Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

“Bir millət, iki dövlət artıq şüar yox, geopolitik reallıqdır” Elnur Eltürk

“Bir millət, iki dövlət artıq şüar yox, geopolitik reallıqdır” Elnur Eltürk

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

“Bu birliyi pozmaq istəyənlər məyus olacaq” 

1992-ci il yanvarın 14-də Azərbaycan ilə Türkiyə arasında diplomatik əlaqələr yaradılıb. Bu gün 34 ili tamam olan bu münasibətlər ötən müddət ərzində möhtəşəm inkişaf yolu keçib. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan, bir-birini hər zaman ən yüksək səviyyədə dəstəkləyən ölkələr yoxdur. Ölkələrimiz tarixi sınaqlardan şərəflə və başıuca çıxaraq “Bir millət iki dövlət” şüarının ruhuna sadiqliyini təsdiq etmiş, onu yaşadıb.

Türkiyə və Azərbaycan arasındakı əlaqələr 34 illik müstəqillik dövründə dostluq və qardaşlıq prinsiplərinə əsaslanaraq inkişaf edib. Bu münasibətlər tarixi, siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə çoxşaxəli əməkdaşlıqları əhatə edir və hər iki ölkənin regional və qlobal səviyyədə güc mərkəzi kimi mövqeyini gücləndirib. 

Qeyd edək ki, 34 il sadəcə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonrakı təqvimin göstəricisidir. Azərbaycan ilə Türkiyə əlaqələri böyük tarixi köklərə söykənir. Ortaq soy, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri daha da birləşdirir. Hər iki ölkə tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olublar. Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini ilk tanıyan, Nuru Paşanın komandanlığı hərbi yardım göstərən məhz Türkiyə olub. 

Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsidir. Anadoluda isə Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə aparılan milli mübarizəyə azərbaycanlılar maddi-mənəvi yardım göstəriblər.

AXC-nin süqutundan sonra münasibətlərdə soyuqluq yaransa da Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra həmin il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə olub. 1992-ci il yanvarın 14-də iki respublika arasında diplomatik əlaqələr yaradılıb. Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqustundan isə Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başlayıb.

 Azərbaycan və Türkiyə beynəlxalq arenada bir-birini daim dəstəkləyib. Prezident İlham Əliyevin Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının sammitindəki çıxışı zamanı "Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam" nitqi, dünyanın bir çox ölkələrinin ən böyük ədalətsizliklərindən birinə - erməni işğalına reaksiya vermədiyi dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir" bəyanatı, Azərbaycana rəsmi səfəri zamanı Milli Məclisdə söylədiyi "...Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq..." fikirlər AzərbaycanTürkiyə qardaşlığının sarsılmaz olduğunu sübut edir. 

Azərbaycanın ərazi bütövlüyü məsələsində Türkiyənin dəyişməz dəstəyi, xüsusilə Qarabağ münaqişəsi zamanı, regionda strateji balansın formalaşmasında həlledici rol oynayıb. 2020-ci ildə əldə olunan Zəfərdə müharibə başlayan gündən son günədək Azərbaycanın yanında olan, ona güclü dəstək verən qardaş ölkəmiz - Türkiyənin böyük rolu danılmazdır. 

Strateji əməkdaşlıq əlaqələri Strateji Əməkdaşlıq Şurası, Türk Dövlətləri Təşkilatı (TDT) və digər qurumlar çərçivəsində dərinləşdirilib. Bu əməkdaşlıq həm siyasi mövqeyin birləşdirilməsinə, həm də regionda sabitliyin təmin edilməsinə xidmət edir.

2021-ci ildə imzalanan “Şuşa Bəyannaməsi” iki ölkə arasında strateji əməkdaşlığın daha yüksək səviyyəyə qaldırıldığını göstərmiş, siyasi, hərbi və iqtisadi sahələrdə ortaq fəaliyyətin gücləndirilməsinə əsas yaradıb. Bu sənəd, həmçinin Azərbaycan və Türkiyənin regional məsələlərdə ortaq mövqedən çıxış etmə və təhlükəsizlik, müdafiə əməkdaşlığını daha da dərindən inteqrasiya etmə niyyətini açıq şəkildə təsdiqləyir.

34 illik əməkdaşlıq dövrü göstərir ki, Azərbaycan və Türkiyə münasibətləri yalnız tarix və mədəniyyətlə bağlı deyil, strateji, iqtisadi və hərbi əməkdaşlıqla da dərinləşmiş, regionda təsir gücünü artırıb. “Şuşa Bəyannaməsi” isə bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə dair ən mühüm göstəricilərdən biridir.

Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini, Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk “Sherg.az”a açıqlamasında Azərbaycan və Türkiyə münasibətlərinin kökündə qardaşlıq, qan qohumluğu və tarixi dəyərlərin dayandığını deyib. E. Eltürk hesab edir ki, bu gün münasibətlərimiz strateji-hərbi və sosial-iqtisadi səviyyədə də güclənməkdədir:

“İki qardaş ölkənin əlaqələri tarixin ən çətin sınaqlarından üzüağ çıxaraq möhkəmlənib. Bu sarılmaz dayaqlar üzərində qurulan və formalaşan münasibətlərdir. Bu dayaqları zəiflətmək və sıradan çıxartmaq mümkün deyil. Azərbaycanın ilk müstəqilliyini tanıyan dövlət qardaş Türkiyə olub. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin 28 mayında müstəqilliyini elan edərkən ilk tanıyan Osmanlı dövləti olmuşdur. 

Türkiyə cənubi Qafqazda türk dövlətinin var olmasında və güclənməsində maraqlı olub. Eynilə, qardaş Türkiyənin ən çətin vaxtlarında da Azərbaycan yanında olub.  

Bu gün iki ölkənin liderləri arasında elə bir səviyyədə münasibətlər mövcuddur ki, buna hansısa xarici qüvvələr xələl gətirə bilməz. Geopolitik münasibətlərdə də birgə addımlar atılır. Rəsmi Bakı, rəsmi Ankara beynəlxalq və regional siyasətdə bir hədəfə vururlar. Beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq formatı mövcuddur. 

Bu bəzi qüvvələri narahat etsə belə, yenə də hədəfdən yayındırmır. Ortada əlaqələrin inkişafı üçün real niyyət və istək var”. 

Ekspertin sözlərinə görə, 1992 - ci ilin yanvarın 14 - dən başlayan diplomatik əlaqələr "bir millət, iki dövlət" konsepsiyasından güc alaraq "Şuşa Bəyannaməsi"nə qədər yüksəlib: ““Şuşa Bəyannamə”si hər iki qardaş ölkənin strateji və təhlükəsizliyinə qarantiya verən mühüm tarixi sənəddir. Bu sənəd həm də bizim bölgədə birgə maraqlarımızın qorunmasına ehtiva edir. Üstəlik, “Şuşa Bəyannaməsi”ni cənubi Qafqazın sülh və təhlükəsizliyinin təminat verir və güc balansını dəyişir. Bu gün hər iki qardaş ölkə Türk dünyasının birliyi istiqamətində üzərlərinə düşən şərəfli missiyanı uğurlar yerinə yetirirlər. Hazırda dünyada baş verən çətin və mürəkkəb siyasi proseslər bizi bir olmağa məhkum edir”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Yanvar 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see238

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see212

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see209

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see192

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see172

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see166

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see161

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see154

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see153

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see152

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see150

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see148

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see148

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see147

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see146

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see141

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see135

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see135

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri