Icma.az
close
up
RU
ADY də iş yerləri azaldılır? RƏSMİ AÇIQLAMA

ADY də iş yerləri azaldılır? RƏSMİ AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də ixtisarlara başlanıldığı haqda məlumatlar yayılıb. 

Redaktor.az xəbər verir ki, iddialarda yol infrastrukturu üzrə bir sıra ara stansiyaların ləğv edildiyi, bunun nəticəsində həmin stansiyalarda çalışan işçilərin uzaqlaşdırıldığı deyilir. Məlumata görə, qərb, cənub və şimal istiqamətləri üzrə ümumilikdə 150 nəfərə yaxın işçi ixtisar edilib.

Məlumatlarla əlaqədar ADY ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, ümumilikdə daxili strukturun təkmilləşdirilməsi çərçivəsində kassaların fəaliyyətinin dayandırılması ilə bağlı 24 ştat ixtisara salınıb. Bu isə ümumi əməkdaş sayının 0,16 faizidir.

Qeyd edilib ki, 2023-cü il iyulun 1-dən etibarən kağız istifadəsinin azaldılması məqsədilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə kağız biletlərin satışı dayandırılıb: “Ağdam, Bərdə, Köçərli, Qazax, Ləki və Ucar stansiyaları, Göynük, Qorağan, Əliabad, Göyəm və Təzəkənd dayanacaqları istifadəyə verildikdən sonra bu istiqamətlər üzrə bilet satışı onlayn qaydada təşkil edilir.

Xidmət keyfiyyətinin yüksəldilməsi nəticəsində son illər bilet alışında “ADY Mobile” mobil tətbiqi və ADY-nin rəsmi saytının payı nəzərəçarpacaq dərəcədə  artıb. Artıq “ADY Mobile” istifadəçilərinin sayı 300 min nəfəri ötüb.

2023-cü ilin 8 ayında rayonlararası istiqamətlər üzrə biletlərin 48 faizi, 2024-cü ilin 8 ayında 65 faizi, bu ilin eyni dövründə isə 71 faiz onlayn şəkildə alınıb.

ADY-nin 2023-2028-ci illər üçün rəqəmsallaşma strategiyasına müvafiq olaraq mərhələli şəkildə bütün xidmətlər elektronlaşdırılır. Eyni zamanda, yükdaşımaları sahəsində də artıq xidmətlər elektronlaşdırılıb, ölkə daxili yükdaşımaları isə artıq kağızsız qaydada, elektron imza ilə həyata keçirilir.

Sərnişinlər onlayn bilet satışının 7/24 aktiv olması nəticəsində məkan və zamandan asılı olmayaraq həm özlərinə, həm də ailə üzvləri və yaxınlarına daha rahat və növbə gözləmədən bilet almaqla vaxtlarına maksimum qənaət edirlər.

Qurum daxilində resurslardan daha səmərəli istifadə və xidmətlərin müasirləşdirilməsi məqsədilə optimallaşdırma tədbirləri həyata keçirilir. Bakı və Gəncə dəmiryol kassalarının fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq, kassa əməkdaşlarının bir qismi başqa işə keçirilib, bir qismi isə başqa işə keçirilmə təklifini qəbul etməyib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Sentyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri