Icma.az
close
up
RU
Ağrını duzla yox etmək mümkündürmü? Elm və xalq təbabəti qarşı qarşıya

Ağrını duzla yox etmək mümkündürmü? Elm və xalq təbabəti qarşı qarşıya

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Boyun tutulanda, bel ağrayanda, ya da dizləriniz sızlayanda nənəniz sizə “duzu qızdır, qoy üstünə, keçəcək” deyibsə, tək deyilsiniz. Bu üsul nəsildən-nəslə keçən və minlərlə insanın sınadığı ən populyar türkəçarələrdən biridir. Amma doğrudanmı duz ağrını çəkir, yoxsa biz sadəcə inandığımız üçün təsir görürük?

News24.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu xalq təbabəti üsulunun həm elmi tərəfi, həm də əks göstərişləri mövcuddur. 

Məsələni həm tibbi, həm də ənənəvi prizmadan araşdırdıq...  Elmi yanaşmaya görə, duz müəyyən fiziki xüsusiyyətlərinə görə müvəqqəti rahatlama yarada bilər. Qızdırıldıqda duz istiliyi uzun müddət saxlaya bilir və bu da əzələlərin boşalmasına, qan dövranının artmasına səbəb ola bilər. Hətta bəzi fizioterapiya prosedurlarında da isti duz torbalarından istifadə olunur. Lakin bu təsirin ağrını kökündən yox etməsi barədə elmi sübut yoxdur. Tibb mütəxəssisləri bu tip üsulların sadəcə simptomları yüngülləşdirdiyini, əsas müalicə metodu olmadığını bildirirlər. pizza hut

Türkəçarə üsuluna əsasən, duz tavada qızdırılır və pambıq parça içində ağrıyan nahiyəyə qoyulur. Bəzən bu üsula bitki yağı da əlavə olunur. Məsələn, nənə reseptinə görə, 2 xörək qaşığı iri duzla 3 xörək qaşığı zeytun yağı qarışdırılır, bu qarışıq ağrılı sahəyə sürtülüb üstü bağlanır. Bu üsulun təsiri daha çox istilik və masaj effekti ilə izah olunur.

Bütün hallarda nəzərə almaq lazımdır ki, duzla müalicə hər kəs üçün uyğun deyil. Dəri xəstəlikləri, açıq yara, ekzema, yüksək təzyiq və ya hamiləlik zamanı bu cür istilik tətbiqləri təhlükəli ola bilər. Həmçinin həssas dəriyə malik olanlar, uşaqlar və yaşlılar bu metoddan istifadə etməzdən öncə həkimlə məsləhətləşməlidirlər.

Ümumilikdə, duzla ağrı çəkmək bəzi hallarda müvəqqəti rahatlıq gətirə bilər. Ancaq bu üsulu alternativ deyil, dəstəkləyici tədbir kimi qəbul etmək daha doğrudur. Ağrının səbəbi bilinmədən, yalnız xalq təbabətinə güvənərək vaxt itirmək isə vəziyyəti ağırlaşdıra bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 İyul 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see494

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see313

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see299

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see293

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see252

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see192

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see191

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see183

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see178

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see142

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see142

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see125

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri