Icma.az
close
up
RU
Aleksandr Stubb: Ukrayna sülh danışıqları hazırda kritik bir andadır

Aleksandr Stubb: Ukrayna sülh danışıqları hazırda kritik bir andadır

Icma.az, Oxumeni.az saytına istinadən bildirir.

Aleksandr Stubb: Ukrayna sülh danışıqları hazırda kritik bir andadır

Finlandiya Prezidenti Aleksandr Stubb hesab edir ki, Ukrayna sülh danışıqları hazırda kritik bir andadır, lakin sülh razılaşması indiyə qədər olduğundan daha yaxındır. Bu barədə Stubb Buitenhof kanalına verdiyi müsahibəsində deyib.

"Düşünürəm ki, sülh danışıqlarında kritik bir andayıq və eyni zamanda, bu dörd ildə sülh razılaşmasına əvvəlkindən daha yaxınıq", - deyə o bildirib.

Finlandiya Prezidentinin sözlərinə görə, ABŞ, Ukrayna və Avropa hazırda üç sənəd üzərində işləyirlər:

Birincisi 20 maddəlik sülh planı üçün çərçivə sənədidir;
İkincisi Ukrayna üçün təhlükəsizlik zəmanətləridir;

üçüncüsü ölkənin yenidən qurulmasıdır.
Stubb həmçinin qeyd edib ki, Rusiya Avropa və Qərb təhlükəsizliyi üçün əsas problemdir.

"Rusiya Avropa və bütövlükdə Qərb dünyası üçün bir nömrəli təhdiddir", - deyə o vurğulayıb.
Əvvəllər Aleksandr Stubbın Ukrayna ilə bağlı danışıqlar üçün həm ABŞ-a, həm də Berlinə səfərini ləğv etdiyi bildirilirdi.

Daha əvvəl Finlandiya mediasına verdiyi müsahibədə Stubb Ukrayna üçün sülh müqaviləsinin güzəşt və ədalətsiz ola biləcəyi barədə xəbərdarlıq etmişdi. O, sülh planının ilkin versiyasını görəndə məyusluğunu açıq şəkildə etiraf etdi. Stubb vurğuladı ki, son illərdə müzakirə edilən ədalətli sülh üçün bütün şərtlərin yerinə yetirilməsini gözləmək olmaz. Prezident əlavə edib ki, Finlandiya Ukraynanın təhlükəsizliyinin təmin edilməsində rol oynaya bilər, çünki ölkə Avropada ən güclü müdafiə qüvvələrindən birinə malikdir.


Xatırladaq ki, Ukrayna, ABŞ və Avropa bir aydır ki, əvvəlcə Rusiyaya üstünlük verən ABŞ sülh planını yekunlaşdırırlar. Sülh planı artıq 28 bənddən 20 bəndə endirilərək dəyişdirilib.

Hazırda ən çətin məsələ ərazi məsələsidir, xüsusən də Donbas. Vaşinqton bunun Rusiyaya verilməsini tələb edir, Ukrayna isə bu cür təklifləri rədd edir.

Bu yaxınlarda tərəflərin üç əsas təşəbbüsü müzakirə etdiyi barədə məlumatlar yayıldı: çərçivə sənədi, təhlükəsizlik zəmanətləri haqqında saziş və müharibədən sonrakı yenidənqurma prinsiplərini müəyyən edən sənəd.

Əziz MUSTAFA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 15 Dekabr 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri