Icma.az
close
up
RU
Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi yol üstündə Çətin durumla üzləşdilər

Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi yol üstündə Çətin durumla üzləşdilər

Icma.az, Manset saytına istinadən bildirir.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) rəhbərliyi çətin durumla üzləşib.

Manset.az Prosport.az -a istinadən xəbər verir ki, 2023-cü ilin sentyabrın 28-də bu federasiyaya prezident seçilmiş Kamran Nəbizadə artıq quruma rəhbərlik edə bilməyəcəyini başa düşüb.

Buna səbəb ölkə başçısı İlham Əliyevin qərarıdır. Çünki Prezident 2017-ci il 6 noyabr tarixli fərmanı ilə yaratdığı, K.Nəbizadənin baş direktoru olduğu Azərbaycan Sənaye Korporasiyasının (ASK) fəaliyyətinin lüzumsuz olduğuna qərar verib. ASK ölkə başçısının 27 dekabr tarixli sərəncamı ilə ləğv edilib. 

ASK-ın “Azərbaycan alüminiumu” ASC, “Azəralüminium” MMC və “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC müəssisələri isə Müşahidə Şurasının sədri Əli Əsədov (Baş nazir), İdarə Heyətinin sədri Mətin Eynullayev (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi) olan Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

53 yaşlı Qazaxdan sabiq deputat olan K.Nəbizadə artıq anlayır ki, tezliklə "ASK Arena" da ondan alınacaq. Çünki İqtisadiyyat Nazirliyi Korporasiyanın və onun tabeliyindəki digər müəssisələrin əmlakı ilə bağlı təkliflərini hazırlayıb 2 ay müddətində Prezidentə təqdim etməlidir.

Ötən il Mili Karate Federasiyasının "ASK Arena"dakı məşq yerini əlindən alaraq özünə təlim-məşq bazası qurmuş AAF rəhbərliyi artıq özü yurdsuz qalmaq zərurəti ilə üzləşib. Ən pisi isə odur ki, Avropada heç kimin yaxın durmadığı, yalnız Azərbaycanın öz üzərinə götürdüyü Beynəlxalq Tədris Mərkəzi də məhz "ASK Arena"da olmalıdır (Dekabrın 4-də Bəhreynin paytaxtı Manamada keçirilmiş Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının İcraiyyə Komitəsi yeganə namizəd olan Azərbaycana bu hüququ verib – red.).

Kamran Nəbizadənin postundan ayrılması isə onun həmyerlisi, güləş aləmindən tanınan, daha sonra voleybol və basketbolda fəaliyyətləri olmuş vitse-prezident Firdovsi Umudovun postundan getməsi demək olacaq. Çünki Firdovsi Umudov belə mötəbər vəzifəyə yalnız Kamran Nəbizadəyə görə təyin edilib. Umudovun isə bu sadiqliyi nümayiş etdirəcəyi gözlənilir.

Əslində federasiya ötən mövsüm Olimpiadaya atlet göndərə bilmədiyi üçün fiasko yaşayıb. Dadaş Dadaşbəylinin heç kimə lazım olmayan Tailanddakı Dünya Kubokundakı medalları lisenziya qazanmağa kömək olmadı. Bu səbəbdən federasiya rəhbərliyinin tezliklə keçirilməli olan hesabat-seçki yığıncağında hansı fikirləri səsləndirəcəyi maraqla gözlənilir.

Hər halda yaxın 2 ay ərzində bu federasiyada olacaq dəyişiklikləri diqqətdə saxlayacağıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 08 Yanvar 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri