AFFA Fernandu Santuşlə yollarını ayıracaq? Portuqaliyalı üçün iki həlledici görüş
Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
AFFA Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşdan narazıdır.
Sportal.az xəbər verir ki, buna səbəb isə portuqaliyalının rəhbərlik etdiyi yığmamızın uğursuz nəticələri və gələcəyə ümid verməyən oyunudur.
Federasiya rəhbərliyi hətta DÇ-2026-nın seçmə mərhələsinin startından əvvəl Fernandu Santuşla işbirliyinə son qoymağı da götür-qoy edəcək.
Belə ki, millimiz Latviya və Macarıstana qarşı keçiriləcək yoxlama görüşündə uğursuz nəticə, perspektivsiz oyun göstərsə, rəhbərlik təcrübəli məşqçinin müqaviləsinə vaxtından əvvəl xitam verə bilər. Fernandu Santuşun AFFA ilə müqavilə müddəti 2027-ci ilə qədərdir.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Riqada Latviyanın qonağı olacaq. Dörd gündən sonra isə yığmamız Bakıda Macarıstan millisini qəbul edəcək.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 09 May 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















