları öyrənilib.

Nümayəndə heyəti həmçinin Ümumyaponiya Cüdo Federasiyasında idmançıların uzunmüddətli inkişaf planına həsr olunmuş təqdimat və təlimdə iştirak edib. Sessiya zamanı cüdoçuların yaş xüsusiyyətlərinə uyğun inkişaf mərhələləri, təlim yükünün planlaşdırılması və sistemli hazırlıq modeli ilə bağlı ətraflı məlumat təqdim olunub.

Səfər çərçivəsində Kodokanda keçirilən randori məşqlərində iştirak edilib, eyni zamanda yarışlar izlənilərək Yaponiyanın zəngin cüdo ənənələri və yüksək səviyyəli hazırlıq sistemi yerində öyrənilib.

Bu təcrübə mübadiləsinin Azərbaycan cüdosunda təhsil və məşq prosesinin daha da təkmilləşdirilməsinə, beynəlxalq qabaqcıl yanaşmaların tətbiqinə və məşqçi-müəllim heyətinin peşəkar inkişafına mühüm töhfə verməsi gözlənilir.

Cüdoçularımız ilk günü 2 medalla başa vurdu Azərbaycanın yeniyetmə cüdoçuları Avropa çempionatına Şamaxıda hazırlaşır Qadın cüdoçularımız Avropa Açıq Turnirində medal uğrunda mübarizə aparacaq Azərbaycan cüdoçuları Avropa Kubokunun son günündə dörd medal qazanıblar Cüdoçumuz Avropa Kubokunun qalibi olub
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://apasport.az
archiveBu xəbər 15 İyun 2026 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri