Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Liqa 1: Marsel darmadağına sevindi

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Ağ Evdə Cənubi Qafqaz Kremlin qaranlıq tunel indən çıxarıldı: Əliyev Tramp tandemi indi regionu yeni inkişaf mərhələsinə keçirir

Ağ Evdə Cənubi Qafqaz Kremlin qaranlıq tunel indən çıxarıldı: Əliyev Tramp tandemi indi regionu yeni inkişaf mərhələsinə keçirir

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

ABŞ-ın sülhə və təhlükəsizliyə təminat verdiyi Cənubi Qafqazda bundan sonra Rusiya, Fransa, İran və hətta ermənipərəst Avropa Birliyi belə, pozuculuq fəaliyyəti göstərə bilməz... İndi onlar nə qədər məkrli planlar qurub, müxtəlif cəhdlər göstərsələr belə, bundan sonra daha Cənubi Qafqaza müdaxilə edib, aranı qarışdıra, regional inkişaf perspektivlərini əngəlləməyi bacarmayacaqlar...

Cənubi Qafqazda bir dövr qapandı və yeni mərhələ başlandı. Bu regionda onilliklər boyu mövcud olmuş geopolitik şərtlər dəyişdi, yeniləri ilə əvəzlənmək üzrədir. Ağ Evdə imzalanmış sənədlər yalnız Azərbaycan və Ermənistan deyil, ümumiyyətlə, Cənubi Qafqaz üçün "ağ mərhələ"nin hüquqi təsdiqi və ABŞ tərəfindən təminatıdır. Və bu, regional inkişaf perspektivlərinin önünün tamamilə açılması deməkdir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan, ABŞ və Ermənistan arasında imzalanmış sülhə, sabitliyə aparan sənədlər beynəlxalq məkanda böyük məmnunluq ilə qarşılanıb. İndi bir çox dost olan, hətta dost olmayan dövlətlər belə, Cənubi Qafqazın sülh sənədini təbriklərlə qarşılayırlar. Ancaq onilliklər boyu sülhdən danışıb, Cənubi Qafqazda hərbi-siyasi gərginliyə sərmayə yatıran bəzi dövlətlər, eləcə də, beynəlxalq qurumlar hələ də sükutu pozmağa həvəsli deyillər. Və Cənubi Qafqazda onların məkrli planlarını pozan, qərəzli manipulyasiyaları boşa çıxaran yeni proqressiv prosesdən qətiyyən məmnun deyillər.

Məsələ ondadır ki, məhz həmin məmnun olmayan dövlətlər və beynəlxalq qurumlar Cənubi Qafqazda sülhün, sabitliyin mövcud olmaması üçün onilliklər boyu əllərindən gələn hər şeyi ediblər. Belə ki, onların məkrli planları, pozucu geopolitik manipulyasiyaları ucbatından Cənubi Qafqaz son 30 il ərzində sülhdən uzaq "münaqişə ocağı" statusunda mövcud olub. Və indi onlar 30 illik manipulyasiya mexanizmlərinin öz əhəmiyyətini itirməsindən ciddi şəkildə narahatdırlar.

Cənubi Qafqazda "hərbi münaqişə və geopolitik xaos modeli" Rusiya tərəfindən icad olunmuşdu. Kremldə hazırlanmış xüsusi strateji plan əsasında "erməni separatizmi və terrorizmi" layihələşdirilmişdi. Elə məhz Kremlin məkrli "erməni layihəsi" sayəsində Rusiya Cənubi Qafqazı öz təsir dairəsində saxlamağı bacarırdı. Və Azərbaycan ordusu Rusiyanın bu "layihə"sini hərbi cəhətdən darmadağın edib, süquta uğramağı bacardı.

Digər tərəfdən, ATƏT-in Minsk Qrupu son 30 il ərzində Azərbaycan və Ermənistan arasında "sülh danışıqları" prosesinə vasitəçilik etdi. Ancaq bu beynəlxalq qurum sülh danışıqlarını daha da dolaşdırmaqdan başqa heç nəyə nail olmadı. Çünki Minsk Qrupuna həmsədrlik edən dövlətlərin sırasına ABŞ-la yanaşı, ermənipərəst Fransa və "erməni layihəsi"nin müəllifi olan Rusiya da həmsədrlik edirdi. Və belə şəraitdə sülh danışıqları sülh məzmunu deyil, məhz yeni savaş təhlükəsi vəd edirdi.

Ona görə də, Prezident İlham Əliyev Azərbaycan ordusunun ikinci Qarabağ savaşında tarixi hərbi zəfərindən dərhal sonra Minsk Qrupu ilə bütün təmasları blokladı. Ardınca əvvəlcə tək tərəfli şəkildə vasitəçilik niyyətinə düşən Fransa, daha sonra Rusiya sülh danışıqları prosesindən tamamilə kənarlaşdırıldı. Fransanın təsiri ilə daha çox ermənipərəst narrativlərin ön plana çəkildiyi Brüssel prosesindən də imtina olundu. Və nəticədə Azərbaycan-Ermənistan sülh danışıqları məhz rəsmi Bakının israrlı mövqeyi sayəsində ikitərəfli, birbaşa təmaslar formatında davam etdirildi.

Təbii ki, rəsmi Bakının prinsipial və qətiyyətli mövqeyi sayəsində əldə olunan nəticələr artıq inkaredilməz reallıqdır. Belə ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin tam mətnini üzərində prinsipial razılaşmaya təminat verdi. Avqustun 8-də isə həmin sənəd Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ağ Ev sahibi Donald Tramp və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə paraflandı. Və bununla da nəhayət ki, Cənubi Qafqazda sülh, sabitlik, inkişaf dövrü başlanmış oldu.

Artıq tam əminliklə söyləmək olar ki, məhz ABŞ Azərbaycan və Ermənistan, eləcə də bütövlükdə Cənubi Qafqazda sülhün və sabitliyin təminatçısıdır. Çünki ATƏT-ın Minsk Qrupunun, Rusiyanın, Fransanın, hətta bütün dünyaya ədalət dərsi keçməyə çalışan Avropa Birliyinin bacarmadığı işin öhdəsindən məhz ABŞ prezidenti Donald Tramp qısa müddətdə gəldi. Və indi Cənubi Qafqazda sülhün təminatçısı missiyası da elə ABŞ-ın üzərinə düşəcək.

Daha bir önəmli məqam isə ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında sülh prosesini yekun mərhələyə keçirtməyə nail olan ABŞ indi Cənubi Qafqazda önəmli geopolitik mövqelər də qazanmış oldu. Yeni, prezident Donald Trampın sülh təşəbbüsü sayəsində ABŞ Cənubi Qafqaza yerləşmək şansı qazandı. Və bu, bütövlükdə regionun gələcək taleyini ciddi şəkildə dəyişə biləcək tarixi bir reallıqdır.

Məsələ ondadır ki, ABŞ-ın sülhə və təhlükəsizliyə təminat verdiyi Cənubi Qafqazda bundan sonra Rusiya, Fransa, İran və hətta ermənipərəst Avropa Birliyi belə, pozuculuq fəaliyyəti göstərə bilməz. Əslində, əgər, bu regionda ABŞ olacaqsa, deməli, adları sadalanan məkrli və pozucu güclərə qətiyyən yer ola bilməz. Ona görə də, tam əminliklə qeyd etmək olar ki, Cənubi Qafqaza Rusiya, İran, Fransa və Avropa Birliyi kimi məkrli kənar güclərin pozucu müdaxilə dövrü də sona çatmış oldu. Və onlar nə qədər müxtəlif cəhdlər göstərsələr belə, bundan sonra Cənubi Qafqaza müdaxilə edib, aranı qarışdıra, regional inkişaf perspektivlərini əngəlləyə bilməyəcəklər.(musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Avqust 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see187

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see131

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see129

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri