“Aİ yə üzvlük yolunda Türkiyəyə qarşı siyasi baryerlər təcili aradan qaldırılmalıdır” Ərdoğan
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Avropa İttifaqına (Aİ) üzvlük yolunda Türkiyəyə qarşı qoyulan siyasi baryerlər təcili olaraq aradan qaldırılmalıdır.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
O əlavə edib ki, Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı müzakirələrin irəli aparılması üçün bir gün belə gözləmək olmaz:
"Bu istiqamətdə irəliləyişə məhz indi nail olmaq lazımdır. Avropa İttifaqındakı bütün həmkarlarımıza bir daha bildiririk ki, biz tamhüquqlu üzvlüklə bağlı güclü öhdəliyimizi saxlayırıq. İttifaq bu məsələni strateji və uzaqgörən şəkildə həll etdikdən sonra onun təcili tədbirlər görməsinə heç bir maneə olmayacaq. Türkiyəyə qarşı qoyulan siyasi baryerlər təcili olaraq aradan qaldırılmalıdır. Biz Aİ ölkələrindən ədalətli yanaşma ilə münasibətləri davam etdirmələrini gözləyirik".
Türkiyə Prezidenti hesab edir ki, Avropada və onun ətrafında cərəyan edən hadisələr, Aİ daxilindəki fikir ayrılıqları, İttifaqın Türkiyə kimi dinamik və həllyönümlü üzvə ehtiyacı olduğunu göstərir:
"Türkiyə Aİ üçün körpünü keçməzdən əvvəl son çıxış yoludur. Köhnəlmiş siyasi perspektivlərin təsirindən qurtulmaq Avropa İttifaqı üçün yeni dövrü dərk etmək və onu gələcəyə aparmaq yolunda bir addım ola bilər. Türkiyə olaraq tam üzvlüyə hazırıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 21 İyul 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















