Icma.az
close
up
RU
Ağdam xoşbəxt gələcəyə addımlayır KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Ağdam xoşbəxt gələcəyə addımlayır KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Böyük Qayıdış Proqramı sürətlə reallaşdırılır və xalqımız tərəfindən rəğbətlə qarşılanır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdama səfəri bunu bir daha sübut edir.

“Bu gün nəinki Ağdamda, işğaldan azad olunmuş bütün ərazilərimizdə - Qarabağ və Şərqi Zəngəzur torpaqlarında möhtəşəm tikinti–abadlıq, bərpa–quruculuq işləri həyata keçirilir. Ərazilərdə tikilən məktəblər, xəstəxanalar, mədəniyyət evləri, ictimai yaşayış binaları, çəkilən yollar, salınan yollar, tunellər, körpülər iqtisadi inkişafımızın dayanıqlı və davamlı olmasından xəbər verməklə bərabər, həm də dövlətimizin rəhbərinin öz vətəninə - Qarabağı cənnətə çevirəcəyik vədinə sədaqətinin, torpaq sevgisinin göstəricisidir. Cənab Prezident işğaldan azad olunmuş ərazilərə 100 dəfədən çox səfər etmiş və bu səfərlərin hər biri yeni təməlqoyma, açılış, işlərin gedişi ilə tanışlıq və mühüm göstərişlərin verilməsi, yeni vəzifələrin qarşıya qoyulması ilə yaddaqalandır, unudulmazdır. 30 mindən çox sakinin uzun illərdən sonra öz ata–baba yurdlarına - Füzuliyə, Şuşaya, Zəngilana, Laçına, Xocalıya, Xankəndinə qayıtması, bu ərazilərdə yeni, mənalı bir həyatın hökm sürməsi, yeni müəssisələrin işə başlaması, iş yerlərinin açılması, insanların qurub–yaratmaq eşqi, torpağa bağlılığı daha sevindiricidir, yaddaşlarda əbədi yaşayacaq bir tarixdir. Ağdam səfəri də bu baxımdan əlamətdardır.

Prezidentimizin son 4 ildə Ağdama 10 dəfə səfər etməsi bölgəyə göstərilən böyük qayğı və diqqətin ifadəsidir. Bu qayğının ən bariz nümunəsi isə cənab İlham Əliyevin Ağdam işğaldan azad edildikdən 3 gün sonra rayona səfər etməsidir. Həmin səfər zamanı – noyabrın 3-də Prezidentimiz qətiyyətlə bildirmişdi: “Dağıdılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik. Heç kimdə başqa şübhə olmasın. Bu böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik”.

Azərbaycan Prezidenti verdiyi vədə, söylədiyi sözə hər an sədaqətini nümayış etdirir və Ağdama bu dəfə səfər göstərdi ki, həqiqətən də bu şəhər bərpası ilə, yenidən qurulması ilə dünyanın ən gözəl, nəzərəçarpan yaşayış mərkəzlərindən birinə çevriləcəkdir. Səfər zamanı dövlətimizin rəhbəri və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində “Hilton Garden İnn” hotelində, “Ağdam Muğam Mərkəzində, “Ağdam Residence” yaşayış kompleksində, 2-ci yaşayış kompleksində, 1 nömrəli tam orta məktəbdə, 160 yerlik körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri, “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə yaxından tanış olublar, Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və təlim – Tədris kompleksinin açılışında iştirak ediblər. Bu, ölkə rəhbərinin qayğısı ilə Ağdam şəhərində görülən işlərin kiçik bir hissəsidir. Hazırda şəhərdə yeni mərkəzi xəstəxananın, dəmir yol vağzalının, yaşayış binalarının, daxili yolların tikintisi, yarımstansiyaların quraşdırılması, kəndlərin abadlaşdırılması sürətlə davam etdirilir. Görülən işlər, həyata keçirilən tədbirlər, ilk növbədə Prezidentimizin işğaldan azad olunan ərazilərə səfərləri və Böyük Qayıdış Proqramında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar verdiyi tapşırıqlar nəinki Ağdamın, regionun, Azərbaycanın daha xoşbəxt gələcəyindən xəbər verir”, deyə Tahir Rzayev bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Fevral 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri