Icma.az
close
up
RU
AFB Bank ın aktivləri 400 milyon manatı keçdi!

AFB Bank ın aktivləri 400 milyon manatı keçdi!

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

AFB Bank son dövrlərdə maliyyə göstəricilərində əhəmiyyətli yüksəliş əldə edərək inkişaf tempini davam etdirir. Bankın aktivləri 1 dekabr tarixinə 400 milyon manatı ötüb, kredit portfeli isə 50% artaraq 283 milyon manat təşkil edib. Bu müsbət dinamika AFB Bank-ın səmərəli idarəetmə modeli, risklərin sağlam şəkildə idarə olunması və müştəri yönümlü strategiyasının uğurlu tətbiqinin nəticəsidir.

Yeni strategiya çərçivəsində Bank biznes subyektlərinə xidmət spektrini genişləndirərək onların fəaliyyətini asanlaşdıran bir sıra yenilikləri istifadəyə verib. Sürətli Tender Qarantiyası xidməti sahibkarlara girovsuz şəkildə, cəmi 1 iş günü ərzində tenderdə iştirak üçün tələb olunan təminatı əldə etmək imkanı yaradır. Bununla yanaşı, tam yenilənmiş İnternet Bankçılığı platformasıkorporativ müştərilərə gündəlik əməliyyatları daha sürətli, funksional və təhlükəsiz şəkildə həyata keçirmək imkanı verir. Bu həllər biznes proseslərinin rəqəmsallaşdırılmasını və operativ qərarverməni daha da gücləndirir.

Strategiyanın tərkib hissəsi olaraq fərdi müştərilərin ehtiyacları da xüsusi diqqətə alınıb. Onlayn Kredit müştərilərə sadə müraciət prosesi, sürətli sənədləşdirmə və əlverişli ödəniş şərtləri təklif edir. Məhsulun daha çevik mexanizmlə təqdim olunması gündəlik maliyyə ehtiyaclarına uyğun həllərin əlçatanlığını artırıb və kredit portfelinin artımına müsbət təsir göstərib.

Bankın maliyyə sabitliyinə və dayanıqlılığına olan etibarın əsas göstəricilərindən biri də AFB Bank tərəfindən ilk dəfə buraxılan İstiqrazlara investor tələbatının yüksək olmasıdır. Buraxılışın qısa müddətdə tam yerləşdirilməsi bazarda bankın etibarlılığına olan inamı bir daha təsdiq edib. İnkişafda olan AFB Bank-ın istiqrazları təklif edilən gəlirlilik də nəzərə alınmaqla investorlar üçün cəlbedici investisiya alətinə çevrilmişdir.

Beynəlxalq səviyyədə də Bankın maliyyə sabitliyi təsdiq olunub. Fitch Ratings beynəlxalq reytinq agentliyi AFB Bank-a "B” uzunmüddətli emitent reytinqi (IDR) və "Stabil” proqnoz verib. Bu qiymətləndirmə Bankın güclü kapitallaşması, adekvat likvidlik ehtiyatları və stabil maliyyə performansı ilə əsaslandırılıb.

AFB Bank-ın İdarə Heyətinin sədri Amid Qənbərovbildirib:

"Bankın əldə etdiyi nəticələr təkcə satışa deyil, eyni zamanda innovasiyaya, risklərin idarə edilməsinə və ən əsası insan kapitalına qoyulan ardıcıl investisiyaların bəhrəsidir. Transformasiya Strategiyasının tərkib hissəsi olan bu yanaşma Bankı daha dayanıqlı, daha çevik və daha cəlbedici maliyyə institutu kimi möhkəmləndirir və AFB Bank bundan sonra da dayanıqlı inkişafı, innovativ həllərin tətbiqini və yüksək xidmət keyfiyyətini prioritet istiqamətlər kimi davam etdirəcək.
Qeyd edək ki, AFB Bank hazırda ölkə üzrə 11 xidmət nöqtəsində müştərilərinə xidmət göstərir. Bankın qəbul etdiyi Transformasiya Strategiyası müştəri yönümlü həllərin genişləndirilməsini, rəqəmsal xidmətlərin təkmilləşdirilməsini və bizneslər üçün daha əlverişli imkanların yaradılmasını hədəfləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Dekabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri