Icma.az
close
up
RU
Afaq Əliyeva: Peyvəndlər insan həyatını təhlükəli xəstəliklərdən qoruyur

Afaq Əliyeva: Peyvəndlər insan həyatını təhlükəli xəstəliklərdən qoruyur

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Uşaq doğulduqda onun immun (müdafiə) sistemi bir çox mikroblara müqavimət göstərə bilir. Lakin onların arasında daha təhlükəli mikroblar var ki, uşaq onlara qarşı həssasdır".

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsinə müsahibəsində qurumun Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

- Afaq xanım, öncə peyvəndlərin əhəmiyyəti və faydası haqqında ümumi məlumat verərdiniz.

- Peyvəndlər insan həyatını təhlükəli xəstəliklərdən qoruyur. Peyvəndlər uşaqları, xüsusilə immun sistemi zəif inkişaf etmiş körpələri ciddi fəsadlardan qoruyur.

Azərbaycanda immunlaşdırma proqramı dövlət tərəfindən dəstəklənir və peyvəndlərlə idarə olunan xəstəliklərin azaldılmasına yönəlib. Hazırda uşaqlar arasında profilaktiki peyvəndlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Peyvənd Təqviminə əsasən həyata keçirilir. Uşaqlar ilk iki peyvəndini doğum evində alır, sonra isə yaşadığı ərazi üzrə tibb müəssisəsində qeydiyyata düşərək iki aylığından altı yaşına qədər təqvimə uyğun profilaktiki peyvəndlərini davam etdirir.

İmmunoprofilaktika proqramı körpə və uşaq ölümünün və xəstələnmə səviyyəsinin azaldılmasına yönəlmiş ən vacib proqramdır. Ölkədə aparılan immunoprofilaktika tədbirləri nəticəsində bir sıra xəstəliklərin yayılma səviyyəsi xeyli azalıb, bir neçəsi isə eliminasiya olunub.

- Vaksinasiya ilə hansı xəstəliklərin qarşısını almaq olar?

- Uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirilən immunoprofilaktika Azərbaycanda səhiyyə sisteminin əsas prioritet istiqamətlərindən biridir.

İmmunoprofilaktika ictimai səhiyyə sahəsində bir sıra infeksion xəstəliklərin aradan qaldırılması və nəzarət altına alınmasına səbəb olan ən mühüm nailiyyətlərdən biridir.

Ölkədə hazırda dövlət tibb müəssisələrində peyvənd təqviminə uyğun olaraq 0-6 yaş uşaqlar arasında 11 yoluxucu xəstəliyə qarşı vaksinasiya aparılır - Hepatit B, vərəm, difteriya, göyöskürək, tetanus, poliomielit, B tipli hemofil infeksiya, pnevmokok infeksiyaları, qızılca, epidemik parotit, məxmərək.

Peyvəndlər insanları qeyd edilən xəstəliklərdən qoruyur.

2014-cü ildən vaksin preparatları Azərbaycana Səhiyyə Nazirliyi tərəfindən UNICEF xətti ilə gətirilir. Ölkəyə daxil olan bütün vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsizlik və effektivlik standartlarına cavab verir.

- Nə üçün uşaqları peyvənd etdirmək vacibdir?

- Uşaqlar hər gün ətraf mühitdəki minlərlə mikrobla təmasda olurlar. Bu mikroblardan qorunmağın ən effektiv üsulu peyvəndləmədir.

Hər bir uşağın hələ də ciddi fəsadlar yaradan xəstəliklərdən peyvəndlər vasitəsilə qorunmaq hüququ var.

Ölkədə peyvəndlərlə idarəolunan xəstəliklər qeydə alınmırsa belə, digər ölkələrdən gətirilmə hallar xəstəliklərin alovlanmasına səbəb ola bilər.

Uşaqların təhlükəli xəstəliklərdən qorunması üçün onları peyvənd etdirmək vacibdir. Uşağın xəstələnməsini gözləmədən, onu peyvənd təqviminə uyğun peyvənd etdirmək mütləqdir.

Əgər uşaq peyvəndlə qarşısı alına bilən xəstəlikləri keçiribsə belə, uşaq yenə də peyvənd edilməlidir. Peyvənd uşağı eyni xəstəliyi törədə biləcək mikrobun bir çox serotiplərindən qoruyur. Məsələn, Azərbaycanda tətbiq olunan pnevmokok əleyhinə peyvənd uşağı pnevmokok bakteriyasının 13 serotipindən qoruyur.

Uşaq qızılca xəstəliyi keçiribsə belə, o, qızılca-parotit-məxmərək əleyhinə QPM vaksini ilə peyvənd olunmalıdır. Çünki bu vaksin onu eyni zamanda epidemik parotit və məxmərək xəstəliklərindən də qoruyacaq.

Heksavaksin uşaqları altı yoluxucu xəstəlikdən qoruyur - difteriya, göyöskürək, tetanus, B tipli hemofil infeksiya, hepatit B, poliomielit. Uşaq bu xəstəliklərdən hər hansı birini keçiribsə belə, o, digər infeksiyalara yoluxmamaq üçün bu peyvəndi təqvimə uyğun nəzərdə tutulmuş intervallarla üç dəfə almalıdır.

- Uşaqların peyvənd olunmasına niyə erkən yaşda başlanılır?

- Uşaq doğulduqda onun immun (müdafiə) sistemi bir çox mikroblara müqavimət göstərə bilir. Lakin onların arasında daha təhlükəli mikroblar var ki, uşaq onlara qarşı həssasdır. Peyvəndlər belə mikroblara qarşı erkən yaşlardan uşağın immun sistemini gücləndirmək üçün istifadə olunur.

Peyvənd təqvimi elmi sübutlara əsaslanaraq tərtib olunub. Hər peyvəndin təqvimə uyğun yaşda vurulması çox vacibdir. Çünki həmin yaş dövründə uşağın peyvəndlə qarşısı alınan təhlükəli xəstəliklərə məruz qalma riski olduqca yüksəkdir. Həmçinin, bu yaş dövründə peyvəndləmə nəticəsində daha güclü immunitet yaranır. Buna görə də peyvəndlərin gecikdirilməsi uşaqların təhlükəli xəstəliklərə yoluxma riskini artırır.

Gecikdirilmiş peyvəndləri müəyyən yaş həddinə qədər sonradan vurdurmaq olar. Lakin tez bir zamanda poliklinikaya müraciət edərək, peyvəndləri etdirmək lazımdır.

- Kombinə edilmiş peyvəndlər nədir?

- Kombinə edilmiş peyvəndlər bir inyeksiya vasitəsilə uşağı bir neçə infeksiyadan qoruyur. Bu, həm uşaq üçün ağrılı olan inyeksiyaların sayını azaldır, həm də valideynlərin tibb müəssisəsinə dəfələrlə gəlmə ehtiyacını azaldır.

Hazırda Azərbaycanda tətbiq edilən kombinə edilmiş vaksinlərə QPM (qızılca, parotit, məxmərək əleyhinə), DT (difteriya, tetanus əleyhinə), GDT (göyöskürək, difteriya, tetanus əleyhinə) və Heksavaksin (göyöskürək, difteriya, tetanus, Hepatit B, B tipli hemofil infeksiya və poliomielit əleyhinə) peyvəndləri daxildir.

- Vaxtından əvvəl və ya az çəki ilə doğulan körpələr peyvənd olunmalıdırlarmı?

- Vaxtından əvvəl doğulan uşaqlar anadan daha az qoruyucu anticisimlər alırlar. Anticisimlərin onların orqanizmindən daha tez xaric olması nəticəsində həmin uşaqlarda yoluxucu xəstəliklərdən müdafiə aşağı səviyyədə olur və infeksion xəstəliklərə yoluxma ehtimalı artır.

Bu səbəbdən də vaxtından əvvəl və ya az çəki ilə doğulan körpələr pediatrın təyinatı əsasında profilaktik peyvənd təqviminə uyğun peyvənd oluna bilərlər.

- Peyvəndlərin yan təsirləri hansılardır? Peyvənd olunduqdan sonra hansı reaksiyalar baş verə bilər?

- Peyvəndlər, hər hansı dərman preparatı kimi, bəzi yan təsirlərin yaranmasına səbəb ola bilər. Bu, normal haldır və uşaqlar üçün zərərli və təhlükəli deyil.

Peyvənd vurulduqdan sonra ən çox rast gəlinən yan təsirlərə yüngül qızdırma, narahatlıq və peyvəndin vurulduğu nahiyədə qızartı, şişkinlik və yüngül ağrı daxildir. Bu əlamətlər, adətən, bir neçə gün davam edir və yüngül müalicə ilə keçir.

Əgər uşaqda narahat edən hər hansı bir reaksiya olarsa, həkimə müraciət edilməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Aprel 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri