Icma.az
close
up
RU
Adamı darıxmağa qoymayan adamın portreti Əyyub Qiyas

Adamı darıxmağa qoymayan adamın portreti Əyyub Qiyas

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulis.az Əyyub Qiyasın "Adamı darıxmağa qoymayan adamın portreti" yazısını təqdim edir.

Yaradıcı adamın darıxmağı adi bir şeydir. Bəzən adam yazı masasından, yazdıqlarından , yaşadıqlarından da yorulur. Bəzən yox ey, elə hər gün yorulur və darıxır...

Sosial şəbəkələrdən izləyirdim ki, rəssam dostum Nəvai Metin Türkiyədə, Kuşadasında Mehmet Nuri Göçenin xatirsəinə həsr olunmuş “Kuşadası Sanat Kolonisi Resim Yarışması Festivalı”ndadır və bu festivala nədənsə “Ünlülər festivalı” adı verilib. Maraqlı idi mənə. Ünlülər... Kim idi onlar? Nəvainin səfərdən qayıtmağını gözlədim. Həmişə olduğu kimi emalatxanasındakı atmosferin təsiri altına düşdüm.

Təzə tablolar, portretlər diqqətimi çəkdi. Masanın üstündəki müxtəlif qəzetlərdə isə adı çəkilən festivalla bağlı müxtəlif yazılar dərc edilmişdi.

Nəvai ilə ilk tanışlığımızda dostum İbrahim İlyaslı Nəvainin çəkdiyi tablolardan birinə yaxınlaşıb tablonun kənarındakı mismarı çıxarmaq istəyirdi. “Bu mismarı bura niyə vurubsan?” – deyən, şair barmaqlarını mismara toxundurmaq istəyəndə, onun yalnız şəkil olduğunu alnlayıb bir qədər pərt olmuşdu.

Biz şəbədə qoşanıq axı... Yəni zarafat-filan... Amma bu yerdə İbrahimdə heç bir günah görmürdüm. Günah obyekti Nəvai Metin idi, o qədər canlı bir iş qoymuşdu ortalığa ki, adam çaşmasın neyləsin?!

Nə isə... O anı nədən xatırladım, heç özüm də bilmirəm...

Nəvainin başqa qonaqları da var. Məni emalatxanadakı əsərləri ilə baş-başa buraxıb özü zala keçir.

“İndi gəlirəm. Darıxsan orada viski var, istəsən içərsən...”

Gülümsəyərək gedir.

Əlimi atır, masanın üstündəki qəzetlərdən birini götürüb vərəqləyirəm. Festival haqqında geniş məlumat verilib qəzetdə. 2014-cü ilin 26 aprel- 4 may arası davam edən festival “Beynəlxalq Kültür Sanat Dialoqları Dərnəyi”nin tşkilatçıtçılığı ilə baş tutub. Festivala dünyanın 18 ölkəsindən 46 rəssam qatılıb. Aralarında ABŞ-dan Prabin Bathia, Misirdən, Qahirə Universitetinin professoru Taher Abdelazeem, pakistanlı rəssam Muhammed Arshad Khan, Çindən Si En He, yenə Misirdən Heeni Ali, Polşadan Darius Przeuvlikovski və başqaları... Qəzetdəki yazını oxudquca Nəvai haqqında olan fikirlər diqqətmi çəkir. İstanbul Yedi Tepe İniversitetinin professoru prf.dk. Kaya Özsezgin deyir ki: “...Nəvai portret janırında sürətli portret çəkə bilmək texnologiyasını mükəmməl bilən peşəkar rəssamdır”.
Festival boyunca Nəvai Metin ən çox portret çəkən bir rəssam kimi hər kəsin diqqət mərkəzində olub. Hətta peşəkarlar belə onun bu sürətlə portret yarada bilmək bacarığına heyrətlə yanaşıblar. Belə məqamlarda Nəvai həmsöhbətlərini meydana çkib və bacarığını onara əyani şəkildə sübut edib. Onların portretlərini qısa zaman kəsiyində yaradıb.

Türkiyəli rəssam Hülya Segin Nəvai haqqında “... o, bizim arkadaş qrupumuzun hiperaktiv cocuğudur , – deyir. – O peşəkar rəssam, təmiz ürəkli dost və qardaşdır”.

Qalxıb pəncərə dirsəkliyindəki şüşədən özümə bir qədər viski süzürəm. Stəkan əlimdə divar boyu sıralanmış tablolara, portretlərə baxıram. Tanıdığım və tanımadığım adamları görürəm. Portretlərdən biri diqqətimi lap çəkir. Özümü saxlaya bilmədən bir qədər də ucadan danışıram:

– Aaa, bu, Quramın portreti deyil?

Lap diqqətlə baxıram.

– Vallah Quramdı. Bunu harda çəkmisən?

Emalatxanada tək olduğumun fərqinə varıb, səsimi qısıram. Viskidən bir-iki qurtum içib portretin böyür-başına dolanıram. Yaxşı ki, Nəvai gəlir.

– Quramla (söhbət məşhur gürcü yazıçısı, dostumuz Quram Odişariyadan gedir) tanışsan?

Gülümsəyir.

– Təzə tanış olmuşam, – deyir. – Sən özün tanış eləmədimmi?

Çiyinlərimi çəkirəm. Nəsə xatırlamağa çalışıram.

– Məən? Nə vaxt?

– Onun romanını sən mənə vermədinmi?

– Hə... “Prezidentin pişiyi”ni deyirsən? Olub...

– Mən də oxudum... həm roman xoşuma gəldi, həm də kitabın üstündəki Quramın şəkili. Heç bilmədim... 40-45 dəqiqəyə çəkidm getdi.

– Hm... Bəs tərcümə necə, xoşuna gəlmədi? – zarafatla soruşuram. Öz tərcüməm haqqında fikir eşitmək istəyirəm.

– Elə bildim roman azərbaycanca yazılıb, – deyərək, yenə gülümsəyir.

– Məni bağışla, qonaqları yola salıb gəlirəm.

Emalatxandan bəzi şeylər götürüb gedir və yenə məni tək saxlayır. Gözlərimi divar boyu sıralanan işlərdən ayrımadan asta-asta divana çökürəm.

Başqa bir qəzet keçir əlimə. Bu qəzetdə Mehmet Nuri Göçmenin qızı Nailə Göçmenin müsahibəsi var. Oxuyuram...

“Azərbaycanlı rəssam qardaşımız Nəvai Metinin çəkdiyi atamın portreti məni çox sevindirdi. Nəvai bəy portreti mənə hədiyyə etdiyi zaman göz yaşlarımı saxlaya bilmədim. Sanki bir anlıq atama qovuşdurdu məni bu əsər”.

Festival haqqında türkiyənin müxtəlif telekanalları da geniş repotrajlar hazırlayıb. “ADA Tv”nin hazırladığı reportajda Nəvai haqqında müxtəlif rəssamların və peşəkarların dedikləri yekun bir fikrilə ifadə olunub: “Hər kəsi heyrətləndirən rəssam”.

Dostum haqqında oxuduqlarım və eşitdiklərimdən qürur duyuram. Sözün düzü nə üçün bura gəldiyimi də unutmuşam. Sadəcə yadıma düşür ki, yorulmuşdum və darıxırdım. Bu rənglər dünyasında hər şeyi unutmaq olurmuş.

Çoban Rəssam... Qəribə adı var bu adamın. Böyük rəssamdı. Nəvai ilə sıx dostluğu var. Deyir ki: “ Nəvai Metin çox dəyərli sənətkar, ürəyi segiylə dolu, mərd insanlara dəyər verməyi bacaran, pula-paraya meyil salmayan, böyük mənəvi dəyərlərə sahib dost, insandır”.

Admaın öz dostu haqqında deyilən belə gözəl sözlərdən də dəmlənməyi olurmuş... Viski yaddan çıxıb, məni dəmləndirən buradakı auradır.

Nəhayət, Nəvai qonaqlarını yola salıb gəlir. İlk sualı:

– Darıxmadın ki? – olur.

– Darıxmağa vaxtım olmadı, – deyirəm. Sonra qarşımdakı portreti ona göstərib soruşuram: – Bu, Rais Rəsulzadənin portreti deyil?

– Oxşamır?

– Elə oxşadığı üçün soruşuram da.

– Rais bəy mənim müəllimim olub. Tələbə vaxtı mənə tez-tez babasından danışardı. Mən də öz babamdan, deyərdim. Babalarımız xaraktercə fərqli adamlar olublar. Sonradan bildim, sən demə söhbət

Məmməd Əmin Rəsulzadındən gedirmş. Çox dəyərli adamdır Rais müəllim.

– Bilirəm.

Telefonumu çıxarıb üzümü Nəvaiyə tuturam.

– Bu gün onun səsini eşitməyin yeri var.

Nəvai nömrəni deyir, mənsə yığıram. Az sonra xəttin ö üzündən xoş bir səs eşidilir.

– Buyurun.

– Salam, Rais müəllim. Mən Nəvai Metinin dostuyam. Yəqin, onun haqqında bir yazı yazacağam nə vaxtsa... Amma səsinizi eşitmək üçün zəng vurdum sizə. Narahat edirəmsə başqa vaxta qalsın.

– Xoşdur, – deyir. – Nəvi mənim mənəvi oğlumdur. Çox istedadlı rəssmadır. Ən əsası... bir yerdə dayanmayan, öz üzərində çalışan biridir. Nəvai son illərdə sürətli portret çəkmək texnologiyasını elə mükəmməl öyrənib ki, hər kəsi heyrətə salır. Çoxlarının üzərində aylar sərf etdiyi bir işi Nəvai bir-iki saat içində tamamlaya bilir. Bu, böyük istedad deməkdir.

– Sağ olun, Rais müəllim.

– Nəvaiyə salamalrımı çatdırın.

– Baş üstə.

Telefonu qapadıb Nəvaiyə baxıram. Ürəyimdə: “Rais müəllim də Kaya Özsezginin dediklərini dedi”, – fikirləşirəm.

– Nə dedi? – soruşur.

– Çox şey...

Viskini sonuna qədər içib qalxıram. Bu vaxt Nəvainin işçisi qız qapını döyərək, emalatxanaya gəlir. Nəvaiyə bir zərf verib gedir. Nəvai zərfi açıb baxır.

– O nədi elə?

– Elektoron dəvətnamədi. Bu ilin 3 iyulundan 9-iyuluna qədər dostlar yubileyimi keçirmək üçün məni Marmarisə, Datçaya dəvət ediblər. Sağ olsunlar.

Dəvətnaməni alıb baxıram.

– Sənin yubileyin bu ildi ki? 50 olur?

Nəvai yenə özünəməxsus şəkildə üzümə baxıb gülümsəyir. Mənsə masanın üstündəki viskidən bu dəfə iki stəkana süzüb, birini ona uzadıram.

– Sənin yubileyini qeyd eləməyi bugündən başladıq, bəy!

Qulaqlarımda stəkanların cingiltisi, gözlərim önündə müxtəlif tabloların və portretlərin görüntüsü, başımda viskinin meyxoş təsiri üzü Sumqayıta sarı yol gedirəm. Yenə darıxıram. Amma bu dəfə səhər darıxıb uzaqlaşdığım yazı masam üçün darıxıram. Daha doğrusu bu yazını yazmaq üçün... Lap dəqiqi adamı darxımağa qoymayan adamın pirtretini çəkmək üçün darıxıram.

16-17 may 2014-cü il.

Daim şər istəyən, ancaq xeyir törədən fəndgir Tanrı - Kilsədə metafizik macəra Uşaq pulu mütləq verilməlidir! - Aqil Abbasla səmimi söhbət Başqa bir ailədə doğulsaydım... - Həyatımın dəyişdiyi an
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://kulis.az
archiveBu xəbər 19 İyun 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see342

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see324

Formula 1 ə görə bağlanan bütün yollar açıldı

22 Sentyabr 2025 09:50see185

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see140

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see138

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see137

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see132

Bakı metrosunda HADİSƏ: Qatarda konstruksiya qırıldı

22 Sentyabr 2025 08:44see128

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see126

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see126

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see125

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see124

Medvedevin hədəsi gündəmdə: NATO ya yeni xəbərdarlıq gəldi

22 Sentyabr 2025 09:50see124

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see123

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see123

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see122

Haaland Premyer Liqada yeni nailiyyətə imza atdı

22 Sentyabr 2025 15:38see121

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see120

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see118

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri