Aktau sakinləri təyyarə qəzasında xəsarət alanlar üçün yenidən qan verməyə gəliblər Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Qazaxıstanın Aktau şəhərinin sakinləri AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alanlar üçün qan vermək məqsədilə xəstəxanalarda yenidən növbəyə dayanıblar.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.
"Aktauda səhər saat 8-dir. Qazaxıstanlılar təyyarə qəzasında xəsarət alanlar üçün qan vermək məqsədilə yenidən növbəyə düzülüblər", - məlumatda bildirilir.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer" sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 26 Dekabr 2024 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















