Icma.az
close
up
RU
Ad günü

Ad günü

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


Akif ABBASOV
(hekayə)
Bilal Zakirov keçib yerində əyləşdi. Ətrafı gözdən keçirdi. Hamı yerində idi. Məmməd, Xanım, Soltan, Bahərdin, Gülsənəm, bir də Elnur. Bilal Zakirov kefi kök:
- Yoldaşlar, bilirsiniz də sabah mən Bilalın nəyidir?
Hamı bir-birinə baxdı:
- Nəyi?
- Ad günü.
İşçilər başları ilə təsdiq etdilər.
Bilal Zakirov təntənə ilə:
- Sabah nə edirik?
İşçilər nə bilsinlər onlar nə edirlər. Odur ki, Soltan soruşdu:
- Nə edirik?
Məmməd dilləndi:
- Yəqin yuyuruq.
Bilal Zakirov əlini-əlinə vurdu:
- Afərin, Məmməd, arif adamsan, o dəqiqə tapdın, əlbəttə, yuyuruq. Deməli, belə. Bilin və agah olun, sabah günorta yeməyinə bir şey gətirməyin, nöşün ki, mən hazırlıqlı gələcəyəm. Yarpaq dolmasından, soyutma ətdən, pendir, göy-göyərti və araqdan belə hər şey olacaq. Nə edəcəyik? Yaxşı-yaxşı yeyib, üstündən də yüz-yüz araq vurub, Bilal Zakirovun ad gününü bir yerdə qeyd edəcəyik.
Bilal Zakirov bunları deyib ayağa qalxdı:
- Hə, yoldaşlar, bu gün məni üzrlü hesab edin. Sabaha hazırlıq görməliyəm. Dükan-bazara baş çəkmək lazımdır. Di xudahafiz, getdim.
Bilal Zakirov çıxdı.
O gedəndən sonra otaqdakılar məşvərət etməyə başladılar. Bahərdin dedi:
- Kişi qonaqlıq verir. Biz də gərək onunçun hədiyyə alaq.
Bu dəfə Xanım dilləndi:
- Burada nə var ki? Birinci dəfə deyil ki... Hərəyə beş-altı manat qoysaq, hədiyyə məsələsi həll olunacaq.
- Bəs nə alaq?
Bu sualı Məmməd verdi. Cavabında Soltan dedi:
- Bir köynək, bir qalstuk. Bu nağdıdır.
Məmməd əlavə etdi:
- Bu Bilal Zakirovla 20-25 manata xudmani bir maqnitofon görmüşəm. Radiosu da var. Bilalın xoşuna gəlmişdi. Dedi: “Əlimə pul düşsəydi, buncuğazı alardım. Çox əmiri şeydir. Hara gedirsən, olur sənə yar-yoldaş”.
İşçilər həmin hədiyyələri alıb yaxşı-yaxşı bükdülər. Ertəsi gün idarənin qarşısında bir taksi dayandı. Bilal Zakirov cavan oğlanların ikisini çağırıb kömək istədi. Birisində yarpaq dolması, o birində qovurma ət, başqa birində soyutma toyuq olan qazanlar, pendir, duzlu xiyar-pomidor, mineral su, araq... otağa daşındı.
Araq bir dənə idi. Məmməd cibindən 6 manat verib bir araq da aldı. Yaxşıca yeyib-içdilər, Bilal Zakirovu təbrik etdilər, ona uzun ömür dilədilər. Sonra hədiyyəsini verdilər.
Bir neçə gün ötdü. Bilal Zakirov iş yerində özündən razı halda yazı masasının arxasında əyləşmişdi. Adəti üzrə ətrafı gözdən keçirdi. Hamı yerində idi. Məmməd, Xanım, Soltan, Bahərdin, Gülsənəm, bir də Elnur. Bilal Zakirov cibindən bir siyahı çıxarıb dedi:
- Əziz yoldaşlar, sizli, bizli mənim ad günümü keçirdik. Mən də sağ olum, siz də. Amma həllini gözləyən bir məsələ qalıb.
Bilal Zakirov hamının diqqət kəsildiyini görüb sözünə davam etdi:
- Deməli, belə. Ad günü üçün iki kilo quzu əti, iki kilo dana əti, yarım kilo Bərdə pendiri, bir kilo duzlu xiyar-pomidor, bir kilo təzə xiyar, bir kilo da təzə pomidor...
Ad günündə süfrəyə nə düzülmüşdüsə, hamısının adı çəkildi. Sonra Bilal Zakirov sözünün canını dedi:
- Bütün bu aldıqlarıma 54 manat 45 qəpik xərc çəkmişəm. Sizdən xahişim budur ki, həmin pulu yığıb mənə verəsiniz.
Otaqdakılar bir-birlərinə baxdılar. Bilmədilər nə cavab versinlər. Bilal Zakirov onlardan səs çıxmadığını görüb ayağa qalxdı, xudahafizləşib otağı tərk etdi. O gedəndən sonra işçilər sanki yuxuda idilər – ayıldılar. Çox ölçüb-biçəndən sonra axır ki, bir qərara gəldilər...
Ertəsi gün Bilal Zakirov üzünü iş yoldaşlarına tutub:
- Hə, yoldaşlar, vəziyyət necədir? Pulları yığdınız?
Məmməd əlini cibinə atdı, bir əllilik və bir beşlik çıxarıb irəli yeridi:
- Bilal Zakirov, biz hazır. Bu da pulunuz.
Bilal Zakirov pulları almaq istəyəndə Məmməd əlini geri çəkdi:
- Belə olmaz, Bilal müəllim, tələsməyin, bir az hövsələli olun. Qonaqlığınızın müqabilində biz də sizin üçün maqnitofon, köynək və qalstuk almışıq. Təxminən çəkdiyiniz xərc qədərdir. Onların pulunu qaytarın, biz də Sizin pulları verək.
Bilal Zakirov key-key Məmmədin, sonra o biri yoldaşların üzünə baxdı. Yoldaşlar başlarını tərpədirdilər. Yəni Məmməd deyəndir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://reyting.az
archiveBu xəbər 27 Mart 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri