Icma.az
close
up
RU
Ali Sovet 1991 ci il avqustun 30 da tarixi qərar qəbul etmişdi

Ali Sovet 1991 ci il avqustun 30 da tarixi qərar qəbul etmişdi

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Xalq deputatı Heydər Əliyevin bir gün əvvəlki çıxışı isə ölkəni silkələmişdi

Azərbaycan Respublikası Ali Sovetinin deputatları tam əksəriyyəti kommunist olduqlarına görə, bütün kommunist partiyasının rəhbər orqanlarında fəaliyyət göstərən adamlar parlamentə deputat seçildiklərinə görə və Azərbaycan Kommunist Partiyası çox şeylərdə günahkar olduğuna görə mən hesab edirəm ki, Azərbaycan Respublikasının parlamenti buraxılmalıdır və yenidən seçkilər aparılmalıdır... Mən öz vicdanım qarşısında tamamilə cavabdeh olaraq çıxış edirəm.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasındakı çıxışından 29 avqust 1991-ci il

O zaman respublikamız və xalqımız olduqca çətin günlərini yaşayırdı. Sovet İttifaqı Kommunist Partiyası öz fəaliyyətini davam etdirə bilməsə də, Azərbaycanda həm bu partiyanın fəaliyyətinin bərpasına çalışanlar, həm də SSRİ-nin dağılmasının qarşısını almaq istəyənlər çox idi. Lap çox. Ancaq həmin arzuda olanlarla yanaşı, ölkənin dövlət müstəqilliyinin bərpasına, xalqın azadlıq mücadiləsinin vüsət almasına çalışanlar da var idi. Nə yaxşı ki, onların inandığı lider də var idi. Həmin lider xalq deputatı Heydər Əliyev idi.

O qədər də uzaq tarix olmadığına görə hamının yadındadır ki, Heydər Əliyev imperiyanın qorunub saxlanmasına çalışan qüvvələrə, ilk növbədə Kommunist Partiyasına və Sovet dövlətinə açıq etirazını bildirərək, onların riyakar siyasətini cəsarətlə ifşa edirdi. Prezident kitabxanasının elektron resurslarında oxuyuruq ki, ulu öndər Heydər Əliyev 1991-ci il iyulun 19-da Kommunist Partiyası sıralarından çıxmışdı. O, SSRİ Nazirlər Kabineti partiya təşkilatına göndərdiyi ərizəsində yazırdı: “Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü Konstitusiyaya zidd olaraq kobud şəkildə pozulub. Ermənistanla Azərbaycan arasında elan edilməmiş müharibə gedir. Bütün bunlar dırnaqarası “humanist ideologiyalı” sovet dövləti üçün adi haldır.”

Bu o vaxt idi ki, Azərbaycan xalqının böyük əksəriyyəti azadlıq arzusuyla yaşayırdı. Ona görə də xalq imperiyanın bərpa cəhdlərinə Heydər Əliyevin bu qəti etirazını razılıqla qarşılayırdı. Adıçəkilən ünvandakı materialda oxuyuruq ki, məhz Heydər Əliyevin qətiyyəti nəticəsində 1991-ci il avqustun 26-da Naxçıvan ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırılmış, onun bütün strukturları ləğv edilmişdi. Həmin ilin yayında uğursuzluqla nəticələnmiş “avqust qiyamı” da o dövrkü iqtidarı qəflət yuxusundan oyada bilməmişdi.

Həmin çətin günlərdə iqtidarda olan Ayaz Mütəllibovun tərəfdarları Moskvapərəst mövqe tutur, mərkəzin göstərişlərini sözsüz yerinə yetirməkdə canfəşanlıq göstərirdilər. Milli xəyanət yolu tutmuş bu siyasətbazlar “Azərbaycanın müstəqillik bəyannaməsi”ni də ciddi qəbul etmək istəmirdilər. Bu məsələ ilə əlaqədar keçirilmiş Ali Sovetin 1991-ci il 29-30 avqust tarixli iclaslarında Heydər Əliyev o dövrkü respublika rəhbərliyinin xəyanətkar siyasətinin əsl mahiyyətini açmışdı.

1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin növbədənkənar sessiyasında qəbul etdiyi məlum sənədin ərsəyə gəlməsi o qədər də asan olmamışdı. Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə” adlı tarixi sənəddə Azərbaycan Respublikasının 1918-1920- ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etmişdi. Həmin il oktyabrın 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etmişdi.

Ancaq bunlardan əvvəl heç zaman unudulmayacaq başqa proseslər də baş vermişdi. Belə ki, 1990-cı ilin iyulun 22- də xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana qayıdışı və buradan başlanan milli dirçəliş prosesinin bütün Azərbaycan siyasi mühitində aparıcı hadisəyə çevrilməsi, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşayiət olunmağa başlamışdı. Ekspertlərin fikrincə, 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan Naxçıvan Ali Məclisinin sessiyası tariximizdə Azərbaycan dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar olmuşdu.

Tarixçilər yazırlar ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olması barədə qərar qəbul etmişdi. Qərarda, həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin – bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Sessiyada qəbul edilən cəsarətli qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin götürülməsi idi. Ancaq Azərbaycan Ali Soveti Naxçıvandan gələn həmin təşəbbüsə təxminən bir il sonra münasibət bildirmişdi.

Heydər Əliyevin təşəbbüsü ilə başlanan müstəqillik uğrunda mübarizənin tərəfdarları sürətlə artırdı. Nəticədə, 1991- ci il dekabrın 29-da keçirilən ümumxalq referendumunda xalqımız müstəqillik haqqında Konstitusiya Aktını yekdilliklə dəstəklədi. Referendum bülleteninə bir sual yazılmışdı: “Siz “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?” Qürurverici fakt idi ki, ölkə əhalisinin 95 faizi bu referendumda iştirak edərək dövlətimizin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs vermişdi. Bununla da Azərbaycan Respublikasının müstəqillik haqqında Konstitusiya Aktı qüvvəyə minmiş və XX əsrin sonlarında, SSRİ-nin süqutu ilə başlanan yeni geosiyasi dövrdə ölkəmiz öz istiqlaliyyətini Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq bərpa etmişdi.

Çox təəssüf ki, dövlət müstəqilliyinin ilk illərində hakimiyyətdə olan qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl edə bilmədilər. O zamanlar hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin də itirilməsinə gətirib çıxaracaqdı. Bir-birini əvəz edən Mütəllibov və AXC-Müsavat iqtidarları əslində dövlətçilik deyil, hakimiyyətlərini qoruyub saxlamaq maraqlarından çıxış edir və beləliklə, hələ kövrək olan dövlət müstəqilliyini təhlükə altına salırdılar. Dəfələrlə təkrar edilmiş tarixi faktlardır ki, həmin dövrdə hakimiyyətdə olanlar yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün nəinki bir iş görmədilər, əksinə, ölkəni dünyada gedən bütün proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına xidmət göstərdilər.

Ancaq azadlıqsevər xalqımız bütün bunlara dözə bilməzdi və dözmədi. Ölkənin qabaqcıl ziyalıları və azadlıqsevər insanlar Naxçıvana, xalqımızın böyük oğlu Heydər Əliyevə üz tutdular və onu Bakıya dəvət etdilər. 1993-cü ilin iyunundan dövlətimizin idarəçilik sükanının arxasına keçən Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Əgər həmin məqamda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, kim bilir, dövlətimizi, xalqımızı daha hansı faciələr gözləyirdi!

Həmin sualın cavabını Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsindəki zəfərimizdən bir həftə sonra – Zəngilan rayonuna səfəri zamanı vermişdi:

“Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycanın başında duranlar ordu quruculuğuna fikir verməmişdilər, ölkəmizi xaosa, anarxiyaya sürükləmişdilər. O illərdə bizim torpaqlarımız işğal altına düşəndə ovaxtkı hakimiyyət vətəndaş müharibəsi başlamışdı, AXC-Müsavat cütlüyü öz əsgərlərini əsir götürmüşdü, Gəncəni bombalamışdı. … Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün müsbət meyillər inkişaf etməyə başlamışdır. Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur”.

İttifaq MİRZƏBƏYLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Avqust 2025 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri