Icma.az
close
up
RU
Menu

MDB Oyunlarının MƏKANLARI və TƏQVİMİ FOTO

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

İstilik təchizatı sektorunda təhlükəsizliyə dair tələblər müəyyənləşir

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

Şərurda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub, saxlanılan var FOTO YENİLƏNİB

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

Ağdamda fermada çobanın qızı sevdiyi oğlanı evə dəvət etdi: "Dedim, pəncərədən içəri gir" TƏFƏRRÜAT

Ağdamda fermada çobanın qızı sevdiyi oğlanı evə dəvət etdi: "Dedim, pəncərədən içəri gir" TƏFƏRRÜAT

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Ağdam rayonunda 1994-cü il təvəllüdlü Cəmil yetkinlik yaşına çatmayan Əsliyə (adlar şərti verilib – red.) qarşı seksual hərəkətlər edib.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, Cəmil 2024-cü ilin aprel ayında istintaqa məlum olmayan gündə və vaxtda Ağdam rayonunun kəndindəki fermada yetkinlik yaşına çatmayan Əsliyə zor tətbiq etmədən onunla təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Cəmilin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

“Əslini gördüm, xoşuma gəldi”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəmil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, 2024-cü ilin mart ayında həbsdən çıxdıqdan sonra yaşadığı Ağdam rayonun kəndinə gəlib: “Atam Əfsənə məxsus ferma var. Heç bir yerdə işləmədiyimdən atam dedi ki, heyvanları verdim sənə, get onları saxla, başın qarışsın. Mən də razılaşdım.

Qoyunlarımızı, inəklərimizi otarmaq məqsədilə fermaya getdim. Orada həmkəndlim Məmmədə məxsus fermada yaşayan Elmir adlı şəxslə tanış oldum. Sonra onun ailəsi ilə tanışlığım yarandı. Heyvan otarmaq məqsədilə fermaya gedib-gəlirdim. Elmirin qızı Əslini də onda gördüm və Əslidən xoşum gəldi”.

“Evlənmək qərarına gəldim”

Təqsirləndirilən şəxs qeyd edib ki, Əsliylə qaldıqları evin qarşısında söhbət edəndə qız da ondan xoşu gəldiyini bildirib: “Dedim ki, mənim də səndən xoşum gəlir, səni sevirəm. Aramızda sevgi münasibətləri yarandı. Mütəmadi olaraq fermanın ərazisində görüşərək söhbət etdik.

Əslinin zahiri görünüşündən azyaşlı olduğu bilinirdi. Özü də mənə dedi ki, hələ 16 yaşı tamam olmayıb. Amma onu sevdiyimdən onunla evlənmək qərarına gəldim”.

Cəmilin ifadəsinə görə, Əslinin ailə üzvləri evdə olmayanda onun yaşadığı evə gedib və söhbət etməyə başlayıblar: “Öpüşdük, bir-birimizə istəklərimiz daha da artdı. Bu minvalla gündüzlər tez-tez fermanın ərazisində, gecələr isə Əslinin yataq otağında görüşürdük. Yataq otağına pəncərədən girirdim”.

“Cinsi əlaqədə olmağı təklif etdim”

Cəmil qeyd edib ki, 2024-cü ilin aprel ayında Əsli onu həmişəki kimi gecə otağına dəvət edib: “Əslinin qaldığı otağın pəncərəsini açıb, evə daxil oldum. Ailənin digər üzvləri o biri otaqda yatırdılar. Təxminən bir saata qədər söhbət etdik.

Əsliyə cinsi əlaqədə olmağı təklif etdim, o da təklifimi qəbul etdi. Həmin vaxtı Əsli bakirəydi. Bir dəfə cinsi əlaqədə olduq, onun bakirəliyi pozuldu. Təxminən bir saat sonra pəncərədən çölə çıxdım, öz fermamıza qayıdıb, gecəni orada qaldım.

Səhəri gün Əsliylə rastlaşanda gecə baş verənlərlə bağlı heç bir söz demədim, yanından gülümsəyərək keçdim. Bundan sonra Əsliylə qaldığı otaqda müxtəlif vaxtlarda görüşərək cinsi əlaqədə oldum”.

Xahiş edəcəm, məni axtarmasınlar”

Cəmil qeyd edib ki, 2024-cü ilin iyunun 5-də axşam vaxtlarında Əslinin ailə üzvləri ilə birlikdə onların evinin qarşısında olan çardağın altında oturublar:

“Əslinin qardaşı Telmanla birlikdə mənim aldığım pivələri içdik. İkimiz birgə 3 litr pivə içdik. Sonra öz qaldığım fermaya getdim. Təxminən bir saat sonra Əsli zəng etdi və dedi ki, qaldığım otağın pəncərəsini açıram, gəl içəri, səninlə vacib işim var.

Pəncərədən Əslinin otağına keçdim. “Məni başqasına verirlər, mən sənsiz neyniyəcəm” deyib ağladı. Mən də dedim ki, axı, biz cinsi münasibətdə olmuşuq, sən başqasına necə gedə bilərsən? Çünki başqasına ərə getsə, onun bakirə olmadığı üzə çıxacaqdı. Dedim ki, gəl birlikdə qoşulaq qaçaq. Əsli təklifimlə razılaşdı.

Karandaşla kağız parcasına yazı yazmağa başladı. Ondan nə yazdığını soruşdum. Dedi, kağıza yazacam, xahiş edəcəm, məni axtarmayın. Bundan sonra mən pəncərədən çölə çıxdım və qaldığım fermaya getdim”.

“Qaldığımız ünvanları tez-tez dəyişməyə başladıq”

Cəmilin ifadəsinə görə, təxminən 5 dəqiqə sonra Əsli onun qaldığı fermaya gəlib: “Dedi, mən hazıram, gəl getdik. Birlikdə piyada sahəliklərlə Ağdam rayonunun kəndinə qədər getdik. Yolda markasını və nömrəsini xatırlamadığım avtomobilin keçdiyini gördüm, ona əl etdim. Maşın dayandı, sürücüdən hara getdiyini soruşdum, Quzanlı qəsəbəsinə getdiyini bildirdi. Sürücüdən bizi Quzanlı qəsəbəsinə qədər aparmasını xahiş elədim.

Maşınla Quzanlı qəsəbəsinə gəldik. Oradan tanımadığım taksi ilə əvvəlcə Bərdə rayonuna, oradan Yevlaxa, daha sonra Bakı şəhərinə getdik. Əvvəlcə Bakı şəhərində “Papanin” deyilən ərazidə tanımadığım ünvanda kirayədə qaldıq. Beş gün qaldıqdan sonra yerimizin müəyyən olunmaması üçün ünvanları tez-tez dəyişməyə başladıq. Axırıncı dəfə Bakı şəhərində “Çermet” deyilən ərazidə kirayədə qaldıq.

Mən bilirdim ki, əvvəl-axır bizi tutacaqlar, buna görə telefon aldım və nömrəni telefona taxdım. Təxminən 5 dəqiqə sonra Əslinin bacısı Günay mənə zəng etdi, harada olduğumuzu soruşdu. Mən Əsliylə birlikdə olduğumu və hazırda Nərimanov rayonu ərazisində adını unutduğum restoranda yemək yediyimizi bildirdim. Günay görüşə bilib-bilməcəyimizi soruşdu. Mən də görüşə razı olduğumuzu və harada görüşə biləcəyimizi soruşdum.

Günay bizə Sulutəpənin dairəsinə gəlməyimizi istədi. Əsliylə birlikdə Sulutəpəyə getdik. Oradan üçlükdə Nərimanov rayonu ərazisinə gəldik, restoranda yemək yedik. Həmin vaxtı birlikdə qərara gəldik ki, səhər açılan kimi Ağdam rayonuna polis şöbəsinə gedək.

Yediyimiz yeməyin hesabını verdik, çölə çıxmaq istəyəndə polis əməkdaşları yaxınlaşdılar, bizi 17-ci polis bölməsinə dəvət etdilər. Sonra Ağdam rayon polis şöbəsinin əməkdaşları 17-ci bölməyə gəldilər və bizi rayon polis şöbəsinə gətirdilər”.

Təqisrləndirilən şəxs həmçinin ifadəsində göstərib ki, Əsliylə ilə ilk dəfə 2024-cü ilin aprel ayında dəqiq xatırlamadığı gündə və gecə saat 1 radələrində Ağdam rayonunun kəndində onun yaşadığı evdə cinsi əlaqədə olub: “Həmin vaxt Əslinin 16 yaşının tamam olmadığını bilmişəm. Mənim isə 30 yaşım var.

Əslini sevdiyimdən və evlənərək ailə qurmaq istədiyimdən onunla cinsi əlaqədə olmuşam.

16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmağın cinayət məsuliyyəti yaratdığını bilmişəm. Əsli cinsi əlaqədə olmağa etiraz etməyib. İlk dəfə qaçmaq təklifini də Əsliyə mən demişəm. O da ailə qurmaq məqsədilə mənimlə qaçdı”.

“Sevgim daha da artdı”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Əslinin sözlərinə görə, təxminən 2022-ci ildən ailə üzvləri ilə birlikdə Ağdam rayonunun kəndində, Məmməd adlı şəxsin fermasında yaşayırlar, valideyinləri isə həmin fermada çoban işləyirlər:

“Bizim qaldığımız fermanın yaxınlığında Əfsən adlı şəxsin də ferması var. 2024-cü ilin mart ayında Əfsənin oğlu Cəmillə fermanın ərazisində tanış olduq, ondan xoşum gəldi. Aramızda sevgi münasibətləri yarandı.

Cəmil məndən telefon nömrəsini istədi. Əvvəlcə valideyinlərimin xəbər tutacağından qorxduğumdan ona telefon nömrəmi vermədim. Sonradan Cəmilin mənə qarşı xoş niyyətli hərəkətlərini gördüm, nömrəmi ona verdim. Bir-birimizlə telefonla və “Whatsap”la yazışmaqla əlaqə saxladıq. Mütəmadi fermanın ərazisində görüşərək söhbət etdik.

Cəmil azyaşlı olduğumu bilirdi. Bu barədə Cəmilə özüm də demişəm ki, hələ 16 yaşım tamam olmayıb. Lakin Cəmildən xoşum gəldiyindən, onu sevdiyimdən və evlənmək qərarını bildirdiyindən ona qarşı sevgim daha da artdı”.

“Onu pəncərədən içəri özüm dəvət etdim”

Əsli qeyd edib ki, ailə üzvləri evdə olmayanda Cəmil onun təklifi ilə yaşadığı evə gəlib: “Cəmil mənimlə öpüşməyə başladı. Bir-birimizə istəyimiz daha da artdı. Bu minvalla gündüzlər tez-tez fermanın ərazisində, gecələr isə yataq otağımda söhbət etmişik.

2024-cü ilin aprel ayında dəqiq xatırlamadığım gündə Cəmil yataq otağımın pəncərəsinin qarşısına gəldi. Dedim ki, getmə, qal söhbət edək. Onu evin içərisinə dəvət elədim. Ayağının ağrıdığını bildirəndə dedim ki, çarpayımın üstündə otur. Bundan sonra söhbət zamanı Cəmil mənimlə cinsi əlaqədə olmağı təklif etdi. Cəmili sevdiyimdən onun bu təkliflə razılaşdım.

Mənə məxsus çarpayıda təbii yolla cinsi əlaqədə olduq. Sonra Cəmilə dedim ki, sən get, birdən atamgil durub səni burda görərlər”.

Bu cinayət işinə Ağdam Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cəmil 1 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Cəmil bundan əvvəldə dəfələrlə məhkumluq həyatı yaşayıb. O, ilk dəfə 2010-cu ildə mühakimə olunub. Həmin dövrdə o, 177.2.2-ci maddəsi ilə mühakimə edilib və 3 il şərti cəza alıb.

Bundan sonra o, 177.2.1, 177.2.3, 326.1, 326.2, 66.3 və 69.4-cü maddələrinə əsasən Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 1500 manat cərimə cəzasına məhkum edilib.

Binəqədi rayon məhkəməsinin 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 185.2.2, 66.3, 68.1.3 və 69.3-cü maddələrinə əsasən 5 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası alıb.

Daha sonra isə Nərimanov rayon məhkəməsinin 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Binəqədi rayon məhkəməsinin 2024-cü il tarixli qərarına əsasən 2 ay 14 gün vaxtından əvvəl şərti azad olunub. Təqsirləndirilən şəxsin həmin məhkumluğu ödənilməyib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:25
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 Aprel 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MDB Oyunlarının MƏKANLARI və TƏQVİMİ FOTO

23 Aprel 2025 12:07see153

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see126

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

23 Aprel 2025 10:53see125

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

23 Aprel 2025 18:43see122

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

24 Aprel 2025 15:01see121

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

23 Aprel 2025 22:22see118

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

23 Aprel 2025 23:53see117

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

24 Aprel 2025 05:19see116

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

23 Aprel 2025 21:45see115

İstilik təchizatı sektorunda təhlükəsizliyə dair tələblər müəyyənləşir

23 Aprel 2025 14:05see115

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

23 Aprel 2025 23:49see115

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

23 Aprel 2025 07:04see115

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

23 Aprel 2025 20:43see114

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

24 Aprel 2025 18:14see114

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

24 Aprel 2025 01:04see113

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

24 Aprel 2025 11:19see113

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

23 Aprel 2025 23:30see113

Şərurda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub, saxlanılan var FOTO YENİLƏNİB

23 Aprel 2025 10:51see113

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

23 Aprel 2025 21:55see112

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

24 Aprel 2025 14:57see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri