Adı Turan Tovuz la hallanan sabiq Qarabağ lının yeni klubu bəlli oldu
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Ağdamın "Qarabağ" futbol klubunun sabiq sağ cinah müdafiəçisi Marko Veşoviç karyerasını Xorvatiyanın "Lokomotiv" (Zaqreb) klubunda davam etdirəcək.
Oxu.Az xəbər verir ki, Zaqreb klubunun rəsmi "Instagram" səhifəsində 33 yaşlı futbolçunun açıqlaması da dərc edilib.
"Köhlən atlar"ın sabiq üzvü "Lokomotiv"ə keçdiyi üçün çox şad olduğunu bildirib.
"Mən uzun müddət idi ki, bu klubu izləyirəm və bilirəm ki, burada ciddi iş mühiti qurulub və komanda iddialıdır. Mən öz təcrübəm və oyunumla komandaya kömək etmək və birlikdə mümkün olan ən yaxşı nəticələri qazanmaq arzusu ilə buraya gəlmişəm. Yeni çağırışları səbirsizliklə gözləyirəm və "Lokomotiv"in azarkeşləri qarşısında oynamaq üçün səbirsizlənirəm", - deyə monteneqrolu təcrübəli futbolçu vurğulayıb.
Məlumat üçün əlavə edək ki, M.Veşoviç 2021-ci ildən "Qarabağ"da çıxış edib. Yayda klubla müqaviləsi baş çatan futbolçu azad agent statusuna malik idi. Futbolçunun Azərbaycan təmsilçisi "Turan Tovuz"a keçəcəyi barədə xəbərlər dolaşsa da, monteneqrolu ölkəmizdə qalmağı arzulamayıb.



