Icma.az
close
up
RU
Ağ Ev Ərdoğanla razılaşdı, 45 illik silah sıradan çıxarıldı Trampın inanılmaz Bakı arzusu

Ağ Ev Ərdoğanla razılaşdı, 45 illik silah sıradan çıxarıldı Trampın inanılmaz Bakı arzusu

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Globalinfo.az fələstinli politoloq, Amerikanın Rutgers Universitetində Yaxın Şərq və siyasi elmlər üzrə tədqiqatçı, BMT-də akkreditə olunmuş jurnalist Əbdül Həmid Siamla müsahibəni təqdim edir:

– Amerikanın Türkiyədəki səfiri və ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak “CNN Türk” telekanalına müsahibəsində Suriya kürd birləşmələri ilə bağlı sərt açıqlamalar verib. Amerikalı diplomat Suriya Demokratik qüvvələrinin (SDQ) YPG-nin, bu qruplaşmanın isə PKK-nın törəməsi olduğunu bildirib. Tom Barak PKK-nın silahı yerə qoymağa başlamasını Türkiyə üçün çox böyük hadisə kimi qiymətləndirib. Səfirin açıqlamasını necə dəyərləndirirsiz?

Türkiyə, İraq, İran və Suriya arasında ortaq mövzu hər birinin qarşı çıxdığı kürd məsələsi və onların müstəqilliyə cəhd etməsidir. Türkiyə və İraqdakı iki ən böyük kürd qrupu ayrıca bir qurum (dövlət və ya mini-dövlət) yaratmaq uğrunda döyüşməyi seçsə də, Suriya və İran kürdləri öz hökumətlərinə qarşı daha yumşaq mövqe seçdilər. İran-İraq müharibəsi zamanı (1980-1988) döyüşən hər iki tərəf kürdləri manipulyasiya edərək, onlardan düşmənlərinə qarşı istifadə edirdi. İraqın keçmiş prezidenti Səddam Hüseynin 1988-ci ilin martında İran ordusu ilə əməkdaşlıq etdikləri üçün Hələbcədəki kürdlərə kimyəvi silahlarla hücum etdiyi və hadisə nəticəsində minlərlə insanın həlak olduğu iddia edilir. 1991-ci ildə İraqa qarşı müharibədə yenə kürdlər ABŞ ilə əməkdaşlıq etdilər və nəticədə Şimali İraqın nəzarətlərinə verilməsi ilə mükafatlandırıldılar, beləliklə oranı yarı müstəqil dövlət elan etdilər. Onlar ABŞ-ın 2003-cü ildə İraqa qarşı qeyri-qanuni müharibəsini yenidən dəstəkləyiblər. Çünki Vaşinqtonun da onların ayrılmaq cəhdini dəstəkləyəcəyi illüziyasına qapılmışdılar. Buna əsasən birtərəfli qaydada ayrılma və ya inteqrasiya ilə bağlı referendum keçirdilər. İraq ordusu onlar ayrılacaqları təqdirdə müharibə elan edəcəyini açıqladı. ABŞ da ayrı bir kürd dövlətinin yaradılmasını dəstəkləməyəcəyini bəyan etdi. Kürd dövlətini tam şəkildə dəstəklədiyini bəyan edən yeganə ölkə İsrail idi.

– Bəzi analitiklərin fikrincə, PKK terror təşkilatının silahı yerə qoyması onun formal strukturunun dəyişməsi və silahlı mübarizədən siyasi-ideoloji müstəviyə keçid kimi başa düşülə bilər. PKK-nın potensial siyasi varlığı region və xüsusilə Türkiyə üçün hansı potensial təhlükə daşıyır?

– Türkiyədə kürdlər bölünüb. Ölkənin şərq hissəsindəki kürdlərin əksəriyyəti (Diyarbəkir) dövlətin çətiri altında dinc yaşamağı seçiblər. Buna baxmayaraq, kürdlərin statuslarını artırmaq və daha çox hüquqlar əldə etmək üçün Türkiyə hökumətinə və parlamentinə təzyiq göstərməklə dinc yolla mübarizə aparacaqlar. Amma PKK-nın qurucusu Abdullah Öcalan və solçu qruplar silaha sarılaraq 1978-ci ildə Suriyanın şimal-şərqinə bitişik torpaqlar, İraqın şimal-qərbi və Türkiyənin cənub-şərqi olmaqla üçbucaqlı ərazidə Kürd dövləti yaratmaq üçün mübarizə aparan silahlı qrup kimi fəaliyyətə başladılar. Onlar türk ordusuna, türk qurumlarına və türk infrastrukturuna qarşı silaha əl atdılar. Suriyanın keçmiş prezidenti Hafiz Əsəd PKK-ya dəstək verib. Türkiyə rəhbərliyi 1998-ci ilin oktyabrında Əsədə xəbərdarlıq etmişdi ki, Öcalan bir həftə ərzində Suriyadan qovulmasa, Türkiyə “terror təşkilatı” adlandırdığı qruplaşmanı yatırmaq üçün müharibə elan edəcək və sərhədi keçəcək. Nəticədə Öcalanın bir neçə gün ərzində ölkəni tərk etməsi istənildi və o, daha sonra Nayrobidə həbs olundu, Türkiyəyə təhvil verildi və edam cəzasına məhkum edildi. Lakin Avropanın təzyiqi ilə bu qərar ömürlük həbs cəzası ilə əvəzləndi. Bununla belə, PKK “terrordan” türk ordusunu və hökumətini Türkiyənin cənub-şərqindəki kürd bölgəsindəki nəzarətindən əl çəkməyə sövq etmək üçün bir vasitə kimi istifadə etməyə davam etdi.

2000-ci ildə Ədalət və İnkişaf Partiyasının (AKP) seçkilərindən sonra kürd-türk qarşıdurmasının dinamikası dəyişdi. Türkiyə tarixində yeni bir səhifə açıldı və azlıqları yerli siyasətə qarışmağa təşviq edən tolerant bir hökumət istisnasız olaraq bütün bölgələri inkişaf etdirmək üçün bir çox vədlər verdi. Yerli mədəniyyətlərin, dillərin və adət-ənənələrin tanınması və dəstəklənməsi əsasında türk-kürd münasibətlərində yeni səhifə açıldı. 2006-cı il seçkilərində parlamentdə 12 kürd millət vəkili təmsil olunsa da, 2011-ci ildə onların sayı 32-yə yüksəldi ki, bu da kürdlərin böyük əksəriyyətinin yeni qurulmuş demokratik sistemin bir hissəsi olmaq istədiyinin böyük göstəricisidir. Kürdlər öz siyasi partiyalarını qurmağa başladılar və 2019 və 2023-cü illərdə həm qanunvericilik, həm də prezident seçkilərində mühüm rol oynadılar. Kürd siyasi partiyaları 2016-cı ilin iyulunda baş tutmayan dövlət çevrilişi zamanı Ərdoğanın yanında oldular. Onlar liderdən çox, ölkəni və onun demokratik sistemini müdafiə etdilər.


Əbdül Həmid Siam

Həmçinin oxuyun:

Türkiyə üçün yeni təhlükə – İsrailin qərarı Ərdoğanı qəzəbləndirdi

Suriya kürdləri bundan dərs almadılar. Suriyadakı münaqişə zamanı onlar dərhal İŞİD-ə qarşı mübarizədə ABŞ-ın rəhbərlik etdiyi qüvvələrə qoşulub və ölkənin şimal-şərqində anklav yaratmağa cəhd etdilər. YPG yenə inandı ki, amerikalılar onlara Suriyanın bir parçasını kəsib öz dövlətlərini qurmağa kömək edəcək. YPG ilə PKK arasında əməkdaşlığı o illərdə (2014-2024) Türkiyəyə qarşı həyata keçirilən hücumların sayı təsdiqləyir.

Bölgədəki bütün dinamika son iki böyük hadisə ilə dəyişdi: Əsəd rejiminin süqutu. Yeni lider Əl-Şaraa Mazlum Abdi ilə əlaqə saxladı, onunla şəxsən görüşdü, onu hökumətə qoşulmağa və bütün suriyalılara aid olan yeni Suriyanın bir hissəsi olmağa inandırmağa çalışdı və o, təklifi qəbul etdi. İkinci hadisə isə Donald Trampın ABŞ-ın yeni prezidenti seçilməsidir ki, o, kürd kartından imtina edərək Prezident Rəcəb Tayyib Ərdoğanla birgə Suriyadakı vəziyyəti nizamlamağa çalışır.

Türkiyə ilə İraq hökuməti arasında 13 aprel 2025-ci ildə imzalanan və təhlükəsizlik məsələlərində əməkdaşlıq da daxil olmaqla bütün istiqamətləri əhatə edən güclü saziş PKK və tezliklə YPG-nin də bütün yollarını bağladı. Öcalan bölgədə xalqın və hökumətin dəstəyini itirdikdən sonra onu və partiyasını heç bir yerə aparmayacağı üçün silahlı mübarizəsinin sonunu elan etmək məqsədilə doğru anı yaxaladı. Silahı yerə qoymaq və siyasi partiyaya rəhbərlik etmək və onun ardıcıllarına öz icmaları daxilində hökumətdə daha yaxşı təmsil olunmaq üçün, insan hüquqlarına hörmət və inklüziv rejimlər uğrunda mübarizə aparmağı əmr etmək düzgün və müdrik addım idi.

– ABŞ prezidenti Donald Tramp bildirib ki, Ermənistanla Azərbaycan arasında münaqişə tezliklə uğurla və birdəfəlik həll olunacaq. Amerika lideri bunu Vaşinqtonda NATO-nun baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ABŞ Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün səylər göstərib və bu, yaxşı nəticəyə gətirib çıxaracaq. Bu günə qədər Amerika prezidentlərindən heç biri bu cür əmin və rahat bəyanat verməyib. Ağ Ev rəhbərinin belə rahat proqnoz verməsinin səbəbi nədir?

– Mən əmin deyiləm ki, Tramp administrasiyası ErmənistanAzərbaycan arasında gələcək sülh sazişinə hər hansı töhfə verəcək. Müharibə azərbaycanlıların 2020-ci ildə 44 günlük və 2023-ci ildə Dağlıq Qarabağ bölgəsini Ermənistanın işğalından təmizləyən iki qalibiyyətli döyüşündən sonra yekunlaşıb. Qalan məsələlər – qaçqınlar, əsirlərin mübadiləsi, mina xəritələri, iki ölkə münasibətlərində yeni səhifənin açılması ilə bağlıdır. Ermənistan anladı ki, hətta ən yaxın müttəfiqləri belə onu xilas etməyə gəlmədi. Onun Qarabağı 30 ildən artıq işğal altında saxlamasının qeyri-qanuni olduğu məlumdur və bu barədə 1991-1993-cü illər arasında BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələri qəbul edilib.

Tramp əlinə keçən hər şeyə görə xidməti öz adına çıxmaq istəyir: Hindistan-Pakistan münaqişəsi, müharibənin tərəfi olmasına baxmayaraq İran və İsrail arasında atəşkəs, afrikalıların və Qətərin vasitəçiliyilə bütün təfərrüatları ilə Ruanda və Konqo Demokratik Respublikası arasında bağlanmış sülh müqaviləsinə görə xidməti öz adına çıxmağa tələsdi. İndi Misir və Efiopiya arasında “İntibah” bəndinə görə münaqişədə və bir neçə detalı çıxmaqla demək olar ki, həll olunmuş ErmənistanAzərbaycan münaqişəsində eyni oyunu oynayır. Əgər Tramp sülhməramlı, vasitəçi və barış insanı kimi iz qoymaq istəyində ciddidirsə və “Nobel” sülh mükafatına layiqdirsə, o, iki çətin məsələnin həlli üzərində çalışmalıdır: Ukrayna və Fələstin. O, bu münaqişələrdə sülhməramlı olduğunu dünyaya sübut edə bilərdi.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 İyul 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see140

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

05 Sentyabr 2025 20:41see132

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see129

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see129

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see127

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see126

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

05 Sentyabr 2025 17:51see124

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see123

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see123

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see122

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see121

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see121

Telefonu bir əlində tutub digər əllə yazmaq ciddi xəstəliyə səbəb OLA BİLƏR

05 Sentyabr 2025 13:14see120

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see120

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see120

2040 cı ilə qədər Orta Dəhliz üzrə konteyner tutumu 865 min TEU ya yüksələcək

05 Sentyabr 2025 17:54see119

Nobel mükafatları bu tarixlərdə veriləcək

05 Sentyabr 2025 14:11see119

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see118

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see115

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri