Ağır yanıq xəsarətləri alan Zəhranın anası: Balamın qarşısında çox çarəsizəm
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Üç yaşlı Zəhranın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Nərmin Məmmədova məlumat verib.
O bildirib ki, övladı ötən il noyabrın 28-də ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb:
"Zəhranın üç yaşı var. Biz Bərdədə yaşayırıq. Yanımda oynayan Zəhra qaçarkən köynəyi içində su qaynayan qazanın qulpuna ilişdi, qazandakı qaynar su üstünə dağıldı. Həmin gün onu Bakıda yerləşən xəstəxanalardan birinə gətirdik. Orada bir aya yaxın müalicə aldıq".
Gənc ana övladının müalicəsi üçün yardımsevər şəxslərə səslənib:
"Zəhranın qarnı, qolları, ayaqları tam yanıb. Bir aya yaxın xəstəxanada müalicə aldıq. Evə çıxandan sonrakı müalicəni isə sizin saytın izləyicilərinin dəstəyi ilə edə bilirik. Zəhranın bədəninin böyük hissəsi yandığı üçün mazları, kremləri çox sürətlə bitir. Qiymətləri isə bizim üçün çox bahadır. Həmin mazlardan istifadə etməyəndə də yaraları suluqlayır, daha şiddətli ağrı verir. Zəhra bəzi günlər yaralarının ağrısından dayanmadan ağlayır, haldan düşür, yatıb qalır. Balamın bu vəziyyətinin qarşısında çox çarəsizəm, yardımsevər şəxslərdən bizə dəstək olmalarını, ağır günlərdən çıxmağımıza kömək olmalarını istəyirəm".
Ailə ilə əlaqə: 055 316 46 92.
"Unibank": 5243 7544 3461 5603.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 01 İyun 2025 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















