Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Akif Səmədin müalicəsi

Akif Səmədin müalicəsi

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Görün, nə vaxtın söhbətini eləyəcəm sizə. 

Günlərin bir günü Lətif Mustafa ilə Bilgəh sanatoriyasında müalicə alan Akif Səmədin yanına getmişdik. 

Bu yerdə Lətifi tanımayanlar üçün onun haqqında bir kaç kəlmə ərz eləməliyəm.  

Biz Lətiflə tələbə yoldaşı olmuşuq. Tələbə yoldaşı deyəndə ki, mən instituta qəbul olanda Lətif qiyabi şöbədə, sonuncu kursda dövlət imtahanlarını verməyə gəlmişdi. Elə həmin ərəfədə tanış olduq Moskvada. 

Lətif Ədəbiyyat İnstitunun azərbaycanlı tələbələri arasında ən çox içən kimi tanınırdı. O, dövlət imtahanlarını verəndən sonra da aylarla Moskvada qaldı.  Rusca təmiz danışa bildiyinə görə rus tələbələrlə dostluğu daha yaxşı tuturdu.  

İçdi, Barışın mahnılarına oynadı, türk xaqanlarından, türkün qədim tarixindən danışdı, gecələr bizi yatmağa qoymadı... 

Lətifi sonralar Bakıda tapdım, ola da bilər o məni tapdı, dəqiq xatırlamıram. 

Gözəl şeirlər yazırdı, publisistikası  harika idi. Yaşı qırxı ötsə də evlənməmişdi. Doxsanıncı illərin sonu olardı, başını götürüb Türkiyəyə getdi, eşitmişəm indiyə qədər də Ankarada subay yaşayır... 

Bir vaxtlar Lətif arağı su kimi içirdi, lakin sonralar içkinin  daşını atdı. Niyə atdı? Atmasa lap dəli olardı. Dəli deyəndə ki, artıq, onda yarımdəlilik - "ağ isitmə” xəstəliyi əmələ gəlmişdi. Son vaxtlar Lətifi "KQB izləyirdi”. Harada otururduq, deyirdi, bax, o qalstuklu kişi məni izləyir. Yanımızda fotoaparatla şəkil çəkən olanda "bunlar uzaqdan bizim şəklimizi çəkməyə gəlib” deyirdi. Pişik asqıranda da deyirdi, bunu KQB məni izləməyə göndərib. Nə qədər başa salsaq da xeyri yox idi, izləmə maniyası ("maniya prisledovaniya”) onu daxildən didib məhv eləyirdi. 

Arağı buraxandan sonra Lətif Mustafaoğlu bir dəfə Bayıl tərəfdə ruhi dispanserdə də yatası oldu. Ona Arif Acalla bir yerdə günaşırı yemək, siqaret aparırdıq. 

O, yaxın dost kimi Şaiq Vəlinin, Arif Acalın, Allahverdi Təhləlinin, Əhməd Oğuzun, Akif Səmədin, mənim içməyimizi qəti arzulamırdı, elə bil bizi vaxtsız itirməyindən qorxurdu. 

Dəli olduğunu hərdən özü də etiraf eləyirdi. Hərdən mənə: "İçkini atmasan sən də mənim kimi dəli olacaqsan” - deyirdi. Mən də ona məşhurlardan Edqar Ponun, Remarkın, Con Steynbekin, Bulqakovun, Heminqueyin, Cek Londonun, nə bilim, Yeseninin əyyaşlığından misallar gətirib goplayırdım. 

1996-cı il idi, deyəsən. Bir gün Lətif mənə dedi, Akif Səməd Bilgəh sanatoriyasında müalicə alır, gedək ona dəyək. 

Deyim ki, Akif artıq, o vaxtlar iki dəfə mini, bir dəfə də ölümcül infarkt keçirtmişdi. 

Dedim, gedək. Bir az mer-meyvə alıb getdik Bilgəhə. Burası dəniz sahilində yerləşən gözəl bir sağlamlıq sanatoriyası idi. 

Akif bizim gəlişimizə xeyli sevindi. Ancaq çarpayısının yanındakı tumbanın üstünə qoyduğumuz meyvə torbasına heç gözünün ucu ilə də baxmadı. 

Biz onunla hal-əhval tutarkən palataya xoşsifət bir həkim də gəldi. Söhbət arasında həkim dedi, Akifin şeirlərini sevirəm, ona görə hamımız şairin çox yaşamasını arzulayırıq, infarkt keçirtmiş adamdı, ona qətiyyən araq içmək olmaz, yaxın dostları kimi siz də onu içkidən çəkindirməlisiniz. 

Lətif dərhal mənim üzümə baxıb: "Eşitdin, doxdur nə deyir?” - dedi. Dedim, ay Lətif, doxdur Akif haqda danışır, infarkt keçirdən odu, sözlərini ona de. Lətif dərhal qayıtdı ki, noolsun ondan danışır, belə davam eləsən sən də infarkt olacaqsan. Dedim, ay Lətif, əl çək, qoy, bir dəfə də mən infarkt olum, onsuz da axırda hamımız öləcəyik. 

Nə isə, Akiflə bir az deyib-güləndən sonra sağollaşıb ayrılası olduq. Akif dedi, gözləyin, sizi avtobus dayanacağına kimi ötürəcəm. Əynini dəyişib bizimlə sanatoriyanın həyətindən yola çıxdı. 

Biz avtobus dayanacağına tərəf gələndə Akif mənim qolumdan tutub mülayim, hipnozedici tonda: "Qardaş, burda yaxşı bir kafe var, gedək oturaq, "əlli-əlli” vuraq, sonra gedərsiniz”, – dedi. 

Onun bu paradokslu təklifinə biraz güldüm, biraz da şaşırdım. Ürək sanatoriyası hara, infarkt hara, həkimin dedikləri hara, Akifin arzusu hara! 

Dedim, Akif, doğru sözündü? Dedi, qardaş, narahat olma, mən tək olanda da gəlib bu kafedə arağımı içirəm. Düzdü, müalicə vaxtı içməyimi çoxlarından gizlədirəm, ancaq sizdən nə gizlətməliyəm ki? 

Baa! Akifin bu sözlərini Lətifin qulağı aldı, nə aldı! Məni də Akifə qatıb səsi oralarla bir oldu: "Ayə, utanmırsınızmı, bəs deyilmi sizə, niyə canınıza yazığınız gəlmir, bu alkaşlığı havax qurtaracaqsınız?!”  

Akif mısmırığını sallayıb Lətifə dodağaltı cavab hücumu elədi: "A Lətif, ölən mənəm, yoxsa sən? Nə işinə qalıb biz nağayrırıq? Adamın əsəbinnən oynama! Qoy, müalicəmizi eləyək!” 

"Müalicə ee!” - deyib mən təzədən güldüm. Lətif acıq eləyib bizdən aralandı: "Sizin kimi axmaq adamlarla oturmaram!” 

"Lətif, sən onsuz da içmirsən, gəl, bizimlə yemək ye!” – Akif Lətifi də bizimlə getməyə dəvət elədi. Lətif kafedən yan ötüb başqa istiqamətə yön aldı. 

Dedim, Akif, narahat olma, o heç yana gedəsi deyil, əvəl-axır gələcək yanımıza, qoy biraz hərlənib tısı-pısı yatsın. Akif də gülüb: "Aəə, bilirəm” – dedi.  

Biz avtobus dayanacağının yaxınlığındakı kafeyə girdik. Yeməyə nə var? Dedilər, filan-filan yeməklər. Hərəyə bir piti, bir də "yarım” araq sifariş elədik. Piti gələnə qədər Akif arağı açıb badələrə süzərək gülə-gülə: ”Aəə, sənin canınçün, mən bilmirəm bu Lətif nə qədər yaşamaq istəyir?” - dedi. 

Pitilər stola gələndə Lətif qəfildən içəri girdi. Onun qaşqabaqlı zühuruna qanımız qaralsa da üç olmağımıza sevindik. Lətif yenə başladı: "Mən heç nə demirəm, için, ancaq xahiş eləyirəm, hamısını içməyin! Akif, adamlığın olsun, sistem altından indicə qalxmısan!” Əsəb və həyacandan Lətifin rəngi dümağ olmuşdu. Bizimlə oturub yeməkdən imtina eləmişdi, gah oturur, gah dururdu, bir yerdə qərar tuta bilmirdi. 

Mən Akifin sağalmasını, tezliklə Bakıya qayıtmasını arzu eləyən sağlıqlar deyirdim. Akif də allahdan Lətifə ağıl diləyən sağlıqlar söyləyirdi. Lətif hər dəfə əlimizdəki badələrə baxaraq "bunu da için, daha bəsdi” deyib yeyib-içdiyimizi burnumuzdan tökürdü. 

Nə isə Lətifin əlimizi, ağzımızı güdən baxışları altında arağı "vurub” dibinə çıxdıq. Sonra Akif adama "yüz-yüz” də sifariş eləyəndə dostumuz dik atıldı, yumruğunu stola vuraraq: "Ayə, bəsdi, oğraşlığı qurtarın!”- dedi və vızıltı ilə bayıra çıxdı.

Növbəti "yüzləri” qaldıranda gülüb: "Ayə, bu alçağın özü içə bilmir deyə, gör nətəər paxıllığ eləyir!” – dedim. Akif də xeyli güldü. Elə bu sözlərimi sağlıq hesab edib son badələri də başımıza çəkdik. 

Nəysə, ortaya bir çaynik çay da gəldi, gəlmişdən-getmişdən danışırdıq ki, Lətif yenə içəri girdi. Gəl otur Lətif, heç olmasa çay iç bizimlə - dedik. 

Lətif oturdu, çay süzdük ona da. Yenidən məni dəhmərləyib: "Çayını iç tez gedək, soruşmuşam, avtobus birazdan çıxacaq!” - dedi.

Lətif həmişə belə idi, dostların hansı içki məclisində olurdusa o məclisdə hamı özünü iynə üstə oturmuş kimi hiss eləyirdi. 

Akif isə bizi belə tezliklə buraxmaq istəmirdi, üzünü Lətifə tutub sakitləşdirici tonda: "Ay Lətif, narahat olma, avtobusun biri gedəndə başqası gələcək, noolub ki, otur rahat çayını iç, sizi təzə tapmışam, qoy biraz dərdimizi dağıdaq” – dedi. 

Doğrudan da Bilgəhin burasına böyük ikarus avtobus təxminən bir saatdan bir gəlirdi. Biz növbəti avtobus gələnə yaxın kafedən çıxdıq. 

Avtobusun yanında dayanıb siqaret çəkdik, deyib-güldük, Lətiflə məzələndik. Mən dedim, Lətif, sən ki, içkini-siqareti buraxmısan haaa, canımçün, indən belə ən azı yüz il yaşayacaqsan. Biz gülürdük, Lətif gülmürdü. Akif qayıtdı ki, ayə, yüz nədi, ölüsü yüz əlli il gedəcək bu. 

Təzədən gülüşdük. Mən də dedim, Lətif, onsuz da biz səndən tez öləcəyik, sən canın mənim qəbrimin üstünə gül-zad qoymazsan. Birdən Lətif etiraz səsi ilə: "Niyə?” – dedi. Akif cavab olaraq ona: "Ayə, səni tanımırıqmı, mənim qəbrimin üstündən  oğurlayıb bunun qəbrinin üstünə qoyacaqsan!” – dedi. 

Bu dəfə Lətif də bizə qoşulub xeyli güldü. 

Avtobusa minəndə Akifə dedim, sən canın buna bir qıfıl duası oxuyarsan Bakıya qədər dili-ağzı bağlansın, beynimi yeməsin. Gülüşdük. Növbə ilə Akifi qucaqlayıb avtobusa mindik... 

Avtobus ordan kədərlə aralanırdı, Akif isə yumalana-yumalana sanatoriyaya tərəf gedirdi... 

Murad Köhnəqala

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Mart 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see543

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see532

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see528

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see473

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see447

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see431

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see352

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see340

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see324

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see319

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see311

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see306

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see294

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see292

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see292

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see292

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see278

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri