Icma.az
close
up
RU
Akademik tanınma prosesinin vaxtı uzadıldı

Akademik tanınma prosesinin vaxtı uzadıldı

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyaların tanınması “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (Qaydalar) uyğun həyata keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) köçürülmə (transfer) məqsədilə qismən akademik tanınma şəhadətnaməsini əldə etmək istəyən vətəndaşlara müraciətində bildirilib.

Qaydaların 5.9-cu bəndinə əsasən, xaricdə natamam ali təhsil alan şəxslər təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün ilkin olaraq kvalifikasiyalarının qismən tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) müraciət etməlidir. Ərizəçinin kvalifikasiyası qismən tanındıqdan sonra o, Azərbaycan Respublikasının ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət etmək hüququ əldə edir.

Köçürülmə “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na əsasən həyata keçiriləcək.

Qismən tanınma şəhadətnaməsi ilə əlaqədar olaraq xüsusilə qeyd etmək istərdik ki, bu sənəd sahibinə sadəcə Azərbaycan Respublikasınını ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət etmək hüququ verir.

Məlumat üçün bildirilib ki, TKTA tərəfindən vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, qismən akademik tanınma prosesinin həyata keçirilməsinin vaxtı 7 iyul saat 18:00-dək qədər uzadılıb. Köçürülmə prosesi üçün iştirak edəcək şəxslərə https://apply.enic.edu.az/ keçidi vasitəsilə elektron qaydada müraciət etmələri tövsiyə olunur. Qeyd edilən saatdan sonra edilən müraciətlər nəzərə alınmayacaq.

Xüsusilə qeyd olunub ki, TKTA yalnız qismən akademik tanınma prosesini həyata keçirir və yekunda təqdim olunan şəhadətnamə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən köçürülmə üçün tələb olunan sənədlərdən biridir.

Müraciət edərkən aşağıdakı məqamlara xüsusilə diqqət edilməsi zəruridir: 

1. Müraciətçinin təqdim etdiyi akademik transkript apostil möhürü ilə leqallaşdırılmalıdır (ətraflı məlumat üçün: https://www.tkta.edu.az/p/nostrify-your-diploma-201#legalization );

2. Müraciətçinin təqdim etdiyi akademik transkriptdə ali təhsil müəssisəsinə qəbul tarixi aydın şəkildə qeyd olunmalıdır;

3. Müraciətçinin təqdim etdiyi akademik transkriptdə təhsil müddətində əldə edilmiş kreditlərin ümumi sayının AKTTS üzrə miqdarı açıq şəkildə qeyd olunmalıdır;

4. Müraciətçinin təqdim etdiyi akademik transkript onun ali təhsil müəssisəsinə qəbul tarixindən etibarən bütün ali təhsil müddətindəki akademik göstəricilərini özündə ehtiva edən yekun təhsil sənədi olmalıdır.

5. Müraciətçinin təqdim etdiyi akademik transkript ingilis, rus və türk dillərindən başqa digər dillərdə olduğu halda Azərbaycan dilinə tərcümə və notariat qaydada təsdiq olunmalıdır (ətraflı məlumat üçün: https://www.tkta.edu.az/p/nostrify-your-diploma-201#required-documents-207 );

Qeyd: Təqdim edilən sənədlərin autentikliyinin (həqiqi) mümkün olan ən qısa zamanda yoxlanılmasını həyata keçirmək məqsədilə sözügedən sənədlərin QR kod və ya elektron imzalı (keçid (link) əlavə olunmuş şəkildə) olması arzuolunandır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 İyul 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see695

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see422

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see252

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see227

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see209

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see201

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see199

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see198

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see196

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see191

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see189

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see183

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see183

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see182

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see182

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see181

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see175

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see174

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see159

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri