Icma.az
close
up
RU
Açıqlaması gərginliyə səbəb oldu Liverpul da qalmaqal

Açıqlaması gərginliyə səbəb oldu Liverpul da qalmaqal

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Açıqlaması gərginliyə səbəb oldu - "Liverpul"da qalmaqal

“Liverpul”un futbolçusu Məhəmməd Salah Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda “İnter”ə qarşı keçiriləcək oyunu buraxa bilər. 

QOL.az xəbər verir ki, bu haqda "Daily Mail” məlumat yayıb. Qeyd edilir ki, misirli hücumçunun klub və baş məşqçi Arne Slotla bağlı tənqidləri Mersisayd təmsilçisində narazılığa səbəb olub.

İnsayder Fabritsio Romano isə klub daxilində məsələ ilə bağlı müzakirələrin davam etdiyini bildirib. Onun sözlərinə görə, Salahın “İnter”lə qarşılaşmaya aparılıb-aparılmayacağı ilə bağlı qərar günün sonuna qədər veriləcək.

Arne Slotun bu gün keçirəcəyi mətbuat konfransında məsələyə aydınlıq gətirməsi gözlənilir.

Qeyd edək ki, Salah hadisə ilə bağlı açıqlamaları İngiltərə Premyer Liqasının 15-ci turunda “Lids”lə 3:3 hesablı oyundan sonra demişdi.

Salah nə demişdi?

Həmin matçdan sonra o bildirib: “Sadəcə inana bilmirdim ki, bütün 90 dəqiqəni ehtiyatda keçirdim. Bu artıq üçüncü dəfədir. Deyəsən, bu, mənimlə ilk dəfə baş verir.

Çox məyus olmuşam. Bu illər ərzində, xüsusilə də ötən mövsüm klub üçün çox iş görmüşəm. İndi isə mənə elə gəlir ki, klub məni sadəcə gözünün önündən atıb. Mən özümü məhz belə hiss edirəm. Kimsə istəyir ki, bütün günah mənim üzərimə düşsün. Yayda klub mənə çox şey vəd etmişdi. İndi isə ehtiyatdayam və buna görə də deyə bilərəm ki, verdikləri sözə əməl etməyiblər.

Əvvəllər mənimlə Slot arasında yaxşı münasibətlər vardı. İndi isə heç bir münasibət yoxdur və bunun səbəbini belə anlamıram. Elə bil kimsə məni klubda görmək istəmir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://qol.az
archiveBu xəbər 08 Dekabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri