Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

AFFA nın bonus bölgüsü: 10 yerli, 10 legioner oynadan İmişli nin xərci gəlirindən çoxdur

AFFA nın bonus bölgüsü: 10 yerli, 10 legioner oynadan İmişli nin xərci gəlirindən çoxdur

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, AFFA İcraiyyə Komitəsinin təxminən bir il əvvəl, konkret, 2025-ci ilin 3 fevralında baş tutan iclasında 2025/2026 mövsümündə Misli Premyer Liqasında çıxış edən klubların heyətində yerli futbolçuların meydana çıxmasına görə maliyyə təşviq mexanizmi tətbiq etməsi barədə qərar çıxardı. Qərara əsasən, bonus fondu Misli Premyer Liqasında iştirak edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödəniləcək rüsumlardan formalaşacaq. Yeni qaydaya əsasən, legioner rüsumlarından ayrılacaq vəsaitin müəyyən hissəsi (minimum 1 000 000 AZN) Misli Premyer Liqasında çıxış edən klublar arasında bölüşdürüləcək. Həmçinin, mövsüm ərzində yerli futbolçuların (əmsallar nəzərə alınmaqla) ən çox xal topladığı klub əlavə mükafat (ümumi məbləğdən 50 000 AZN) qazanacaq.

Hər bir klubun heyətində meydana çıxmış yerli futbolçuların oynadığı ümumi dəqiqə sayı Misli Premyer Liqasının bütün klubların yerli futbolçularının ümumi dəqiqə sayındakı faiz payına uyğun olaraq hesablanacaq.

Misli Premyer Liqası çərçivəsində keçiriləcək oyunlar üzrə ümumi yerli futbolçu 1,0 əmsal, 21 yaş və daha gənc yerli futbolçu 1,5 əmsal, klubun yetirməsi (əsas komandaya yüksələnə qədər eyni klubun aşağı yaş qruplarında və ya əvəzedici komandasında ardıcıl minimum 3 mövsüm çıxış etmiş futbolçu) isə 2,0 əmsalla qiymətləndiriləcək.

Hesablama yalnız 90 dəqiqəlik əsas oyun vaxtını əhatə edəcək. Əlavə olunmuş vaxtda meydana daxil olan oyunçular üçün yalnız 1 dəqiqə qeyd olunacaq. Bir futbolçu eyni zamanda bir neçə kateqoriyaya uyğun gəldikdə, onun oyun dəqiqələri ən yüksək əmsalla hesablanacaq. 

Fanat.Az qaydalara uyğun hesablama apararaq hansı klubun daha çox bonus əldə edəcəyini müəyyənləşdirib. 

Bunun üçün ilk növbədə legionerlərə görə toplanan rüsuma diqqət yetirək. Sözsüz ki, istər rüsum, istərsə də bonuslarla bağlı məbləğ mövsümün ilk yarısına əsasən hesablanıb. Qış fasiləsindən sonra bu rəqəmlər dəyişəcək. İstənilən halda, hazırkı mənzərəylə tanışlıq maraqlı olar.

Klublar 2 milyon 340 min manat rüsum ödəyiblər

İlk növbədə xatırladaq ki, Premyer Liqada bu mövsümdən legioner limiti ilə bağlı yeni qaydalar tətbiq olunub. Belə ki, klublar heyətindəki əcnəbilərə görə, əlavə rüsum ödəyirlər. Məhz ötən ilin fevralında keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında qəbul edilən rüsumlarla bağlı qərar belədir:

1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN
8-dən 12-yə qədər: 10000 (on min) AZN
13-dən 15-ə qədər: 100000 (yüz min) AZN
16 və daha yuxarı: 200000 (iki yüz min) AZN

Göründüyü kimi, say artdıqca, məbləğ də yüksəlir və mövsümün gedişində transfer edilən legioner göndərilsə belə, qeydiyyatdakı saydan azalmayacaq.

Premyer Liqa klublarının qış fasiləsinə qədər heyətinə qatdığı əcnəbi oyunçu sayı və onlara görə ödədiyi rüsumlar:

Qarabağ – 16 (585000 AZN)
Neftçi – 15 (385000 AZN)
Zirə – 15 (385000 AZN)
Sabah – 14 (285000 AZN)
Turan Tovuz – 13 (185000 AZN)
Araz-Naxçıvan – 12 (85000 AZN)
Karvan-Yevlax – 12 (85000 AZN)
Kəpəz – 12 (85000 AZN)
Sumqayıt – 11 (75000 AZN)
Şamaxı – 10 (65000 AZN)
İmişli – 10 (65000 AZN)
Qəbələ – 9 (55000 AZN)

Beləliklə, klublar mövsümün ilk yarısı ərzində legionerlərə görə 2 milyon 340 min manat rüsum ödəyiblər. "Legioner rüsumlarından ayrılacaq vəsaitin müəyyən hissəsi"ndəki rəqəmə aydınlıq gəlmədiyi üçün indiki halda "minimum 1 milyon" vəsaitə əsasən pay bölgüsünü hesablamalı olduq. İstənilən halda, minimum məbləğin ikiqatı toplandığı üçün AFFA bonus ayırmaqda çətinlik çəkməyəcək. Qış fasiləsinə qədər rüsumlardan toplanan vəsaitin təxminən 43 faizini bonuslara ayıracaq. 

"İmişli" AFFA-ya 65 min ödəyib 59100 manat alacaq

Premyer Liqanın 1-16-cı turları ərzində klublar ümumilikdə 123 yerli futbolçunun xidmətindən yararlanıblar. Onların meydanda olduğu ümumi dəqiqələrin cəmi 57910-a bərabərdir. 

Bəribaşdan qeyd edək ki, bütün klubların yerli futbolçularının ümumi dəqiqə sayındakı faiz payına uyğun hesablamaya əsasən, 8-ci yerdə qərarlaşan "İmişli" 4-cü turda texniki məğlubiyyətlə üzləşib. Bununla belə, hesablamada "Sumqayıt"la görüşün göstəricilərini də nəzərə almağı lazım bildik. 

Debütant olmasına baxmayaraq, çempionata rəng qatan bölgə təmsilçisinin sifariş ərizəsində 14 yerli futbolçunun adı var. Ancaq onlardan 4-ü - Xəlil Mürsəlli, Lətif Rzayev, İmam Əli və Mehdi Tahirov qış fasiləsinə qədər debüt edə bilməyib. Hansı ki, hamısı gənclərdir. Onlardan ilk ikisi həm də klubun öz yetirməsi sayılır. Yaşı 21-ə qədər olanlar üçün statusa isə yalnız Tuncay Yusifli uyğun gəlir. Beləliklə, yalnız onun oyun dəqiqələri 2, digərlərinki (Hüseynəli Quliyev, Həzrət İsayev, Azər Salahlı, İdris İnqilablı, Elmir Rəhimzadə, Abbas Ağazadə, Vüsal Qəmbərov, İbrahim Əliyev, Xəzər Mahmudov) standart, yəni 1 əmsalla hesablanacaq. 

Portuqaliyalı baş məşqçi Jorje Kaşkilya 16 tur ərzində 10 yerli futbolçunu 4054 dəqiqə meydanda saxlayıb. Əmsalları nəzərə aldıqda bu rəqəm 4234-ə bərabərdir. Beləliklə, "İmişli"nin "bonus fondu"ndakı (1 milyon) payı 5,91 faizə çatır. Bu da 59100 manat gəlir deməkdir. 
Onu da qeyd edək ki, mövsümün ilk yarısı ərzində 10 yerlinin xidmətinə ehtiyac duyan bölgə təmsilçisi eyni sayda əcnəbi futbolçu sifariş edərək onlara görə 65 min manat rüsum ödəyib. Nəticədə rüsum xərci və bonus gəlirinin müqayisəsindəki mənfi saldo 5900 manat olub. 


Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://fanat.az
archiveBu xəbər 14 Yanvar 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see238

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see212

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see209

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see191

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see168

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see166

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see161

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see154

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see153

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see152

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see147

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see147

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see146

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see146

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see140

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see135

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see135

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri