Icma.az
close
up
RU
AHİK istirahət mərkəzlərinə mediatur təşkil etdi FOTOLAR

AHİK istirahət mərkəzlərinə mediatur təşkil etdi FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi ilə əlaqədar 18-19 iyul tarixində Xaçmaz, Quba və Qusar rayonlarında yerləşən istirahət mərkəzlərinə mediatur təşkil olunub.

"Unikal" xəbər verir ki, mediatur iştirakçıları əvvəlcə AHİK-in üzv təşkilatı Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Xaçmaz rayonunda yerləşən “Lokomotiv” istirahət mərkəzində olub. Məlumat verilib ki, mərkəz 6 korpus və 6 kottecdən ibarətdir və 216 yerlikdir. Burada yeməkxana, idman zalları, minifutbol meydançası, tibb məntəqəsi, hovuzlar və uşaq əyləncə guşələri var. Media nümayəndələri ərazini gəzib, istirahət şəraiti ilə tanış olublar.

Sonra media nümayəndələri AHİK-in üzv təşkilatı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Ülfət” istirahət mərkəzinə gəliblər. Bildirilib ki, mərkəzdə 7 kottec, 3 ikimərtəbəli və 1 birmərtəbəli korpus mövcuddur. Eyni vaxtda 125 nəfərin istirahəti üçün hər cür şərait yaradılıb. Mərkəzdə yeməkxana, böyüklər və uşaqlar üçün hovuzlar, uşaq əyləncə mərkəzi, tennis kortu və voleybol meydançası mövcuddur. Geniş yaşıllıq sahəsi və müasir infrastruktur ilə seçilən mərkəz ailəvi istirahət üçün olduqca əlverişlidir. Jurnalistlər istirahət edən ittifaq üzvləri ilə görüşərək təəssüratlarını dinləyiblər.
Mediatur iştirakçıları AHİK-in üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin “Təhsil” istirahət mərkəzində də olublar. Bildirilib ki, 10 hektardan çox ərazini əhatə edən mərkəzdə 3 üçmərtəbəli yataq korpusu, kotteclər, idman meydançaları, konfrans zalı, hovuzlar və yeməkxana fəaliyyət göstərir.
Jurnalistlər burada şəraitlə tanış olub, istirahət edən təhsil işçiləri ilə söhbətləşiblər.

Mediaturun növbəti ünvanı Qusar rayonunda yerləşən AHİK-in üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Şəfa” istirahət mərkəzi olub. Burada 3 mərtəbəli yataq korpusu, konfrans və fitnes zalı, uşaq və idman meydançaları, tibb xidməti, müasir kommunikasiya sistemləri və rahat yaşayış otaqları mövcuddur.

Jurnalistlər burada da səhiyyə işçiləri və onların ailə üzvlərinin səmərəli istirahəti üçün yaradılmış şəraitlə tanış olublar.
Həmçinin tur iştirakçıları Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Quba rayonunda yerləşən “Nazlı Bulaq” istirahət mərkəzində də olublar. Mərkəzdə kotteclər və otel nömrələri, açıq-qapalı restoranlar, uşaq əyləncə zonaları var. Təbii bulaq sularının sağlamlığa faydalı xüsusiyyətləri ilə seçilən mərkəz istirahət üçün əlverişli məkandır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 İyul 2025 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri