Ağdamda 42 yaşlı şəxs minaya düşdü Üç qurum birgə məlumat yaydı
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Aprelin 6-da Ağdam rayonunun Qalayçılar kəndi ərazisində bir nəfər minaya düşüb.
Mia.az xəbər verir ki, bu barədə AAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və ANAMA birgə məlumat yayyıb.
Bildirilib ki, işğaldan azad edilmiş Ağdam rayonunun Qalayçılar kəndi ərazisində 2025-ci il 6 aprel tarixində mina hadisəsi baş verib: "1983-cü il təvəllüdlü Qalayçılar kənd sakini Məmmədov Səbuhi Elman oğlu minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır".
ANAMA, DİN və Baş Prokurorluq sonda bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 06 Aprel 2025 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















