Icma.az
close
up
RU
ADAU da sülh və dayanıqlı inkişafın vəhdətindən danışılıb

ADAU da sülh və dayanıqlı inkişafın vəhdətindən danışılıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gəncə, 22 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Torpaqşünaslıq və Aqrokimya fakültəsində professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə 21 Sentyabr – Beynəlxalq Sülh Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fakültə dekanı Xaliq Qurbanov çıxış edərək sülhün və həmrəyliyin əhəmiyyətindən danışıb. O, gəncləri sülh dəyərlərinin qorunmasına və cəmiyyətdə bu dəyərlərin təbliğinə töhfə verməyə çağırıb.

İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov çıxış edərək, 1982-ci ildən bəri dünyada “Sülh Günü” kimi qeyd olunan təqvimin yaranma tarixi haqqında məlumat verib. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin təşəbbüsü ilə hər il ənənəvi olaraq respublikamızda “Beynəlxalq Sülh Günü” ərəfəsində yəni, 21 avqust-21 sentyabr tarixlərində “Sülh aylığı”nın elan edildiyi və bu aylıq çərçivəsində müxtəlif maarifləndirmə tədbirlərinin təşkil olunduğunu diqqətə çatdırılıb.

Universitetin Ağsaqqallar Şurasının sədri, dosent Siyasət Məmmədov “Təhlükəsiz həyat və davamlı sülh”, Torpaqşünaslıq və Aqrokimya kafedrasının müdiri, professor Həsənəli Aslanov “Təhlükəsiz torpaq və davamı sülh”, İctimai fənlər kafedrasının dosenti Zümrüd Qəhrəmanova “İnsan hüquqları və sülh mədəniyyəti”, Kitabxana və İnformasiya mərkəzinin direktoru Kamil Məmişov “Sülh naminə yaşıl gələcək”, II kurs tələbəsi Hüseyn Cavadov “Gənclər sülh və dayanıqlı kənd təsərrüfatı naminə” mövzularında çıxışlar ediblər. Çıxışlarda sülhün yalnız müharibələrin olmaması deyil, həm də təhlükəsizlik, insan hüquqları, davamlı inkişaf və qarşılıqlı hörmət üzərində qurulan dəyər olduğunu vurğulayıblar.

Tədbir sülhün və azadlığın rəmzi olan ağ göyərçinlərin səmaya buraxılması ilə başa çatıb.

Müxbir - Elcan Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2026 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri