Icma.az
close
up
RU
Ailə institutu təhlükədədir

Ailə institutu təhlükədədir

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması  


Erkən nikah, zorakılıq, sosial media - hər tərəfdən ailəyə hücumlar var

   Azərbaycanda tarixən ailə xalqın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafda mühüm rol oynayıb. Azərbaycan xalqının tarixi köklərinə, mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Bu qiymətli sərvət yad təsirlərdən qorunmaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edilməklə zənginləşdirilir. Buna görə də hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur.

Lakin müasir dövrün yenilikləri bir çox hallarda gənclərimizin düşüncəsində yanlış fikirlər formalaşdırır. Xüsusilə də, insan haqları, qadın azadlığı, gender bərabərliyi kimi məsələlərdə yetişməkdə olan gənc nəsil arasında fərqli, cəmiyyətimiz üçün arzuolunmaz tendensiyalar yaradır. Xüsusən də sosial şəbəkələrə meylin artması ailə institutunun qorunub saxlanılması sahəsində müəyyən problemlərə yol açır. Başqa sözlə desək, bu gün Azərbaycan ailələrinin dağılmasında əsas faktorlardan biri də sosial şəbəkələrdə olan durum və bu sahədə nəzarətin hüquqi tənzimlənməsi ilə bağlı müəyyən boşluqların olmasıdır. Ailə institutuna təsir edən digər amil isə erkən nikahlar və məişət zorakılığı sahəsində olan vəziyyətdir.

Yer gəlmişkən, dünən “Erkən nikahlarla mübarizə və ailə dəyərlərinin qorunmasında medianın rolu” mövzusunda ictimai müzakirə keçirilib.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Nazirlik yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən Nazirlik yanında İctimai Şuranın sədr müavini Ramin Həbibzadə erkən nikahların qarşısının alınmasında maarifləndirmənin vacibliyinə və bu prosesdə medianın potensial roluna diqqət çəkib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova tədbirdə çıxış edərək, erkən nikah hallarının qarşısının alınması, sağlam ailə modelinin təşviqi və ailə institutunun gücləndirilməsi istiqamətində medianın rolundan danışıb. O, erkən nikahların ailə institutuna mənfi təsirləri və gənclərlə birbaşa işləyən təşkilatların üzərinə düşən vəzifələr barədə ətraflı fikirlər səsləndirib. S.Qəhrəmanova Dövlət Komitəsinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər barədə məlumat verib və bu sahədə qanunvericilikdə edilən son dəyişikliklər barədə iştirakçıları məlumatlandırıb. Ailə dəyərlərinin qorunması və gənclərin düzgün istiqamətləndirilməsi məqsədilə bu kimi müzakirələrin xüsusi əhəmiyyət daşıdığını bildirən sədr müavini, yeni təşəbbüslərin və birgə səylərin önəmini qeyd edib. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Firuzə Rəsulova və sədr müavini Venera Əsgərova da çıxış edərək, ailə dəyərlərinin müasir çağırışlar fonunda qorunması, ictimai şüurun formalaşmasında medianın məsuliyyətli mövqeyi, o cümlədən gənclər təşkilatlarının preventiv təşəbbüslərinin stimullaşdırılması ilə bağlı fikirlər səsləndiriblər. İctimai Şura üzvləri və gənclər təşkilatlarının rəhbər və nümayəndələri erkən nikahların qarşısının alınması və ailə dəyərlərinin qorunması sahəsində öz fikir və təşəbbüslərini səsləndirərək, erkən nikah probleminə qarşı həyata keçirilə biləcək sosial layihələr, maarifləndirici kampaniyalar və medianın bu proseslərdə dəstək mexanizmləri barədə təkliflərlə çıxış edib.

Ayrı-ayrı mütəxəssislər də qeyd edirlər ki, kütləvi informasiya vasitələri cəmiyyətin əsas güzgüsü olmaqla yanaşı, onun formalaşmasında və inkişafında əvəzsiz rol oynayır. Medianın yaydığı istənilən məlumat, təqdim etdiyi obrazlar və təbliğ etdiyi dəyərlər cəmiyyətdə fikrin formalaşmasına, davranış modellərinin dəyişməsinə bu və ya digər şəkildə təsir göstərir. Bu baxımdan da istənilən media qurumu, media nümayəndəsi yaydığı xəbərlərin cəmiyyətdə hansı reaksiya doğuracağını öncədən dəyərləndirməli və məsuliyyət hissi ilə hərəkət etməlidir.

Xüsusilə həssas sahələr, insan hüquqları, fərdi həyat, ailə münasibətləri – medianın daha ehtiyatlı və peşəkar davranmasını zəruri edən mövzulardandır. Ailə institutuna toxunan istənilən açıqlama və ya xəbərin cəmiyyətin ən kövrək təməli olan ailə münasibətlərinə təsir göstərməsi mümkündür.


Mətbuat Şurası İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli isə təəssüflə qeyd edib ki, son dövrlər ailə institutunun dağılması istiqamətində ciddi proseslər gedir:

seeBaxış sayı:139
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 İyul 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1206

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see477

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see380

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see373

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see372

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see366

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see324

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see300

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see269

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see243

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see209

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see209

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see205

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see204

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see200

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see196

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see191

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see181

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri