Icma.az
close
up
RU
Ağa Salamov: Təmiz kərə yağının özünə xas və mövsümə uyğun rəngləri olur

Ağa Salamov: Təmiz kərə yağının özünə xas və mövsümə uyğun rəngləri olur

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Təmiz kərər yağında rəng bir tonda olmalı, tavada, əriyərkən köpüklənməli və yaxud aşağı temperaturda olan tavaya atılarkən öz südünü buraxmalıdır


Kərə yağında bitki mənşəli yağları görsəniz, belə bir məhsul almaqdan çəkinmək daha yaxşıdır. Bu komponentin kərə yağı istehsalında istifadəsinə icazə verilmir.

Qida ekspertlərinin fikrincə, aşağı keyfiyyətli məhsulu tanıya biləcəyiniz başqa əlamətlər də var. Yağdan gələn pis qoxu, qəribə dad sizi xəbərdar etməlidir. Bu cür xüsusiyyətlər bilavasitə onu göstərir ki, saxlama zamanı yağ oksidləşərək xarab olur və onun tərkibində yağ turşularının parçalanma məhsulları var.

Bundan əlavə, səthdə daha tünd təbəqə olmadığından əmin olun. Tünd təbəqə yağın yemək üçün təhlükəsiz olmadığını göstərir. Tava ilə bir sınaq keyfiyyətsiz məhsulu müəyyən etməyə kömək edə bilər. İsti səthlə təmasda olduqda köpük, fısıltı və ya sıçrama müşahidə etməməlisiniz.

Nəhayət, vaxtı keçmiş malların başqa bir əlaməti qeyri-bərabər rəngləmədir.


Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov "Sherg.az"a açıqlamasında qeyd edib ki,  kərə yağı və yaxud ağartı məhsulları hazırlanan heyvanların vaksinasiyası vaxtında yoxlanmalı və nəzarət olunmalıdır:


“Çünki heyvanların südünə brusella bakteriyası keçir və bu da bruselyoz xəstəliyinə gətirib çıxardır. Ona görə də ilk növbədə heyvanların baytar və ciddi nəzarət altında olması vacibdir. Həmçinin südün düzgün emal olunması da önəmlidir ki,  qida zəncirinin sonunda istehlakçıya hər hansısa bir xəstəlik çıxartmasın. Digər tərəfdən təmiz kərə yağının özünə xas və mövsümə uyğun rəngləri var. Yaz və yay aylarında otladığı otlara görə heyvanın südünün rəngi dəyişə bilir. Yəni heyvanın südünün rəngindən asılı olaraq kərə yağı sarımtıl ola bilər. Amma qış aylarında yemlərdən daha çox istifadə edilir, örüşə gedilmir. Südün rəngi, açıq olduğuna görə kərə yağınında rəngi təbii ki, açıq olur. Bu mənada qış aylarında satılan kərə yağlarının rəngi elə də çox tünd olmamasına diqqət edilməlidir. Yəni kərə yağı bir az açığa çalmalıdır. Əgər sarı, ağ, qarışıq rəng tonları hiss olunarsa, kərə yağının saxtalığından şübhələnməyə dəyər. Ümumiyyətlə təmiz kərə yağında rəng bir tonda olmalı, tavada, əriyərkən köpüklənməli və yaxud aşağı temperaturda olan tavaya atılarkən öz südünü buraxmalıdır. Eyni zamanda kərə yağının özünə xas spesifik bir qoxusu var və tavada əridərkən qoxunu hiss etmək olar. Kərə yağının dadına baxarkən kərə yağı dadını və qoxusunu alırıqsa,  o zaman kərə yağı saf və təmiz hesab oluna bilər. Kərə yağı alarkən qiymətinə də diqqət olunmalıdır. Yəni 12 -13 manata kərə yağı olmur. Çünki südün qiyməti ilə üst-üstə düşmür. Sahibkarlar rəqabət aparmaq üçün müəyyən qədər yəni 1 manat və 80 qəpik arasında endirimlər qoya bilərlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Fevral 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri