Ağ Evin sirləri: Bayden komandası keçmiş prezidentin koqnitiv vəziyyəti haqqında danışmağa hazırdır
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-nin keçmiş prezidenti Co Baydenin əqli vəziyyəti ilə bağlı keçmiş administrasiya əməkdaşları ifadə verməyə hazırlaşırlar.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Bildirilir ki, dindirilməyə çağırılanlar arasında Ağ Evin keçmiş aparat rəhbəri Ron Kleyn və digər yüksəkvəzifəli məmurlar da var.
İlk olaraq 24 iyul tarixində Ron Kleyn Senat komitəsi qarşısında ifadə verəcək. Daha sonra keçmiş müşavir Stiv Rikketti (30 iyul), baş müşavir Mayk Donilon (31 iyul), aparat rəhbərinin müavini Bryus Rid (5 avqust) və baş müşavir Anita Dann (7 avqust) ifadə verəcəklər.
Bu ifadələr 18 iyun tarixində ABŞ Senatında başlanmış və Baydenin prezidentliyi dövründə onun əqli qabiliyyətlərinin qiymətləndirilməsinə yönəlmiş araşdırmanın davamı olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 02 İyul 2025 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















