Icma.az
close
up
RU
Açıqlanan statistikalar gələn ilə ümid aparmır... Azərbaycanda valyuta satışının həcmi yenə böyükdür

Açıqlanan statistikalar gələn ilə ümid aparmır... Azərbaycanda valyuta satışının həcmi yenə böyükdür

Icma.az bildirir, Bizimyol portalına istinadən.

İl başa çatmayıb, artıq valyuta satışı 7 milyard dolları keçib. Məsələn, keçən il ümumi həcm heç 4 milyard dollara çatmamışdı. Keçən ilin eyni dövrü ilə müqayisədə tələbat 85 faiz artıb. İl ərzində 95 valyuta hərracında 7 milyard 169 milyon dollar satılıb. Təkcə dekabrda valyuta satışı 565 milyon dollar olub.

Bizimyol.info xəbər verir ki, Mərkəzi Bankın valyuta ehtiyatları yenə azalıb. Noyabrın yekununa görə, bankın rəsmi valyuta ehtiyatları 10,9 milyard dollara düşmüşdü. Bu gedişlə gələn aydan göstərici bir rəqəmlə ifadə olunacaq.

Daha rəqəmlər haqda çox danışmağın da mənası qalmayıb. Aşkar görünür ki, 2025-ci il bizim üçün ağır iqtisadi dönəm olacaq. Rəsmi səviyyədə qarşıdakı 6 il ərzində neft hasilatının azalacağı bildirilib. Onsuz da bunu gizlətmək mümkün deyil. Neft hasilatı, elə bu istiqamətdə gəlirlər də az qala iki dəfə azalıb. Təbii qaz gəlirlərinin azalması da faktdır. Ümumiyyətlə, ixracatla bağlı işlər qaydasında deyil.

Ölkəyə ixrac olunan məhsullar sayəsində milyardlar gəlir. Çox böyük azalma, üstəlik, gələcəklə bağlı bədbin proqnozlar yalnız məyusluq yaradır. Dekabrın son günlərində açıqlanan başqa statistikalar da ümid yeri saxlamır. Məsələn, xaricdən ölkəyə pul köçürmələrinin həcmi nəzərəçarpan səviyyədə azalıb. Bunun da özünəməxsus səbəbləri var. Əmək miqrasiyası fərqli şəkil almağa başlayıb. İnsanlar ölkəni birdəfəlik tərk etmək yolunu seçir. Vətənlə bağları az qala həmişəlik kəsirlər. Adətən, miqrasiyanın başqa forması diqqət çəkirdi. Xaricə işləmək üçün gedənlər buradakı yaxınlarını təmin etməyə çalışırdılar. İndi isə vəziyyət başqa hal alıb. İnsanlar ailəvi köç həyata keçirirlər. Nəticədə ölkəyə xaricdən pul köçürmələrinin həcmi də kəskin azalır.

Necə deyərlər, oturub devalvasiyanı gözləyirik. Beynəlxalq fondlar, institutlar qışın sonuna qədər manatın dəyər itirəcəyini ehtimal etmir. Daha çox apreldən sonra durumun daha da çətinləşəcəyini bildirirlər. Biz isə belə əminliklə danışmaqdan çəkinirik. Gözlənilməz zərbəni istənilən vaxt ala bilərik.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Dekabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri